Mediaxeberleri.az
    
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
  • 
  • Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
  • 
  • Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
  • 
  • "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
  • 
  • Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
    Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
  • 
  • "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

Son xəbərlər :
  • "Barselona" komandası Bakıda - Video
  • Qız üstündə dava: Tələbə universitetindən qovuldu?
  • Apteklərdə oftalmoloji müayinə aparanlara - Xəbərdarlıq
  • Kürdə batan çobanın son anları: Nəvəsi kömək istədiyini görüb - VİDEO
  • Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
  • Pərviz Şahbazova yeni vəzifə verldi
  • Maşın su kanalına düşdü: 1 ölü, 4 yaralı
  • Bu şəxslərin bütün cərimələri silinəcək
  • İlham Əliyev 5 fərman imzaladı
  • Süni intellektdən istifadə edənlərin çoxu ondan psixoloji dəstək alır
  • Azərbaycan və İtaliya XİN rəhbərlərinin görüşü başladı
  • Bakıda sabiq məmur avtomobili sərxoş halda idarə edərkən saxlanıldı
  • Elçin Babayev haqda sensasiya: Kim məhv etmək istəyir?
  • Elçin Babayev haqda sensasiya: Kim məhv etmək istəyir?
  • "Sabah" - "Barselona" oyununun hakimləri bəlli oldu
  • Tovuzda avtomobil körpüdən aşdı: Ölən və yaralılar var
  • Ermənistanın yeni konstitusiyasında Azərbaycanla bağlı nələr dəyişir?
  • 24 yaşlı qız dəm qazından boğuldu
  • Nəriman Süleymanovla bağlı cinayət işi açılıb? - Rəsmi
  • Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“AZƏRBAYCAN ÜÇÜN ƏN BÖYÜK PROBLEM İŞSİZLİK MƏSƏLƏSİDİR” - “Müəyyən qanunlar var ki, sahibkarlığın inkişafına mane olur”

  • Tarix: 31-05-2024, 08:05

Vahid Əhmədov: “Büdcənin icrasında şəffaflıq problemi var”


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov “AzPolitika”-ya müsahibəsində büdcə dəyişikliyi ilə bağlı təklif olunan yeni qanun layihəsi, Qarabağa qayıdış planının icrası və ölkədəki mövcud sosial-iqtisadi vəziyyətlə bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Vahid müəllim, hökumət dövlət büdcəsinə yenidən baxaraq, onu təxminən 3.8 milyard manat artırmaq qərarına gəlib. Bu zərurət nədən irəli gəlir?

- Bəli, dövlət büdcəsinə yenidən baxılır və burada bir sıra məqsədlər var. Birincisi, 2024-cü ilin dövlət büdcəsini qəbul edəndə neftin qiymətini 60 dollardan götürmüşdük. İndiki büdcədə onu 75 dollardan götürürük. Çünki dünya bazarında neftin qiyməti orta hesabla 87, 2 dollardır. Yəni, 27,2 faizlik bir artım var. Neftin qiymətinin artması dövlət büdcəsinə gələn vəsaitin həcmini artırıb.

- Amma neft hasilatı aşağı düşür ...

- Hasilatın aşağı düşməsindən asılı olmayaraq qiymət yüksəkdir. Hasilata uyğun büdcə təyin etmişik, amma qiyməti 60 dollardan götürmüşük. Digər tərəfdən, qeyri-neft sektorunda ciddi artımlar var. Son 4 ayda 600 milyon manata yaxın artım qeydə alınıb.

- Qeyri-neft sektoru dedikdə, dəqiqləşdirə bilərikmi hansı sahələrdə artım olub?

- Məsələn, kənd təsərrüfatı, turizm və digər sahələrdə artım olub ki, bu da çox müsbət haldır. Biz həmişə çalışırıq ki, qeyri-neft sektorunda artım olsun. Bu dörd ayda inflyasiya cəmi 0,7 faiz olub ki, bu da çox aşağı göstəricidir. Eyni zamanda ixracda təxminən 2,7 milyard dollara yaxın müsbət saldo var. Yəni, biz ötən ilə nisbətdə çox məhsul göndərmişik, bunun müqabilində isə daha az məhsul idxal etmişik.

- Amma ticarətdə müsbət saldonun həcmində də azalma müşahidə edilib...

