Mediaxeberleri.az
    
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
    Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"

Son xəbərlər :
  • 86 MİLYON HƏŞƏRATIN SİRRİ - Azərbaycana nə üçün gətirilirlər?
  • Maliyyə nazirinin yeni müavini kimdir? - Dosye
  • Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • “Hamı bilir hansı şirkət hansı nazirə məxsusdur” - Tural Abbaslı deyir ki...
  • Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir
  • Misli Premyer Liqası: "Turan Tovuz" "Sabah"a qalib gəldi
  • Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
  • "Sənətə gəldikləri bir il deyil, fəxri ad istəyirlər" - ETİRAZ
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • Şəmkirdə 8 yaşlı uşağı maşın vurdu
  • Parlament Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • Günnüt əməliyyatının tək qəhrəman şəhidi - Adil Tatarovun xatirəsi anılıb - FOTO
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 1,5 milyonluq PR-media büdcəsi kimin maraqlarına xidmət edir? - Səbuhi Rzazadənin naziri idarəetmə taktikası və kommunikasiya böhranı
  • Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
  • Ərdoğan Ceyhun Bayramovla görüşdü
  • Şiddətli töhmət alan baş həkimə direktor vəzifəsi həvalə edilib? - TƏBİB-dən açıqlama
  • Şavkat Mirziyoyev türk xalqları arasında qardaşlıq bağlarının möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Heydər Əliyevin böyük mübarizəsi və reallaşan Azərbaycan arzusu

  • Tarix: 10-05-2024, 09:17

Heydər Əliyev haqqında danışarkən Şərq fəlsəfəsinin bir deyimi yada düşür: insanlar öz həqiqi lideri ilə birləşəndə xalqa çevrilir. Və tarix şahiddir ki, Azərbaycan insanı məhz Heydər Əliyevlə birləşəndə əyilməz ruhunu özünə qaytardı.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bolşevik işğalı bu xalqa heç də bərabərlik gətirmədi. SSRİ-nin tərkibində “qardaş xalqlar” şüarı hər yeri bəzəsə də, Azərbaycanın digər respublikalarla, xüsusilə Ermənistanla müqayisədə geridə qalması, azərbaycanlıların digər millətlərin nümayəndələrinə nisbətdə önə çıxmasına imkan verilməməsi tarixi faktdır. O da faktdır ki, bu proses “qırmızı imperiya”nın kulislərində tülkü kimi dolaşan ermənilər tərəfindən daha da dərinləşdirilir, Azərbaycanın inkişaf etməməsi, azərbaycanlıların önə çıxmaması üçün əllərindən gələni edirdilər.

1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Sovet İttifaqının “əyalət ölkəsi” hesab olunan Azərbaycanın üzünə tale güldü, geridə qalmış respublikadan aparıcı ölkəyə çevrildi, azərbaycanlıların önü açıldı, ölkəyə diqqət artdı, beləliklə, bu gün vətəndaşı olduğumuz müasir, güclü Azərbaycanın formalaşmasına zəmin yarandı. SSRİ kimi “dəmir qanunların” olduğu, milli maraqların “dəfn edildiyi” və milliliyin önə çəkilməsinə görə güllələnmə, ən yaxşı halda sürgün cəzasının tətbiq edildiyi bir rejimdə öz ölkəsinin maraqlarını müdafiə etmək, həm də bunu çox ustalıqla həyata keçirmək yalnız Heydər Əliyev dühasının bacarığı ola bilərdi və o, “geridə qalmış” ölkəni, həm də geridə qalmasında maraqlı qüvvələrin olduğu bir dövrdə, ittifaqın güclü respublikasına çevirdi.

Heydər Əliyevin hakimiyyətə gəlişinə qədər Azərbaycan əsasən aqrar ölkə idi, ən böyük istehsal sahəsi kənd təsərrüfatından və neftdən ibarət idi. Azərbaycanın məhsulları ittifaqın digər respublikalarına daşınır, orada istehsal olunur, müəyyən hissəsi ölkəyə gətirilidi. Xüsusilə SSRİ rəhbərliyindəki ermənilər Azərbaycanın “geridə qalmasında” maraqlı idilər və bunun üçün hər şey edirdilər. Məhz Heydər Əliyev bu mənzərəni dəyişdirdi. O, milliləşdirmə siyasətini hələ Azərbaycan DTK-nın rəhbəri olduğu dövrdə başlamış, ermənilər və qeyri-azərbaycanlıların çoxluq təşkil etdiyi bu strukturu azərbaycanlılaşdırmışdı. Eyni milli xətti Azərbaycana rəhbərlik etdiyi dövrdə də davam etdirdi.

