Sabirabadda direktor İŞDƏN ÇIXARILDI
Sabirabad rayonu Əsgər Şərbətov adına Çiçəkli kənd tam orta məktəbinin direktoru Bayram Qasımov vəzifəsindən azad edilib. Bu barədə Mil-Muğan Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, sözügedən məktəbdə qurum tərəfindən monitorinqlər aparılıb. Aparılan monitorinqdən sonra məktəbin direktoru Bayram Qasımovun fəaliyyətində nöqsanlar aşkar edilib, bununla əlaqədar olaraq onun əmək müqaviləsinə xitam verilməsi üçün müvafiq əmr imzalanıb.
Oxunub: 18
Xəbəri paylaş
Paylaş:





















