Mediaxeberleri.az
    
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...

Son xəbərlər :
  • Ət niyə bahalaşır?
  • Cəlilabadda kartof sahələri xəstəliklərə yoluxaraq məhv olur - FOTO
  • “Başçının köməkçisi dedi ki, get evində sakit otur, çağıranda gələrsən” - NARAZILIQ VAR...
  • "Neftçi" "Kəpəz"ə qalib gəldi, Qarabağ"dan bu mövsümün ilk məğlubiyyəti
  • Ağstafada zəhərlənlərin adları məlum oldu
  • Ramiz Mehdiyev hakimiyyəti ƏLƏ KEÇİRSƏYDİ... ONLAR VƏZİFƏYƏ GƏLƏCƏKDİ! - SİYAHI YAYILDI
  • 8 Noyabr – Zəfər Günü Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasında da qeyd olunub
  • Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
  • Tanınmış jurnalist Şəhid kapitan Mühüd Orucova görə Müdafiə Nazirinə müraciət etdi - FOTO
  • Vətən müharibəsi şəhidi Elşən Orucov ildönümündə ehtiramla anılıb
  • Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?
  • “Megastore” marketdə “Sirab” suyunun qiymətini fərqli satdılar – 4 min manat cərimə qüvvədə qaldı
  • TƏBİB sədri onu işdən çıxardı - Foto
  • Fatmayıda evdə partlayış: ər və arvad... - Video
  • Bakı bu ölkəyə neft ixracını 3 dəfə artırdı
  • İlham Əliyev və xanımı Zəngilanda açılışda iştirak etdilər
  • Kameraları qırıb 10 minlik oğurluq etdi, həbs olundu
  • İcbari tibbi sığorta fondunun gələn ilki xərcləri... - Nazir
  • Ermənistan balığı Rusiya bazarından tamamilə çıxarılır
  • 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

"Şəmistan Nəzirli tarixin səsidir, özüdür, sözüdür" - Səbinə Yusif yazır

  • Tarix: 29-10-2025, 20:11

Səbinə Yusif yazır

Bu yazı da Şəmistan Nəzirlinin yazısıdır. Sovet İttifaqı Qəhrəmanı əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin (Mixaylonun) döyüş yolunu Şəmistan Nəzirli qədər araşdıran və dərin bilgiyə sahib olan ikinci tədqiqatçı yoxdur. Vəssalam. Sabah durub yazı yazanda bunu da öz aləminizdə başqalarının adına çıxmayın. Şəmistan Nəzirli tarixin səsidir, özüdür, sözüdür.
Kitab oxuyun, Hellas.
Mixaylonun partizan silahdaşları
Azərbaycandan minlərlə kilometr uzaqda adı əfsanəyə dönmüş eloğlumuz Mehdi Hənifə oğlu Hüseynzadənin qeyri-adi qəhrəmanlığı unudulmazdır. Onun haqqında söhbət düşəndə əksəriyyət əsl adı və soyadından çox faşistlərin canına lərzə salan “Mixaylo” sözünü daha çox işlədir. Onda hansı Mehdidən, hansı qəhrəmandan danışıldığı dərhal məlum olur.
Oğullar var ki, düşdüyü şərait onun qəhrəmanlığına meydan açır. Oğullar da var ki, anadan qəhrəman doğulur. İnamla demək olar ki, Mehdi ikincilərdəndir. Stalinqrad cəbhəsində odlu döyüşlərin iştirakçısı gənc leytenant Mehdi 1942-ci ilin noyabr ayında kiçik bacısı Hürriyyət xanım Əzizbəyovaya yazırdı: “Mən sizə söz verirəm ki, son damla qanıma qədər vuruşacağam, sizi əmin edirəm ki, mən qəhrəmancasına döyüşəcəyəm, sizin başınızı ucaldacağam, ölsəm də qəhrəmancasına öləcəyəm! Mənim barəmdə eşidərsiniz, hələlik sağ olun. Bu mənim son məktubumdur! ”
Nə az, nə də çox üç il keçdi, onun misilsiz qəhrəmanlığını təkcə anamız Azərbaycan yox, bütün dünya eşitdi. Cəbhədən qayıdan Mehdinin sadiq silahdaşları onun qorxmazlığından dastana bənzər epizodlar danışdılar. Mixaylo-Mehdi Hüseynzadənin qəhrəmanlığı bir ailəyə, bir obaya yox, keçmiş sovetlər ölkəsinə başucalığı gətirdi. İyirmi altı yaşında həlak olan rəssam, şair Mehdi və faşistlərə qənim kəsilən gözəgörünməz kəşfiyyatçı Mixaylo çox keçmədi ki, Bakıda qranit heykəldə əbədiləşdi. Paytaxtımızın Bakıxanov küçəsinin yaxınlığındakı bağçada əlində qumbara sıxmış döyüşçü cəsarətlə irəli şığıyır. Çiynindəki plaş-çadır tunc qırışlarda əbədi donmuşdur. Qartal qanadları gərilən igidi düşmən üzərinə növbəti hücum zamanı xalq rəssamı Fuad Əbdürrəhmanov belə əbədiləşdirmişdir.
