Diş müalicəsi bu xəstəliklərin riskini azaldır - ARAŞDIRMA
Ən çox qorxulan stomatoloji prosedurlardan biri kimi qəbul edilən kanal müalicəsi (kök kanalının müalicəsi) orqanizmə təkcə diş infeksiyasından qurtulmaqdan daha çox fayda gətirə bilər. Həmçinin ürək sağlamlığı ilə bağlı olan xolesterin və yağ turşularının göstəriciləri də yaxşılaşıb. Bundan əlavə, tədqiqatçılar iltihab proseslərinin azalmasını qeydə alıblar ki, bu da ürək-damar xəstəlikləri və digər xroniki problemlər üçün vacib risk amili sayılır.
Mediaxeberleri.Az xəbər verir ki, yeni tədqiqat göstərib ki, uğurlu müalicədən sonra xəstələrin sağlamlıq göstəricilərində əhəmiyyətli dərəcələr irəliləmələr yaranır.
Alimlər Londonun Guy's and St Thomas' NHS fondunun 65 xəstəsini kanal müalicəsindən sonra iki il ərzində müşahidə ediblər.
Onlar mütəmadi olaraq qan nümunələrini analiz edib şəkər, yağ və digər maddələrin dəyişikliklərini izləyiblər. Nəticələr gözlənilməz olub: qan molekullarının yarıdan çoxunda müsbət dəyişikliklər aşkar edilib. Xüsusən də şəkər səviyyəsinin nəzərəçarpacaq dərəcədə azalması diqqət çəkib — bu, 2-ci tip diabetin inkişafının qarşısını almağa kömək edə bilər.
London Kral Kollecinin endodontiya üzrə baş müəllimi doktor Sadiya Niyazi bildirib ki, nəticələr ağız boşluğunun sağlamlığının bütün orqanizmin sağlamlığından ayrı olmadığını təsdiqləyir. O vurğulayıb ki, uzunmüddətli diş infeksiyaları bakteriyaların qana keçməsinə, iltihabın artmasına və orqanizmin qlükoza səviyyəsini nəzarətdə saxlama qabiliyyətinin pozulmasına səbəb ola bilər.
Bizim.Media





















