Bakıda turistin 2 minə yaxın pulu oğurlandı
Bakıda turistin pulu oğurlanıb. Mediaxeberleri.Az xəbər verir ki, 1991-ci il təvəllüdlü xarici vətəndaşın 1600 manat, 60 ABŞ dolları (102 AZN) və 80 funt sterlinq (179 AZN) məbləğində pulunun oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Səbuhi Salmanzadə müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla məlum olub ki, şübhəli şəxs dostunun sosial şəbəkələr vasitəsilə tanış olduğu turistin kirayə yaşadığı mənzilə gələrək pul vəsaitini oğurlayıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində oğurluq maddəsi üzrə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Oxunub: 17
Xəbəri paylaş
Paylaş:





