- Burada dörd aydan söhbət gedir. Neft ixracından başqa, qeyri-neft ixracı da artıb. Yəni, bu məsələlər hamısı şərait yaradır ki, dövlət başçısı tərəfindən qarşıya qoyulan məqsədlər həll edilsin.

- Hansı məqsədlər?

- Birincisi, işğaldan azad olunmuş Qarabağ-Zəngəzur zonasında tikinti layihələrini gücləndirmək, o cümlədən əhalinin qayıdışını sürətləndirmək. İkincisi, müdafiə və təhlükəsizlik məsələsidir. Doğrudur, bura hər il kifayət qədər vəsait ayrılır. Amma indi baxıb görürük ki, yeni silahların alınması üçün əlavə olaraq 800 milyon manata yaxın vəsait lazımdır. Üçüncüsü, investisiya sahələrinə ayrılan vəsait. Məsələn, avtomobil yollarının çəkilməsi, bəzi rayonlarda su probleminin həlli və digər bu tip məsələlər. Bu üç mühüm məsələ üçün əlavə olaraq 3 milyard 796 milyon manat vəsait sərf olunacaq. Bu vəsaitin müəyyən hissəsi, daha dəqiq desək 250 milyon manatı Mərkəzi Bankın mənfəəti, 25 milyon manatı avtomobillərin utilizasiyası ilə bağlı yaradılan fondun, 870 milyon manatı isə büdcə xərclərindəki müəyyən dəyişikliklər hesabına qarşılanacaq.

- Vahid müəllim, bu günlərdə Milli Məclisin komitə iclasında Maliyyə naziri Samir Şərifov borc limitinin 10 milyard dollara qaldırıla biləcəyini qeyd etdi. Kifayət qədər valyuta ehtiyatlarımız olduğu halda, borca nə ehtiyac var?

- Əvvəla onu deyim ki, biz həmişə xaricdən borc almağa ehtiyatla yanaşırıq. Elə dövlətlər var ki, onların dövlət borcları öz Ümumi Daxili Məhsulunu (ÜDM) belə keçir. Məsələn, Türkiyədə bu göstərici ÜDM-nin 70 faizi, ABŞ-də ÜDM-nin həçmindən belə xeyli artıqdır. Ən aşağı dövlət borcu olan dövlət bizik. Bizdə bu göstrərici Ümumi Daxili Məhsulun 8-9 faizinə bərabər olur. İndiyə qədər 10 faizdən yuxarı qalxmayıb. Doğrudur, daxili borcumuz artır. Əvvəl 4 milyard manat idisə, indi 15 milyard manata çatıb. Amma manatın məzənnəsi sabitdir, bazarda pul kütləsi ilə əlaqədar ciddi problem yoxdur. Ona görə də daxili borcun artması elə də ciddi bir problem yaratmır. Bu baxımdan bizə xaricdən 10 milyard borc almaq da böyük problem yaratmaz. Bu zaman ümumi borcun məbləği 15 milyard olacaq ki, bu da dövlət büdcəsinin təxminən 14-15 faizinə bərabərdir. Biz 2024-cü il üzrə Qarabağdakı bərpa işlərinə 4.8 milyard manat vəsait ayırmışıq. Amma orada görülən işləri götürəndə ora 100 milyardlarla vəsait lazımdır. Özü də dövlət başçısı qarşıya məqsəd qoyub ki, işlər tez zamanda bitməlidir ki, insanları ora köçürə bilək. Orada normal yaşayış olmalıdır ki, gələcəkdə bizim Qarabağla bağlı problemimiz olmasın. Düşünürəm ki, işləri tezləşdirmək üçün borc götürmək elə də ciddi problem yaratmaz.

- Azərbaycanda müxtəlif dövlət qurumları da xarici maliyyə təşkilatlarından dövlət zəmanəti ilə miyardlarla dollar borc alıblar. Məsələn, “Azərsu”, “Azərenerji”, “Azərişıq” və s. təsərrüfat hesablı qurumların aldığı borcların səmərəli idarə olunmasında, şəffaflığının təmin olunmasında ciddi problemlər olub…

- Bəli, razıyam. Ümumiyyətlə, dövlət büdcəsinin icrasında ən ciddi məsələlərdən biri şəffaflığın təmin edilməsidir. Bu problem var. Amma Hesablama Palatası bu sahədə yoxlamalar aparır və lazım gələrsə, bəzi işləri hüquq-mühafizə orqanlarına yönləndirir.