“Müasirləşdirmə” – tarixçilər Heydər Əliyevin 52 il öncə ölkəyə rəhbərlik etməyə başladığı dövrdən sonra baş verənləri belə xarakterizə edirlər və bunun bəhrəsini xalq olaraq bu gün də görürük. Ölkədə sürətlə müasirləşdirmə prosesi başlandı. Heydər Əliyev gələcəyə hesablanmış addım olaraq, SSRİ-nin mühüm istehsalat zavodlarının məhz Azərbaycanda inşa edilməsinə nail oldu. Neft sənayesi yeniləndi, zavodların inşası həyata keçirildi: Su Elektrik Stansiyası, toxuculuq fabriki, “Ulduz” elektrik cihazlar zavodu, Bakı məişət kondisioneri zavodu, Bakı şampan şərabları zavodu, “Elektroterm” zavodu, Sumqayıt kompressorlar zavodu, “Billur”, “Ozon”, “Alunit” zavodları və onlarla istehsalat müəssisələri…

Respublikanın bütün bölgələrində müasirləşdirmə aparılır, yeni müəssisələr inşa edilir, şəhərlərin siması dəyişirdi. Nəticədə Azərbaycan SSRİ-də ön pillələrə çıxmağa başladı. Təsadüfi deyil ki, Heydər Əliyevin sovetlər zamanı ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan 15 respublika arasında SSRİ büdcəsindən subsidiya almayan iki ölkədən biri oldu. Heydər Əliyevin 1969-cu ildən 1982-ci ilə – SSRİ rəhbərliyinə gedənə qədər həyata keçirdiyi işlər, inşa etdiyi müəssisələr müstəqiliyini yenidən bərpa edəndən sonra Azərbaycana qaldı və hadisələrin inkişafı dahi liderin gələcəyi öncədən gördüyünü deməyə əsas verir.

Heydər Əliyev kabinet işinə üstünlük vermir, neft emalı zavodlarını, laboratoriyaları, limanları gəzir, görülən işlərlə yerində tanış olur, ölkənin inkişafını sürətləndirirdi.

“Bəzən hətta iş vaxtı başa çatanda belə mən evə getmirdim, düşünürdüm, respublikaımızın vəziyyətinin yaxşılaşması üzrə yeni planlar qururdum. O haqda düşünürdüm ki, mənə verilmiş imkanlardan xalqım üçün necə faydalı işlər görə bilərəm”, – özü o dövrü belə xatırlayırdı.

1982-ci ildə onu Moskvaya yüksək vəzifəyə dəvət etdilər – Nazirlər Soveti sədrinin birinci müavini. SSRİ-də “qardaşlaşmış xalq” şüarı hər fürsətdə bayraq edilsə də, bir azərbaycanlının, həm də müsəlmanın ittifaqın ən yüksək vəzifələrindən birinə dəvət olunması nadir hadisə idi. Heydər Əliyevin Azərbaycanda gördüyü işlər və şəxsi keyfiyyətləri onun yolunu açmışdı. Bu, həm də Azərbaycan xalqının yolunun açılması idi. O, Moskvada işləyərkən, diqqəti daim Azərbaycanın üzərində idi və həmin illərdə ittifaq miqyasındakı layihələri Azərbaycana yönəldir, xalqının bundan faydalanmasına çalışırdı.

SSRİ rəhbərliyində çalışarkən Heydər Əliyevin ən böyük işlərindən biri Baykal-Amur magistralının (BAM) inşası oldu. O, 1940-cı ildə təməli qoyulan layihənin qısa müddətdə həyata keçirilməsində böyük rol oynadı. Lakin ən maraqlı məqam BAM-ın inşasında azərbaycanlıların sayının çoxluq təşkil etməsi idi. Bu, həm Heydər Əliyevin belə mühüm layihədə yalnız öz xalqına etibar etməsindən, həm də sevgisindən irəli gəlirdi. 1969-cu ilə qədər SSRİ-də aşağı kateqoriyada qəbul edilən azərbaycanlılar Heydər Əliyevin sayəsində ön plana çıxdı.

