Çempionlar Liqası: “Qarabağ” “Napoli”yə məğlub oldu
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda qarşılaşacaq "Napoli" (İtaliya) və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb. Medıaxeberlerı.Az xəbər verir ki, "Stadio Diego Armando Maradona" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar: "Napoli": Milinkoviç Saviç, Alessandro Buoncorno, David Neres, Skott Maktominey, Amir Rahmani, Matias Olivera, Rasmus Hoylunn, Covanni Di Lorenso (k), Sam Byokema, Stansislav Lobotka, Noa Lanq "Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Emanuel Addai, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina. *** "Napoli" görüşün 56-cı dəqiqəsində penalti zərbəsini qaçırdı. Koxalski zərbəni dəf etdi. *** "Napoli" 66-cı dəqiqədə Mak Tomaninin qolu ilə hesabı açdı: 1-0. *** Mak Tomani 73-cü dəqiqədə özünün və komandasının ikinci qolunu vurdu: 2-0. UEFA Çempionlar Liqası Liqa mərhələsi, V tur 26 noyabr 00:00. “Napoli” (İtaliya) - “Qarabağ” (Azərbaycan) - 2:0 (İkinci hissə) Canlı yayımı təqdim edirik:
Hakimlər: Şimon Marçinyak, Adam Kupsik, Tomaş Listkeviç, Voytsex Mlts (Polşa)
VAR: Pol van Bukel (Niderland)
AVAR: İvan Bebek (Xorvatiya)
Neapol, “Stadio Diego Armando Maradona”





