1973-cü il mayın 9-da Bakıdakı heykəlinin açılışında ümummilli lider Heydər Əliyev demişdir: ... Azərbaycan Pedaqoji İnstitutunun tələbəsi Mehdi Hüseynzadə hərarətli qəlbinin çağırışı ilə ölkəmizin müdafiəçilərinin sıralarına qoşuldu. Stalinqrad ətrafındakı vuruşmada ağır yaralanan Mehdi əsir edildi. Lakin nə tikanlı məftil, nə Hitler həbs düşərgəsinin azğın keşikçiləri cəsur döyüşçünün iradəsini qıra bilmədi. O, faşist zindanından qaçdı və Yuqoslaviya partizanları sırasında düşmənlə mübarizəni davam etdirdi.
Doğma torpaqdan uzaqlarda, Adriatik dənizi sahillərində həmyerlimiz onlarla cəsarətli əməliyyatlar aparmış, kəşfiyyat-təxribat qrupuna rəhbərlik etmişdir. Mehdi Hüseynzadə yüzlərlə hitlerçini məhv etmiş, qatarları yoldan çıxarmış, körpüləri dağıtmış, avtomaşınları və təyyarələri partlatmışdır. Bütün bunlar faşist işğalçıları üzərində qələbəyə qəhrəman Mehdinin döyüş köməyi idi".
Mənim hələ yetmişinci illərdən Mehdinin partizan yoldaşları ilə çoxsaylı görüşlərim olub. Onların Mehdi haqqında xatirələrini yazıb yığmışam. İyirmi ildən çox Azərbaycan televiziyasının “Hünər” proqramında redaktor olduğum vaxtda verilişlərə dəvət etdiyimiz istər keçmiş partizanlar, istərsə də Mehdinin həmkəndlisi və tələbə yoldaşları onun insani keyfiyyətləri ilə yanaşı, şeir-sənət aləmində, rəssamlıqda qeyri-adi istedada malik olduğunu da xüsusi qeyd edərdilər. Onun elə bir partizan yoldaşı yox idi ki, Mehdinin ən çətin böhranlı anlarda belə özünü itirən və ruhdan düşən görsün. Hər bir keçmiş döyüşçü-partizan xüsusi qeyd edirdi ki, çətin anlarda Mehdi düşmənə qarşı heyrətamiz dərəcədə qorxmaz və soyuqqanlı olurdu. Hər bir əməliyyata əvvəlcədən dəqiq proqnoz verir və vəziyyəti qiymətləndirməyi məharətlə bacarırdı.
Ona görə də təsadüfi deyil ki, partizan Mixaylonun —Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin misilsiz döyüş şücaətləri yalnız Azərbaycanda deyil, bütün Avropa xalqlarının dilində dastan olmuşdur.
Xüsusi kəşfiyyatçılar qrupuna başçılıq edən Mehdinin — “Mixaylo”nun cəsurluğu qısa vaxtda bütün Adriatik dənizi sahillərinə yayılmışdı. Mixaylonun başı üçün faşistlər böyük mükafat təyin etmişdilər. Qorxmaz kəşfiyyatçı, heç nədən çəkinməyən Mehdi Hüseynzadə gah alman zabiti formasında, gah da yoxsul kəndli paltarında Adriatik dənizi sahillərindəki şəhər və kəndlərdə görünür, partizanlar üçün məlumatlar toplayır, onların ərzaqla təmin olunması üçün cəsarətli əməliyyatlar aparırdı.