- “Azərsu” iki il əvvəl açıqlamışdı ki, 7,8 milyard manat daxili borclanması var. Bura “Bakı Metropliteni”ni və digər ASC-ləri də aid edə bilərik. Bunlar hamısı dövlətin boynuna böyük bir “borc vedrəsi” asıblar. Bu baxımdan, Hesablama Palatasının yoxlamları, maliyyə nəzarəti nə qədər effektivdir?

- Ümumiyyətlə, kommunal qurumların dövlətin balansında qalması absurddur. Artıq özəlləşməyə getməli, dövlət bu yükdən azad olmalıdır. Müəyyən strateji əhəmiyyətli qurumlarda dövləti səhmdarlardan biri kimi saxlamaq olar. Məsələn, Dövlət Neft Şirkəti və ya “Azərenerji”ni.Qurum elə bir strateji əhəmiyyət kəsb etmirsə, verməlisən bazara və onlar dövlətdən heç bir vəsait almamalıdır. Özü bilər, getsin borc alsın ödəsin. Məsuliyyət dövlətin yox, onun üzərində qalsın. Amma bizdə faktiki olaraq bu gün özəlləşmə getmir.

- Niyə getmir? 10 ildən artıqdır bu barədə təkliflər səsləndirilir. Siz də dəfələrlə bu məsələyə toxunmusunuz.

- Birincisi, bizdə müharibə şəraiti idi, ciddi problemlər var idi. Müharibə qurtarandan sonra isə mən fikir verdim ki, “Azərişıq” “Azərenerji”, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi işğaldan azad olunmuş bölgələrdə necə işlədilər. Onların gördüyü işləri hesablamaq mümkün deyil. Gecə-gündüz, hətta qışın sərt günlərində də dayanmadan çalışdılar. Özəl qurum olanda onları buna məcbur edə bilmirsən. Bütün bu işlər dövlət büdcəsi hesabına görülür. Biz ora kənardan bir manat da cəlb etməmişik.

- Əslində, xaricdən vəsaitin cəlb olunmamısı mənfi hal deyilmi?

- Ölkə başçısı bu işə başlayanda dedi ki, o dövlətlər ki, 44 günlük müharibədə Azərbaycanın yanında oldu, Qarabağda onlar işləyəcəklər. Kənar dövlətləri ora buraxmırıq. Yoxsa, ora vəsait qoymaq istəyən dövlətlərin sayı kifayət qədərdir. Ancaq buna ehtiyacımz da yoxdur. Çünki işlər çox sürətlə gedir. Orada gedən işlərlə tanış olmuşam, 3 ilə gördüyümüz işi başqa dövlətlər bəlkə də 10 ilə görə bilməzdi. Xeyli sayda texnika cəlb edilib. Kənardan bizə Türkiyə, Özbəkistan, Qırğızıstan kimi bizə yaxın dövlətlər də yardım edir. Qarabağa türk dövlətləri vəsait qoyur. Vaxtilə biz oralara kifayət qədər investiysa qoymuşuq. İndi də sıra onlardadır.

- Qarabağ strateji hədəfdir, təbii ki, infrastruktur yaradılmalı, evlər tikilməli və əhali köçürülməlidir. Amcaq respublikanın digər bölgələrində də sosial sahədə kifayət qədər problem var. Bölgələrə investisiya qoyuluşu azalıb, məşğulluq aşağı düşüb...

- Bəli, bu gün Azərbaycan üçün ən böyük problem işsizlik məsələsidir. Hökumət bundan narahatdır. Ötən il hesabat zamanı Baş nazirə bildirdim ki, bizdə 14 iqtisadi rayon var, gəlin hər rayon üzrə iş yerləri ilə bağlı proqram hazırlayaq. Yoxsa, bu camaat axışıb gəlir şəhərə. Yəqin ki, şəhərdəki tıxaclardan xəbərdarsınız... Belə bir proqram mütləq olmalıdır. Fikir verin, Sumqayıtda yaradılan kiçik sənaye zonalarında bu gün 12 minə yaxın insan çalışır.



- Sənaye məhsullarının ixracında da azalma var.

