Mediaxeberleri.az
    
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Son xəbərlər :
  • Argentinalı məşhur futbolçu huşunu itirdi
  • ABŞ yeni kamikadze dronunu təqdim etdi
  • Azərbaycana qar yağıb
  • Astarada qəza: 5 kəndin qazı kəsildi
  • Qazaxda iki nəfər bıçaqlandı
  • Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi - Video
  • Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
  • Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat
  • Azərbaycan bu ölkəni təbrik etdi
  • Noyabrın sonunda üç BÜRCÜN həyatı yaxşılaşacaq
  • Rusiya taktikanı dəyişib - Hədəfi budur
  • “Qarabağ” “Kəpəz”, “Neftçi” isə “Araz” sınağında
  • Sahibsiz itlərin hücumundan şikayətçidirlər - VİDEO
  • İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib
  • Bakıda ağaclar kəsilərək yerində restoran tikilir? - VİDEO
  • İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - Siyahı
  • Qazaxda yerli sakin bıçaqlandı
  • Bakı sakini Qazaxda dəm qazından boğularaq ölüb
  • İranla belə bir saziş imzalayacağıq - Tramp
  • Sevinc Maniyeva vəfat etdi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“Bu gedişlə Fransa kimi ABŞ də bölgəyə kənardan baxmaqla kifayətlənməli olacaq” - ŞƏRH

  • Tarix: 16-09-2023, 22:26

“Amerika Birləşmiş Ştatları Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra Cənubi Qafqazda dayanıqlı sülh və sabitlik mühiti üçün yaranan tarixi şansı özünün maraqlarına təhdid hesab edir. Çünki strateji coğrafi mövqeyə malik, yaxud təbii sərvətlərlə zəngin regionlarda ABŞ maraqlarını yalnız münaqişələr hesabına təmin edir”.

Mediaxeberleri.Az xəbər verir ki, bu fikirləri Oxu.Az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Onun sözlərinə görə, yaxın tarixdən bəllidir ki, dünyanın ayrı-ayrı bölgələrinə “sülh və demokratiya” adı altında fəlakətlər daşıyan ABŞ, həmin ölkələr və toplumlar artıq müqavimət göstərə bilməyəcək duruma düşdükdən sonra həmin regionu nəzarətə alaraq talan etməyə başlayır:

“Bir milyondan artıq insanın məhv edildiyi İraq və soyqırımına məruz qalan Əfqanıstanın timsalında aydın şəkildə müşahidə edə bilirik ki, dünyada bütün gərginlik nöqtələri ABŞ-nin istəyi və planlarına uyğun yaradılır.

Azərbaycan və Ermənistan arasında 30 ildən artıq davam etmiş münaqişənin gedişatında da Vaşinqton eyni ssenariyə sadiq qalmış, münaqişənin dondurularaq yekun həllə nail olunmaması üçün bütün vasitələrdən istifadə olunmuş, hətta bu məqsədlə işğal faktorunun legitimləşdirilməsinə çalışmışdır. İstər siyasi, istər iqtisadi cəhətdən tam müstəqilliyə nail olan, ciddi ordu quruculuğu həyata keçirən Azərbaycanın güclənməsinin qarşısını almaq üçün ABŞ ölkəmizdə dəfələrlə hakimiyyət çevrilişi edərək özünün marionetlərindən birini iqtidara gətirmək üçün cəhdlər edib. Ölkədə özünü “əsas siyasi müxalifət” elan edən antimilli ünsürlər də bu prosesdə məmnuniyyətlə Vaşinqtonla əməkdaşlıqdan çəkinməyərək illər ərzində davamlı şəkildə okeanın o tayından gələn təlimatlar ilə çoxsaylı xəyanətlərə imza atıb, ABŞ-nin maliyyə yardımları hesabına ayaqda qalıblar.