Partizanlar arasında Mehdi qeyri-adi igidliyi, cəldliyi, iti zehni, dərin biliyi ilə fərqlənir və seçilirdi. Mehdi beş dildə — fransız, alman, ispan, italyan və rus dillərində sərbəst danışırdı. Məharətlə maşın sürən Mehdi istehkam işini də əla bilirdi.
Əziz oxucu, Mixaylonun partizan silahdaşlarının silsilə yazılarında siz unudulmaz və yenilməz qəhrəman Mehdi Hüseynzadənin uşaqlıq, gənclik illəri ilə yanaşı, Böyük Vətən müharibəsi illərində göstərdiyi, indiyədək sizə məlum olmayan maraqlı epizodları ilə də tanış olacaqsınız.
Partizan Fərruxun söylədikləri
1975-ci ildə televiziyanın “Heç kim unudulmayıb...” verilişində Naxçıvanın Zeynəddin kənd orta məktəb müəllimi Əsgər Əliyevin göndərdiyi belə bir sorğunu elan etmişdik: “Həmkəndlimiz Sadıq Nadirli İtaliyada əfsanəvi partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin yaxın dostu və silahdaşı olub. Mehdi Hüseynzadənin sağ qalan dostlarının hamısı — Cavad Həkimli, Mikayıl Qulubəyov, Fərrux Sultanov, Qədir İsgəndərov, Rza Orucov və başqaları öz xatirələrində Sadıq Nadirlinin adını dönə-dönə çəkir, onun gizli təşkilatlardakı mübariz fəaliyyətindən qısaca bəhs edirdilər. Ümid edirik ki, Nadirlinin sağ qalan partizan dostları onun haqqında əlavə məlumatlarla redaksiyamıza müraciət edəcəklər...Sorğudan bir neçə gün sonra Tovuzdan zəng edib bizə şad xəbər verdilər. Həmin gizli təşkilatın fəal üzvlərindən biri olan Fərrux Sultanov o vaxt Tovuzda yaşayırdı. Fərrux Sultanovla görüşmək, onun xatirələrini dinləmək üçün mən həmin rayona ezam olundum.
Müharibə başlananda Fərrux Gəncədəki Tibb Texnikumunda son kurs imtahanlarını verirdi. Ona diplom almaq, dörd il həvəslə oxuduğu sənətdə bircə gün belə işləmək qismət olmadı. Bir neçə gün sonra Vətəni düşməndən qorumaq üçün dəstə-dəstə, alay-alay cəbhəyə gedən könüllülər sırasında Fərrux da vardı. Tbilisidə ayyarımlıq hərbi-tibb kursu keçdikdən sonra 386-cı atıcı diviziyanın tərkibində Sevastopol döyüşlərinə göndərildi.
Leytenant Sultanov şiddətli güllə yağışı altında yaralıları arxa cəbhəyə çəkir, təcili tibbi yardım göstərirdi. 1941-ci ildə Simferopol yaxınlığındakı üçgünlük ağır döyüşlərdə o, bir qrup yaralının həyatını xilas etdiyinə və döyüş tapşırığını əla yerinə yetirdiyinə görə Sevastopol ordu komandanı general İ.Y.Petrovun şəxsi təşəkkurünü qazandı. Həmin günlərdə onu odlu səngərdə partiya sıralarına qəbul etdilər və baş leytenant rütbəsi verdilər.