- Ancaq istehsal var. Bizdə sadəcə, idxal artır. Ötən il 2 milyard idisə, bu il onu keçib. Ərzaq və avtomobil idxalı artıb. İdxalın 61 faizi avtomobillərdir. Artıq köhnə maşınların utilizasiyası başlayıb. Əhaliyə vəsait verirlər ki, maşını dəyişsin. Bu, müəyyən müddətə xeyir verəcək. Bəli, yuxarıdakı fikrinizlə razıyam, bölgələrdə iş yerləri yoxdur. Hər zaman deyirəm ki, idxalın strukturuna baxmaq lazımdır. Əgər bu il 100 adda məhsul idxal ediriksə, gələn il bu rəqəmi 80-ə, növbəti il 60-a endirməliyik. O məhsulları ölkədə istehsal etməliyik. Düzdür, idxal hər zaman var. Amma baxır nəyi idxal edirsən də. Elə ərzaq məhsulları var ki, onu Azərbaycanda da istehsal etmək olar. İkincisi, biz ancaq xammalın ixracına üstünlük veririk. Niyə ipək, toxuculuq kombinatımız yoxdur? Pambığı istehsal edib, xammal şəklində ixrac edirik. Bu, düzgün deyil axı.

- Büdcəyə yenidən baxılarkən, iki nüans diqqət çəkir. Birincisi, Vergilər Nazirliyinin büdcə öhdəliyi 1 milyarddan artıq, Dövlət Gömrük Komitəsinin isə 500 milyon manat artırılır. Sizcə, bu addım sahibkarlığa necə təsir edəcək?

- Vergi sahəsində islahatlara ehtiyac var. Qəbul edilmiş müəyyən qanunlar var ki, sahibkarlığın inkişafına mane olur. Nə qədər çox idxal olursa, o qədər çox əlavə dəyər vergisi tutulur. Bu da dövlət büdcəsinə gedir. Vergidəki 1,1 milyardın böyük hissəsi bunun hesabına formalaşır. Neft satışında qiymət yuxarı olduğu üçün mənfəət vergisi artır.

- Bəs gömrük artımları nə ilə bağlıdır?

- Dediyim kimi, avtomobil idxalı artıb. Böyük artım var. Utilizasiya məsələsi, taksilərlə bağlı yeni qanun bura öz təsirini göstərir. Ümumiyyətlə, bizdə köhnə avtomobillərin sayı həddən artıq çoxdur. Mən 1992-ci ildə Baş nazirin birinci müavini işləyən zaman ölkədə 300 min avtomobil var idi. İndi təxminən 1,6 milyon avtomobil var.

Avtomobil parkının 80 faizi köhnədir. Bir məsələ də var ki, bizim torpaqlarımızın 20 faizi işğal altında idi. Buranın əhalisi Sumqayıtda və Bakıda məskunlaşmışdı. İndi onlar yavaş-yavaş öz torpaqlarına qayıdacaq və avtomobillərini də aparacaqlar. Bunun da müəyyən təsiri olacaq. Bu il olmasa da, 2025-ci ildən Qarabağ zonasında ciddi iqtisadi artımlar əldə edəcəyik. Orada 150 min hektara yaxın taxıl sahəsi var. Düzdür, 70 min hektarı əkildi və yüksək məhsuldarlıq olmadı. Amma hamısı əkilməlidir. Sənaye müəssisələri tikilir. Mən hətta təklif etmişdim ki, orada hərbi sənaye sahələri yaradaq və Qarabağ məsələsini birdəfəlik bağlayaq. Səhv etmirəmsə, sovet dönəmində Ağdamda və adını xatırlamadığım başqa bir bölgədə hərbi sənaye zonası var idi.

- Qarabağa köçürülən əhalinin müəyyən hissəsi şəhərlərdə yaşadığından kənd təsərrüfatı vərdişlərini itiriblər. Bir problem də hələlik Qarabağ zonasında fərdi təsərrüfatla məşğul olunmasına icazə verilməməsidir. Bu və digər məsələlər bölgənin sürətli dirçəldilməsinə hansısa problemlər yarada bilərmi?

