Ağstafa: Heydər Əliyev parkının payız mənzərəsi - FOTOREPORTAJ
Mediaxeberleri.Az xəbər verir ki, tədqiqatçı-alimlərin fikrincə Ağstafanın təbii-coğrafi mühiti, relyefi hələ bir neçə milyon il bundan əvvəl formalaşıb və artıq o dövrdən bu bölgədə ən qədim insanın yaşaması üçün əlverişli şərait olubdur. Burada təbiət bütün fəsillərdə özünəməxsus gözəlliyi ilə insana zövq verir. Xüsusən müxtəlif ağac və kollarla zəngin olan rayonun payız fəslində rəng çalarları göz oxşayır. Ona görə də payız libasına bürünən təbiət əsrarəngizliyi ilə qəlbləri ovsunlayır, rənglərin harmoniyası isə göz qamaşdırır. Az qala bütün rəng çalarlarını özündə cəmləyən dəmirağacı isə ilin bu çağında daha cəlbedici görünüşə sahib olur, sanki hər guşədə bir tablo yaradır. Bununla da ana təbiətin dəyişkənliyi ilmə-ilmə, naxış-naxış işlənir. Mediaxeberleri.Az füsunkar təbiəti ilə göz oxşayan Ağstafadan fotoreportajı təqdim edir:
Respublikamızın füsunkar təbiəti, qədim və zəngin tarixi ilə seçilən rayonlarından biri də Ağstafadır. 




