1942-ci il noyabrın 7-də “Kommunist” qəzeti (“Xalq qəzeti” red.) “Şiddətli atəş altında” adlı məqalədə baş leytenant Fərrux Sultanovun mərdliyindən yazırdı:"N" hissəsinin hərbi feldşeri, Kirovabad (Gəncə — red.) Tibb Texnikumunun keçmiş tələbəsi Fərrux Sultanov həmişə qabaq mövqedə olur. O, döyuşçülərlə birlikdə faşistlərin hücumlarını dəf edir, döyüşçülərlə birlikdə əks hücumlara keçirdi. Sultanov güllə, qumbara, süngü və qundaqla az hitlerçi qırmamışdır. Bir yaşayış məntəqəsinin yanında qızğın vuruşma gedirdi. Hitlerçilər özlərini dəlicəsinə müdafiə edirdilər. Döyüşçülərimiz inamla irəliləyirdilər. Sultanov gah bir tərəfdə, gah da digər tərəfdə görunürdü. O, yaralılara ilk tibbi yardım göstərirdi. Həmin gün hərbi feldşer Fərrux Sultanov düşmənin atəşi altında iyirmi doqquz yaralı döyüşçünü və komandiri, habelə onların silahlarını vuruşma meydanından çıxartdı. Fərrux Sultanov hökumət tərəfindən təltif edilmək üçün təqdim edilmişdir...
Həmin il azğın düşmən böyük bir qüvvə ilə mühüm əhəmiyyətli dəniz şəhəri olan Sevastopolu sudan və havadan atəşə tutdu. Baş leytenant Sultanovun vzvodu da füsunkar Krım torpağı uğrunda güclü tank dəstəsinə qarşı şücaətlə vuruşaraq düşmənin iki tankını məhv etdi. Diviziya komandiri podpolkovnik Skutelnik qəhrəmanlıq nümunəsi göstərərək həlak oldu. Sapun dağının şərq yamacında Fərrux və səkkiz nəfər döyüş dostu ağır yaralanır. Ayılanda özünü düşmən əhatəsində görür. Həmin dəqiqədən də həyatının məşəqqətli, əzablı günləri başlanır.
Əsirlik həyatından danışmaq, dəhşətli günləri bir daha xatırlamaq Fərrux Sultanov üçün çox ağırdır. Tale onu vətəndən uzaqlarda çox adamlarla görüşdürüb, həyatın minbir məşəqqətinin acısını dadıb. Tez-tez vaxtsız həlak olan silah dostlarını xatırlayır, onların Vətən üçün əvəzsiz xidmətini kədər və qürur hissi ilə yad edir. Ötüb keçən illər bu kövrək insanın hafizəsindən hələ çox şeyi qoparda bilməyib. Faşistlər onu yeddi ay Simferopol həbsxanasında müalicəsiz saxladıqdan sonra hərbi əsirlər dəstəsində Almaniyaya göndərirlər. Ştrans qəsəbəsindəki əsirlər düşərgəsində o, ilk dəfə cəsur Mehdi Hüseynzadə ilə tanış olur. — Mehdi ilə ilk dəfə 1943-cü ilin sentyabr ayında həmin həbs düşərgəsində tanış oldum.
Fərrux Sultanov susdu, onun kədərli üzü, sanki, daşa dönmüşdü. Biz onunla Tovuzdakı kiçik həyətində oturmuşduq. Üzü günəşə baxan evin kölgəsində. Dama qədər dırmaşan meynəliyin kölgəliyi çox sərin idi. Müsahibimin alnında, üzündə tər damcıları almaz dənələri kimi parıldayırdı. Ara vermədən papiros çəkən mərhum Fərrux müəllim o vaxt bizə tərəf uzanan budağı tutub dedi:
— İndi mən bunu sındırsam, gövdəsindən ayırsam, göz yaşı axıdacaq. İnsan da belədi. Kim onu Vətəndən, anadan ayırsa, kədərlənib göz yaşı tökəcək. İlk vaxtlar günlərimiz çox kədərli keçirdi. Elə ki Mehdi ilə tanış olduq, bu nikbin və şən oğlan hamımızı ələ aldı. Əsir düşən ağlamaz, — dedi, — gəlin burdan çıxmaq üçün bir çarə axtaraq. Düşərgədəki iyirmi üç min əsir arasında möhkəm təbliğat apardıq. İlk dəfə olaraq almanlara qarşı gizli təşkilat yaratdıq. Təşkilatın ümumi rəhbəri Mehdi, qrup rəhbərləri isə Cavad Həkimli, Sadıq Nadirli, Mikayıl Qulubəyov, Qasım Əmrahov və başqaları oldu.