- Bəli, ora köçürülən insanların bir hissəsinin daimi iş yeri yoxdur. Torpaq sahəsi müəyyən edilmədiyi üçün onlara bir müddət yardımlar edilməlidir. Məndə olan məlumata görə, onlar kommunal üçün pul ödəmirlər. Təbii ki, gələcəkdə Qarabağda torpaq islahatı olmalıdır, insanlara torpaq sahələri verilməlidir. Bu sahədə iş gedir. Orada hər şey planlı gedir. Torpaq islahatı getməlidir ki, insanların əkib - becərmək imkanı olsun. Düşünürəm ki, 5-10 il ərzində orada yaşam üçün ciddi bir problem qalmayacaq. Hazırda çox gözəl evlər, iaşə obyektləri tikilir, su-kanalizasiya xətləri, işıq, qaz məsələləri həll olunur, yollar çəkilir və s.

- Vahid müəllim, hazırda bizim 70 milyard dollara yaxın valyuta ehtiyatımız var. Həmin vəsaitin Azərbaycan iqtisadiyyatına qatqısı hansı səviyyədədir?

- İlk öncə onu deyim ki, Mərkəz Bankın sədri çox uğurlu bir siyasət aparır. Pul kütləsi tənzimlənir. Pul kütləsi nə qədər artacaqsa, inflyasiya da artacaq. Qiymətdə problem yaranacaq. Baxın, Prezident pensiya və ya əməkhaqqını artırmamışdan 1 həftə əvvəl bazarda bütün qiymətlər artır. Düzdür, ya yox?

- Bəli, amma yenə də iqtisadiyyatı pulsuz da qoymaq olmaz.

- İstənilən həcmdə pul kütləsini birdən-birə bazara buraxmaq olmaz. Dövlət Neft Fondundan 12 milyardlıq transfer nəzərdə tutulur. Yəni, o pulu ordan xərcləyirik. Xərcləyirik və imkan vermirik ki, valyuta rezervləri azalsın. Hər il üzərinə vəsait gəlir. O pullarda əmlak və valyuta formasında müəyyən yerlərə yerləşdirilir, müəyyən gəlirlər gəlir. Niyə birdən-birə xərcləmək olmaz? Çünki həmişə Azərbaycanda neft-qaz olmayacaq. Baxın, bu gün yaşıl enerj layihləri ilə bağlı nə qədər işlər gedir. Digər tərəfdən, o vəsaitin hamısı bizim deyil axı. Gələcək nəsillərə də qalmalıdır.

- Neft Fondu 1999-cu ildə yaradılıb, o dövrdən təxminən 25 il vaxt keçib. Yəni, bir nəsil gəlib keçib və onlar bu vəsaitdən az bəhrələniblər, uşaq pulu ala bilməyiblər, iş imkanları zəif olub və sair...

- Deməzdim ki, o puldan xeyir görməmişik. İnfrastruktur layihələrə böyük həcmdə vəsaitlər yönləndirilib. Həm Qarabağda, həm Azərbaycanda yolların çəkilməsi, su, işıq, qaz kimi məsələlərin həllinə lazım olan vəsait bu fond hesabına qarşılanıb. O puldan müharibə veteranları, şəhidlər, qazilər, pensiyaçılar istifadə edib. Biz sadəcə bunu hiss etmirik. Niyə dövlət çalışır ki, orada vəsait azalmasın? Çünki sabah nə olacağını heç birimiz bilmirik. Xatırlayıram, 1992-ci ildə hakimiyyətdə olan zaman pulumuz yox idi. Çörək qıtlığı yaranmışdı və problemi necə aradan qaldıracağımızı bilmirdik. Həmin vaxt mənim iştirakımla Moskvadan 7 milyardlıq kredit götürdük, sonra Qazaxıstandan taxıl gətirdik. Ona görə də o ehtiyatı elə-belə götürüb xərcləmək olmaz. O ehtiyat yaranıb ki, Azərbaycanın ağır günlərində istifadə edilsin.