Lakin ABŞ Azərbaycan xalqının Heydər Əliyev yoluna və İlham Əliyev iqtidarına bağlılığını düzgün hesablaya bilmədiyi üçün hər dəfə fiaskoya uğrayıb. İlham Əliyevin regionda işğal və təcavüzə, o cümlədən separatizmə ən böyük zərbəsi hesab olunan 44 günlük savaşdakı qələbəmizdən sonra isə artıq Vaşinqton qeyri-ənənəvi üsullara əl atmaq məcburiyyətində qalıb. 30 ilə yaxın bir periodda xaltası Vaşinqtonun əlində olan siyasilərdən fayda görməyən ABŞ bu gün Azərbaycanın ən böyük üstünlüklərindən biri olan ailə və milli dəyərlərini hədəfə alıb. LGBT, “feminist” və “NO WAR”çıları maliyyələşdirməklə ABŞ Azərbaycanı daxildən parçalama planına start verib. Bu prosesin icrası isə antiislam və antitürk mövqeyini gizlətməyən radikal-terror təfəkkürlü xüsusi xidmət zabiti Samanta Pauer və onun rəhbərlik etdiyi USAID-ə tapşırılıb. Baxmayaraq ki, bu çirkin məqsədlərlə hər il USAID-ə ayrılan vəsaitlər hesabına regionu mina təhlükəsindən xilas etmək olar, yaxud ən azı yüz mindən çox insanın işğaldan azad olunmuş torpaqlara ləyaqətli qayıdışını təmin etmək mümkündür. Təbii ki, bəşəri dəyərlərin qlobal müdafiəçisi adına iddia edən ABŞ-ni əslində bu amillər maraqlandırmır. Nəticə etibarilə qeyri-ənənəvi üsulların da effekt vermədiyini görərək ABŞ ənənəvi metoda, yenidən vasitəçilik instituna üz tutub. Artıq münaqişə olmadığı üçün isə Vaşinqton bir müddət öncə yekun sülh müqaviləsinin hazırlanması istiqamətində platforma təşkil edərək proseslərə “töhfə”sini vermək niyyətini bəyan etdi. Bütün dialoqəsaslı platformalardan faydalı formada yararlanmağın mümkünlüyü xəttini tutan Azərbaycan da Vaşinqton prosesinə müsbət yanaşdı. Lakin ilk vaxtlar pozitiv meyillər müşahidə olunsa da, Vaşinqtonun maskası cırıldı və artıq ABŞ tədricən özünün çirkin, riyakar və ikiüzlü simasını daha gizlədə bilməyir”.

Bəhruz Məhərrəmov vurğulayıb ki, regionda sülh və təhlükəsizlikdən danışan ABŞ istər Dövlət Departamentində, istərsə də qanunverici orqanlarında açıq formada separatçılara dəstək verməyə, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik ruhunda mühit formalaşdırmağa başlayıb:

“Baxmayaraq ki, paralel olaraq Vaşinqton elə ərazi bütövlüyü və suverenlik prinsiplərini rəhbər tutaraq Ukrayna, Gürcüstan və Moldovaya münasibətdə “alovlu” bəyanatlar verir, separatizmin yolverilməzliyindən danışır. Azərbaycana münasibətdə isə separatçıların ən böyük dəstəkçilərindən biri kimi məhz Vaşinqton özü çıxış edir. Təsəvvür edin, ABŞ separatçı rejimin terrorçu koordinatorlarını okeanın o tayına səfərə dəvət edib görüşlər keçirərək, cinayətkar rejimin ofisini yaradaraq separatizmə bütün mümkün dəstəyi verib. Eyni zamanda Dövlət Departamentinin birbaşa dəstəyi ilə fəaliyyət göstərən fondlardan “Qarabağa yardım”, habelə mina təmizləmə adı altında milyonlarla dollar yardım verərək separatizmin maliyyə dayaqlarından birini təşkil edib. Belə olan halda Vaşinqton Ukraynada, yaxud Gürcüstanda separatizmlə mübarizədə səmimi ola bilməz. Çünki ABŞ üçün Ukrayna və Gürcüstanın suverenliyi və ərazi bütövlüyü yox, oradakı münaqişəli vəziyyətin özü maraqlıdır və əslində 40 milyard dollardan artıq vəsait ayırmaqla Vaşinqton Kiyevin haqlarını yox, münaqişənin davamlılığını təmin edib. Məhz bu səbəbdən Vaşinqton bu günə qədər bir dəfə də olsa, Rusiya və Ukraynanı sülhə çağırmayıb, əksinə müharibəni daha da körükləyib.

Azərbaycanda da eyni ssenari rəhbər tutulsa da, xalq-iqtidar birliyi Vaşinqtonun planlarını uğursuz cəhdlərə çevirib və bundan sonra da bu kimi ikiüzlü niyyətlərin realizə şansı yoxdur. Əksinə, Vaşinqton özü regionda maraqlarını təhlükəyə atır və bu gedişlə artıq regiondan təcrid olunmuş Fransa kimi ABŞ də bölgəyə kənardan baxmaqla kifayətlənməli olacaq”.