O vaxtlar almanlar yerli əhalini də çox incidirdilər. Odur ki, onlardan bəziləri partizanlıq edirdi. Biz də imkan axtarırdıq ki, faşist gözətçilərini məhv edib, onlara qoşulaq. 1943-cü ilin noyabrında bizi vaqonlara doldurub Şimali İtaliyanın Triyest şəhəri yaxınlığındakı Opçina qəsəbəsinə istehkamlar qurmaq üçün gətirdilər. Burada işlədiyimizə görə nisbətən “azadlıq” qazanmışdıq. Hətta almanlar Mehdiyə, Cavada etibar edib qəsəbəyə getmələrinə də icazə verirdilər. Onlar partizanlarla əlaqə yarada bilmişdilər.
Gizli təşkilatımızın qərarına əsasən, Mehdi, Cavad və Əsəd Qurbanov partizanlığa göndərildi. Sadıq Nadirli, Qasım Əmrahov və mən Mehdinin göstərişi ilə əsirlikdə fəaliyyət göstərməli, almanlar haqqında onlara müntəzəm məlumat verməli və əsirlərin kütləvi partizanlığa qaçmasına şərait yaratmalı idik. Bizim göstərişlərimizlə Mehdigil kinoteatrları, körpüləri, fahişəxanaları, restoran və barları dağıdırdılar. Ümumiyyətlə, bizim əsas vəzifəmiz faşist əsgər və zabitinin çox olduğu yeri nişan vermək idi.
— Fərrux müəllim, Mehdigillə harada, necə görüşürdünüz, bəs faşist nəzarəti?
— Bizi gündüzlər çox işlədib yorsalar da, gecələr gözətçini yuxuya verəndən sonra yatmırdıq. Nəyin bahasına olursa- olsun, təşkilatın tapşırığı yerinə yetirilməli idi. Axı, təşkilatın əsas rəhbərlərindən biri cəsur sovet kapitanı Cavad Həkimlinin dəmir kimi möhkəm andı vardı: “Lazım gələrsə, Vətən yolunda həlak olmalı!”. Təşkilat yaranan günü bu anda son nəfəsimizə qədər sadiq qalmağa söz vermişdik. Gecələr Mehdigillə qabaqcadan müəyyən olunmuş yerlərdə — restoranlarda (əlbəttə, alman formasında) qoca bir qarının evində və ayrı-ayrı tinlərdə görüşüb məlumat alıb-verirdik.
— Mehdinin nəsillərə nümunə olan əfsanəvi qəhrəmanlığı haqqında haqlı olaraq mətbuatımızda çox yazılıb. Bəs cəsur dostunuz Sadıq Qasım oğlu Nadirlinin fəaliyyətindən necə, yadınızda qalan bir epizod varmı?
— Mən inamla deyərdim ki, Mehdi kimi Sadıq Nadirli də misilsiz rəşadət göstərmişdir. 1943-cü il, payızın son ayları idi. Bir gün mən Mehdinin buraxdığı “Hüququnu itirmiş dostuma” sərlövhəli vərəqələri başqa bir düşərgəyə çatdırmalı idim.
Vərəqələr alman faşistlərinin yaxın vaxtlarda darmadağın olunmasından, Sovet qoşunlarının bütün cəbhə boyu müvəffəqiyyətli hücumundan bəhs etməklə bərabər, həm də əsirləri intiqama səsləyən mübariz bir ittihamnamə idi. Onun son sətirləri “Alman faşistlərinə ölüm!” cümləsi ilə qurtarırdı. Azərbaycan dilində olan bu vərəqə “Qürbətzadə Mixaylo” imzası ilə buraxılırdı.
Mən Mehdidən iki yüzdən çox vərəqə götürüb, əlavə tapşırıqlar da aldım. Düşərgələr bir-birindən xeyli aralı idi. Həmin gün bizim parolumuz “Xəzər dalğası” idi. Onu da deyim ki, ehtiyat üçün hər görüşdə bir parolumuz olurdu. Qaranlıq, çiskinli bir gecə idi. Pencəyimin sağ qolunda gizlətdiyim tapançamı hazır vəziyyətdə saxlamışdım. Görüş yerinə lap az qalmış qəfildən gözümə gur işıq salındı. Bir səs “hende hox”— deyə bağırdı. Faşist patrulları ilə üzbəüz gəldiyimə şübhə etməyib yerimdən tərpənmədim. Kiçicik bir hərəkətimdən, tərpənişimdən məni yerimdəcə güllələyə bilərdilər. Sağ və solumda avtomat şaqqıldadı. Almanca gecənin parolunu soruşduqda, dinmədim.
