"Qarabağ" "Napoli"yə, "Qalatasaray" "Royal Union"a QARŞI - Günün ən maraqlı oyunları hansı kanallarda yayımlanacaq?
Bu axşam UEFA Çempionlar Liqasında Liqa mərhələsinin beşinci turunun ilk oyunları keçiriləcək. Mediaxeberleri.Az xəbər verir ki, gecənin ilk əsas qarşılaşmasında "Qalatasaray" İstanbulda "Royal Union"u qəbul edəcək. İzləyicilər bu oyunu 21:45-dən etibarən "CBC Sport" TV-də izləyə biləcəklər. Günün digər maraqlı qarşılaşmalarında isə "Napoli" İtaliyada təmsilçimiz "Qarabağ"ı, "Çelsi" isə İngiltərədə "Barselona"nı qəbul edəcəklər. "Napoli" - "Qarabağ" oyunu İctimai TV-də, "Çelsi" - "Barselona" oyunu isə "CBC Sport" TV-də yayımlanacaq. UEFA Çempionlar Liqası IV tur 25 noyabr Saat 21:45, "Qalatasaray" - "Royal Union" ("CBC Sport" TV). 26 noyabr Saat 00:00, "Napoli" - "Qarabağ" (İctimai TV); Saat 00:00, "Çelsi" - "Barselona" ("CBC Sport" TV).
Oxunub: 67
Xəbəri paylaş
Paylaş:





