Elçin Rüstəmli

Elvin Bəyməmmədli

“AzPolitika.info”


Oxunub: 1 805
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 21:43 | "Barselona" komandası Bakıda - Video
    Bu gün, 21:41 | Qız üstündə dava: Tələbə universitetindən qovuldu?
    Bu gün, 21:40 | Apteklərdə oftalmoloji müayinə aparanlara - Xəbərdarlıq
    Bu gün, 16:52 | Kürdə batan çobanın son anları: Nəvəsi kömək istədiyini görüb - VİDEO
    Bu gün, 16:11 | Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
    Bu gün, 16:09 | Pərviz Şahbazova yeni vəzifə verldi
    Bu gün, 14:47 | Maşın su kanalına düşdü: 1 ölü, 4 yaralı
    Bu gün, 14:43 | Bu şəxslərin bütün cərimələri silinəcək
    Bu gün, 14:33 | İlham Əliyev 5 fərman imzaladı
    Bu gün, 14:24 | Süni intellektdən istifadə edənlərin çoxu ondan psixoloji dəstək alır
    Bu gün, 14:21 | Azərbaycan və İtaliya XİN rəhbərlərinin görüşü başladı
    Bu gün, 14:10 | Bakıda sabiq məmur avtomobili sərxoş halda idarə edərkən saxlanıldı
    Bu gün, 14:08 | Elçin Babayev haqda sensasiya: Kim məhv etmək istəyir?
    Bu gün, 14:07 | Elçin Babayev haqda sensasiya: Kim məhv etmək istəyir?
    Bu gün, 13:57 | "Sabah" - "Barselona" oyununun hakimləri bəlli oldu
    Bu gün, 13:37 | Tovuzda avtomobil körpüdən aşdı: Ölən və yaralılar var
    Bu gün, 13:35 | Ermənistanın yeni konstitusiyasında Azərbaycanla bağlı nələr dəyişir?
    Bu gün, 12:58 | 24 yaşlı qız dəm qazından boğuldu
    Bu gün, 12:56 | Nəriman Süleymanovla bağlı cinayət işi açılıb? - Rəsmi
    Bu gün, 12:55 | Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
    Bu gün, 12:49 | Bu xanımlara yüksək vəzifə verildi - Foto
    Bu gün, 09:25 | Bakıda tanınmış aparıcı yol qəzasında ölüb
    Bu gün, 08:55 | Ət yemədən protein ehtiyacını qarşılayan qidalar
    Bu gün, 08:51 | Rusiyanın zərbələri Ukraynanın imkanlarını üstələyir - FT
    Bu gün, 08:41 | Xankəndidə aldığı tapançanı qayınatasının evinin həyətində basdıran şəxsə cəza verildi
    Bu gün, 08:29 | İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
    Bu gün, 08:20 | Köçdən sonra: İsmayıllının Mübariz Orucov küçəsi baxımsız vəziyyətdədir - VİDEO
    Bu gün, 08:13 | Azərbaycanda beşinci sinif şagirdi vəfat etdi
    Bu gün, 08:09 | Trampın bu təklifi Avropanı sevindirdi
    Bu gün, 08:01 | Rusiyada eyni klinikada işləyən azərbaycanlı və erməni iki həkimin səs-küy yaradan dostluğu - Video
    Bu gün, 07:19 | Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
    Bu gün, 07:15 | İranda çörək satışına məhdudiyyət qoyuldu
    Bu gün, 07:14 | Yasamalda bu göl qurumağa başlayıb - Video
    Bu gün, 07:12 | Yatmazdan əvvəl spirtli içki içmək faydalıdır?
    Dünən, 20:43 | İcra başçısının səmimi söhbəti bir neçə saat ərzində yüz əlli mindən çox baxış sayı toplayıb
    Dünən, 18:56 | "Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
    Dünən, 16:29 | Azərbaycan vətəndaşlarının bu ölkəyə vizasız rejimi tətbiq edildi
    Dünən, 16:27 | Zəngi liseyinin direktoru işdən çıxarıldı – Yeni təyinat
    Dünən, 16:25 | Bu şəxslər üçün imtahan keçiriləcək
    Dünən, 16:23 | Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
    Dünən, 12:30 | Argentinalı məşhur futbolçu huşunu itirdi
    Dünən, 12:13 | ABŞ yeni kamikadze dronunu təqdim etdi
    Dünən, 11:55 | Azərbaycana qar yağıb
    Dünən, 11:54 | Astarada qəza: 5 kəndin qazı kəsildi
    Dünən, 11:51 | Qazaxda iki nəfərə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
    Dünən, 10:54 | Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi - Video
    Dünən, 10:48 | Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
    Dünən, 10:46 | Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat
    Dünən, 10:42 | Azərbaycan bu ölkəni təbrik etdi
    Dünən, 10:18 | Noyabrın sonunda üç BÜRCÜN həyatı yaxşılaşacaq
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.