Üstümdəki vərəqələrdən birisi kimdə tapılsaydı, onun ən yüngül cəzası asılmaq idi. Məndə isə bu vərəqlərdən iki yüzdən çox idi.
Son dəqiqələrim olduğunu hiss edib, xəyalımdan min bir fikir keçirdim. Faşist cəlladlarının dəhşətli, dözülməz cəzalarını xatırlayıb burada özümü məhv etmək qərarına gəldim. Yavaş-yavaş əllərimi yuxarı qaldırıb tapançadan möhkəm yapışdım. Faşist yenə “Parol”— deyə bağırdı. Bu vaxt arxadan kimsə, “Xəzər dalğası” deyib bir anda faşistləri yerə sərdi. Mən qorxudan donub qalmışdım. Güllə atılan tərəfdən:
“Fərrux, mənəm, Nadirliyəm, özünü ələ al” — deyib, faşist avtomatlarını soyuqqanlılıqla yerdən götürdü. Sonra:
 
“Hələ özünə gəlməmisənmi? — Mən onda xatırladım ki, bura həmişə Nadirli ilə görüşdüyümüz yerdir.
Sadıq Nadirli də Mehdi kimi faşistlərin qənimi idi. Sloveniyada və Yuqoslaviyada adı dillərdə gəzirdi. O, Naxçıvanın Zeynəddin kəndində anadan olmuşdu. Bu cəsur vətənpərvər həbs düşərgəsində əsirlərə olmazın cəza verən faşist zabiti Rabeni və baş feldfebel Ştiki aldadıb bara aparmış və orada məhv etmişdi.
— Nadirlinin son taleyi necə, yadınızdadırmı?
—Artıq 1944-cü il, mart ayının sonlarında düşərgədəki iki mindən çox azərbayanlının partizanlığa qaçmaq planını hazırlamışdıq. Hər şey əvvəlcədən müəyyənləşdirilmişdi. Əməliyyat necə olursa-olsun yerinə yetirilməli idi. O vaxt faşistlər bizdən bir az şübhələnib ayrı-ayrı düşərgələrə bölmüşdülər. Düşərgələr bir-birindən iyirmi beş-otuz kilometr aralı idi. Bir gün Qasım Əmrahov xəbər gətirdi ki, Nadirli həbs olunub, silahdaşlarını da darmadağın ediblər, təşkilatın uzun müddət hazırladığı plan təhlükə qarşısındadır. O, vətənpərvərlərdən ibarət gizli bir dəstə toplamışdı. Onun ən böyük arzusu gizli fəaliyyətə son qoyub silahdaşları ilə birgə Mehdinin partizan dəstəsinə qoşulmaq idi.
Həmin gecə səhərə yaxın Nadirli sloven qızı Savvanın (“Uzaq sahillərdə” əsərindəki Anjelikanın əsl adı) yanına gedib, məxfi məlumatları və partizanların göndərdiyi buraxılış vərəqələrini alıb qayıdanda bir satqın tərəfindən ələ verilir. Axtarış zamanı onun portfelindən məxfi sənədlər çıxır. Satqın Nadirlinin öz dəstəsində imiş. Bir neçə gün sonra hamını Nadirlinin olduğu düşərgəyə gətirdilər. Ona dəhşətli əzab, işgəncə vermişdilər. Müavini Məmmədağa ilə ikisini də düşərgədə əsirlər qarşısında dirəyə bağlayıb vicdansızcasına döydülər. Onu bu vəziyyətdə tanımaq çox çətin idi. Lakin o, bütün əzablara mərd bir sovet zabiti kimi dözərək nə təşkilat, nə də onun üzvləri haqqında heç bir şey demədi.