Oxunub: 976
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 12:30 | Argentinalı məşhur futbolçu huşunu itirdi
    Bu gün, 12:13 | ABŞ yeni kamikadze dronunu təqdim etdi
    Bu gün, 11:55 | Azərbaycana qar yağıb
    Bu gün, 11:54 | Astarada qəza: 5 kəndin qazı kəsildi
    Bu gün, 11:51 | Qazaxda iki nəfər bıçaqlandı
    Bu gün, 10:54 | Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi - Video
    Bu gün, 10:48 | Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
    Bu gün, 10:46 | Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat
    Bu gün, 10:42 | Azərbaycan bu ölkəni təbrik etdi
    Bu gün, 10:18 | Noyabrın sonunda üç BÜRCÜN həyatı yaxşılaşacaq
    Bu gün, 10:17 | Rusiya taktikanı dəyişib - Hədəfi budur
    Bu gün, 10:15 | “Qarabağ” “Kəpəz”, “Neftçi” isə “Araz” sınağında
    Bu gün, 09:56 | Sahibsiz itlərin hücumundan şikayətçidirlər - VİDEO
    Bu gün, 09:47 | İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib
    Bu gün, 09:47 | Bakıda ağaclar kəsilərək yerində restoran tikilir? - VİDEO
    Dünən, 23:02 | İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - Siyahı
    Dünən, 22:30 | Qazaxda yerli sakin bıçaqlandı
    Dünən, 21:50 | Bakı sakini Qazaxda dəm qazından boğularaq ölüb
    Dünən, 21:43 | İranla belə bir saziş imzalayacağıq - Tramp
    Dünən, 21:39 | Sevinc Maniyeva vəfat etdi
    Dünən, 21:38 | İşdən çıxarılan Elçin Babayevlə bağlı sensasion fakt
    Dünən, 21:36 | "Qalatasaray" qalib gəldi, baş məşqçisi qırmızı aldı
    Dünən, 19:34 | Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti - Video
    Dünən, 19:26 | “Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
    Dünən, 18:35 | Ağdamda itlər məktəbli qıza hücum edib - FOTO
    Dünən, 18:33 | Azərbaycanda ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatı keçiriləcək
    Dünən, 18:32 | Kartdan-karta köçürmələr risk mənbəyi kimi - Yeni təkliflər var...
    Dünən, 12:29 | TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı - FOTO
    Dünən, 12:27 | Badamdarda evin həyəti ikiyə ayrıldı - VİDEO
    Dünən, 12:24 | İnsan orqanizmini qocaldan və ölümə yaxınlaşdıran 3 ən vacib faktor açıqlandı
    Dünən, 12:22 | Maşın almaq üçün kredit götürən şəxsin pulu oğurlandı
    Dünən, 10:50 | Bu şəxslər 700 manatadək cərimələnəcək
    Dünən, 10:49 | Millimiz Bədaviyə görə ilk texniki məğlubiyyətini ala bilər
    Dünən, 10:48 | Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü - Foto
    Dünən, 10:10 | İsa Qəmbər ölkədən çıxa bilmədi
    Dünən, 10:09 | Sumqayıtda bu yol yenə çökdü - Foto
    Dünən, 10:07 | Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Dünən, 09:33 | Bu ölkədə 6,7 bal gücündə zəlzələ oldu
    Dünən, 09:32 | İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi
    Dünən, 09:31 | İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər
    Dünən, 00:01 | Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu...
    20-11-2026, 22:19 | "Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
    20-11-2026, 22:11 | “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalının açılış mərasimi keçirilib
    20-11-2026, 19:44 | "Qələbələr Partiyası – 34 illik Zəfər və İnkişaf Yolu” - FOTOLAR
    20-11-2026, 19:39 | "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi
    20-11-2026, 19:26 | Naftalanda 3 məktəblini maşın vurdu
    20-11-2026, 19:25 | Metroda texniki xəta: Qatarların hərəkəti yubandı
    20-11-2026, 18:30 | İşçilər üçün saathesabı maaş: Yeni sistem necə işləyəcək?
    20-11-2026, 18:27 | “Real” Kurtua ilə bağlı qərarını verdi
    20-11-2026, 18:25 | Vüqar Əhmədov Mingəçevirdə vətəndaşları qəbul etdi - Foto
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.