Ağstafa yenilənir – şəhərin siması günbəgün dəyişir
Ağstafada aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri rayonun inkişafına yeni bir nəfəs gətirir.
Mediaxeberleri.Az xəbər verir ki, şəhərin əsas magistrallarından olan Nəriman Nərimanov küçəsində yenilənmə prosesi sürətlə və mütəşəkkil şəkildə davam edir. Küçə boyunca yeni asfalt örtüyü salınır, yol kənarındakı səkilər tamet daşlarla səliqəli şəkildə döşənir, bardyurlar isə müasir standartlara uyğun olaraq yenidən qurulur.
Bu işlər təkcə şəhərin görünüşünü dəyişmir, həm də sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün əlverişli infrastruktur yaradır. Ağstafanın abadlaşması Prezident tərəfindən regionların inkişafına göstərilən ardıcıl və məqsədyönlü diqqətin bariz nümunəsidir.
Rayon rəhbəri Seymur Orucovun bilavasitə nəzarəti, təşəbbüskarlığı və dəstəyi ilə icra olunan bu layihələr Ağstafanın inkişaf strategiyasına yeni dinamika qazandırır. Rayonda görülən işlər sakinlər tərəfindən rəğbətlə qarşılanır və hər kəs rayonun daha da gözəlləşəcəyinə böyük inam bəsləyir.