Son sözləri indi də qulaqlarımda səslənir: “Əlvida, qardaşlar, məndən arxayın olun, sağ qalsanız anama, Vətənə çoxlu salam deyin!”.
Boğula-boğula danışan müsahibim hıçqırtıdan özünü saxlaya bilmirdi. Mən dolmuş halda onun üzünə baxırdım. Amma göz yaşlarını görə bilmirdim. Hardansa nənəmdən eşitdiyim bir fikir yadıma düşdü: “Dost üçün ağlayan gözün yaşı qəlbə axar”. Bəlkə, insan daxilindəki odu, atəşi, yanğını söndürmək üçün gözünün yaşını qəlbinə axıdır. Adam ancaq onda nisbətən rahatlıq tapır, öz əzabı özünü dincəldib sakitləşdirir. Dərdini danışmaqla rahatlıq tapmazsan, ürəyin varsa, gərək mütləq ağlayasan.
Bundan sonra azərbaycanlı əsirlərdən ehtiyat edən faşistlər onları ciddi nəzarət altında vaqonlara doldurub Tirren dənizi sahillərinə göndərdilər. Yolda Fərrux Sultanovun başçılığı ilə yüz yetmiş nəfər həmyerlimiz nəzarətçiləri məhv edib, vaqonları dağıtmışdılar. Meşələrə çəkilən əsirlər gecə-gündüz yol gedərək Orta İtaliyanın Qrozetta şəhəri yaxınlığındakı amerikan ordusu ilə birləşərək almanlara qarşı vuruşmuşdular.
Fərrux Sultanova 1943-cü ildə partizan təşkilatının verdiyi bir sənədlə tanış oluram. “Verilir 1923-cü ildə Tovuz rayonunda anadan olmuş Fərrux Sultanov yoldaşa. O, gizli təşkilat sıralarında özünü intizamlı, qorxmaz və cəsur kimi tanıtmışdır. Bütün tapşırıqları vicdanla və səliqə ilə yerinə yetirir. Mübarizəmizin məqsədini yaxşı anlayır. Buna görə də dəfələrlə mükafatlandırılmışdır”.
— Bəs sonra Mehdi Hüseynzadə ilə əlaqə saxlaya bildinizmi?
— Xeyr, mənə Mehdi ilə bir daha görüşmək qismət olmadı. Mehdinin bundan sonrakı taleyini Cavad Həkimli daha ətraflı bilir. Son günlərə qədər onlar birgə olublar. Həyatda elə şəxsiyyətlər, elə insanlar var ki, onlar haqqında danışmamaq, yazmamaq mümkün deyil. Belə adamlar həyatda çox şey görüb, çox sınaqlardan çıxıb, bir sözlə, elə maraqlı həyat yolu keçiblər ki, bugünkü gənclərimizə onlar nümunə olmağa layiqdirlər.
O vaxt növbəti müsahibimiz Mixaylonun komandiri Cavad Həkimli olmuşdu. Bu barədə gələn yazıda söz açacağıq.
Şəmistan NƏZİRLİ,
tədqiqatçı-jurnalist

r



Oxunub: 3 739
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 22:34 | Ət niyə bahalaşır?
    Dünən, 22:32 | Cəlilabadda kartof sahələri xəstəliklərə yoluxaraq məhv olur - FOTO
    Dünən, 22:30 | “Başçının köməkçisi dedi ki, get evində sakit otur, çağıranda gələrsən” - NARAZILIQ VAR...
    Dünən, 21:55 | "Neftçi" "Kəpəz"ə qalib gəldi, Qarabağ"dan bu mövsümün ilk məğlubiyyəti
    Dünən, 21:50 | Ağstafada zəhərlənlərin adları məlum oldu
    Dünən, 21:44 | Ramiz Mehdiyev hakimiyyəti ƏLƏ KEÇİRSƏYDİ... ONLAR VƏZİFƏYƏ GƏLƏCƏKDİ! - SİYAHI YAYILDI
    Dünən, 20:52 | 8 Noyabr – Zəfər Günü Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasında da qeyd olunub
    Dünən, 20:34 | Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Dünən, 20:12 | Tanınmış jurnalist Şəhid kapitan Mühüd Orucova görə Müdafiə Nazirinə müraciət etdi - FOTO
    Dünən, 19:16 | Vətən müharibəsi şəhidi Elşən Orucov ildönümündə ehtiramla anılıb
    Dünən, 16:27 | Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?
    Dünən, 16:20 | “Megastore” marketdə “Sirab” suyunun qiymətini fərqli satdılar – 4 min manat cərimə qüvvədə qaldı
    Dünən, 15:26 | TƏBİB sədri onu işdən çıxardı - Foto
    Dünən, 15:14 | Fatmayıda evdə partlayış: ər və arvad... - Video
    Dünən, 14:47 | Bakı bu ölkəyə neft ixracını 3 dəfə artırdı
    Dünən, 14:46 | İlham Əliyev və xanımı Zəngilanda açılışda iştirak etdilər
    Dünən, 14:44 | Kameraları qırıb 10 minlik oğurluq etdi, həbs olundu
    Dünən, 13:51 | İcbari tibbi sığorta fondunun gələn ilki xərcləri... - Nazir
    Dünən, 13:50 | Ermənistan balığı Rusiya bazarından tamamilə çıxarılır
    Dünən, 13:47 | 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı
    Dünən, 12:51 | Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizmi necə olacaq?
    Dünən, 12:49 | AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
    Dünən, 10:43 | Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq
    Dünən, 09:33 | Misli Premyer Liqası: "Qarabağ" və "Neftçi" meydana çıxırlar
    Dünən, 07:54 | Noyabrın ilk maqnit qasırğası yaxınlaşır - XƏBƏRDARLIQ
    Dünən, 07:52 | Toyda ölən iş adamı icra başçısının qohumu imiş - TƏFƏRRÜAT
    Dünən, 07:12 | Avropa Liqası: "Beşiktaş" "Seltik"ə uduzdu
    Dünən, 07:10 | Bakı-Ankara münasibətləri Astananı da narahat edir
    Dünən, 07:04 | Konfrans Liqası: III turun oyunları keçirildi
    5-11-2026, 22:36 | İcra Başçısı şəhid ailələrinin arzusunu yerinə yetirdi
    5-11-2026, 20:09 | Qazaxda 8 Noyabr – Zəfər Günü ilə bağlı şəhid ailələri və qazilər üçün bayram süfrəsi təşkil edilib
    5-11-2026, 18:06 | Bu türk ölkəsi eneji içkilərini qadağan edir
    5-11-2026, 18:04 | Onlara da məcburi köçkün statusu veriləcək
    5-11-2026, 18:01 | Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər - Foto
    5-11-2026, 17:59 | Gəncə-Mingəçevir-Gəncə istiqamətində əlavə reyslər təyin edildi
    5-11-2026, 16:11 | Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    5-11-2026, 16:09 | Dövlət başçısı bu qanunu təsdiqlədi
    5-11-2026, 16:07 | Ağıllı saatlara görə aksiz vergisi alınacaq - Hər birinə 20 manat
    5-11-2026, 16:05 | Prezident fərman imzaladı
    5-11-2026, 16:02 | Bir qrup media nümayəndəsi təltif edildi
    5-11-2026, 15:06 | Ağstafada müəllimlər arasında Zəfər Gününə həsr olunmuş intellektual yarış keçirilib
    5-11-2026, 13:34 | Başçı oğlunu aldadan qardaşlar həbs olundu
    5-11-2026, 13:32 | Bakıda dünya çempionatının açılış mərasimi olub - Foto/Video
    5-11-2026, 12:58 | Ağstafada Zəfər Günü ərəfəsində ağacəkmə aksiyası...
    5-11-2026, 12:52 | Nərə və qızılbalıq istehsalçılarına şad xəbər: Subsidiya veriləcək
    5-11-2026, 12:47 | Pensiyalar 45 manat artacaq: 2027-ci il üçün proqnoz
    5-11-2026, 12:44 | Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda
    5-11-2026, 07:49 | Çempionlar Liqasında tarixi darmadağın: "Komo"dan 9 qol - Video
    5-11-2026, 07:46 | Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
    5-11-2026, 07:44 | Orqanizmdə daş yaranan dörd nahiyə: Bəziləri təhlükəli nəticələrə səbəb olur
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.