Milli kökə qayıdış, Heydər Əliyevin 1969-cu ildən sonra həyata keçirdiyi siyasətin əsasını bu təşkil edirdi. Moskvanın “vahid sovet xalqı” idealogiyasına rəğmən, Azərbaycanın bütün sferalarında milliləşdirmə siyasəti aparılır və dahi lider bütün bunları şəxsi nüfuzunun hesabına həyata keçirirdi. Onun ana dilinə xüsusi qayğısı milli siyasətin bazasını təşkil edirdi. 1978-ci il Azərbaycan SSR Konstitusiyası qəbul olunanda Heydər Əliyev tarixi gedişlə Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinə nail oldu. Bu, SSRİ rejimində olduqca cəsarətli, bir o qədər də təhlükəli addım idi. Lakin o, Moskvanı fakt qarşısında qoydu və buna nail oldu. Milli köklərin təbliği üçün film sahəsində tarixi mövzulara geniş yer verildi. Azərbaycanın qəhrəmanlıq səlnaməsindən bəhs edən “Babək” filminin çəkilişləri bunun ən bariz nümunələrindəndir. Bu film Heydər Əliyevin təşəbbüsü ilə çəkilib.

Məlumatlara görə, Naxçıvan ərazisində çəkilən filmdə yüzlərlə insanın iştirakına ehtiyac var imiş, lakin həmin vaxt, ümumi iməcilik olduğu üçün çəkiliş gedən kəndin camaatı əkin sahələrində olurmuş. Heydər Əliyevin tapşırığı ilə əkin sahələrindəki insanlar filmin çəkilişinə qatılır və beləliklə, Azərbaycan tarixindən bəhs edən və SSRİ miqyasında məşhurlaşan filmin çəkilişi baş tutur.

Heydər Əliyevin SSRİ dövründə ən sərt qaydalara baxmayaraq, milli xətti daim ön planda tutmasını təsdiqləyən çoxsaylı faktlar mövcuddur və o, ittifaq rəhbərliyində təmsil olunanda da təkbaşına milli fəaliyyətini davam etdirdi.

Və bu fəaliyyətinə görə müəyyən təzyiqlərlə də üzləşdi. Xüsusilə, ermənilər 1969-cu ildən sonra Heydər Əliyev haqqında Moskvaya anonim məktublar yazır, onun əleyhinə kampaniya aparırdılar. Dahi lidersə yorulmadan, şəxsi həyatını təhlükəyə ataraq, öz xalqı uğrunda mübarizəsindən geri durmadı. 1987-ci ildə bu fəaliyyətini bəhanə edərək, onu tutduğu postdan uzaqlaşdırdılar…

Tarix təsdiqlədi ki, ermənilərin illər boyu Heydər Əliyevin əleyhinə apardıqları kampaniya səbəbsiz deyil, məhz onun postundan uzaqlaşdırılmasından 1 il sonra – 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları başladı.

Ardınca Qorbaçovun anti-Azərbaycan siyasətinin davamı olaraq, 20 Yanvar faciəsi yaşandı. Çoxları Kremlə qarşı çıxmaq qorxusu ilə susanda Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və “qırmızı imperiya”nın üzünə açıq şəkildə qatil olduğunu dedi, əli azərbaycanlıların qanına batmış cinayətkarların cəzalandırılmasını tələb etdi və etiraz olaraq, Kommunist Partiyasının biletini tulladı. Sonralar ona qarşı çıxanlar həmin vaxt “qırmızı bileti” döş ciblərində gəzdirirdilər.

“Qorbaçovu və o hadisələrin icraçısı Yazovu bağışlamayacam”. Heydər Əliyev məqalələrinin birində 20 Yanvar faciəsinin sifarişçisi Mixail Qorbaçovu və icraçısı olan SSRİ müdafiə naziri Dmitri Yazovu açıq şəkildə tənqid edirdi və sona qədər də onları bağışlamadı.

1990-cı ilin iyulunda Heydər Əliyev Azərbaycana qayıtdı, əvvəlcə Bakıda yaşasa da, sonradan Naxçıvan Muxtar Respublikasına köçdü və ölkədə müharibənin getdiyi, dövlətin dağılmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda ən həssas coğrafiya olan Naxçıvanı düşmən təhlükəsindən xilas etdi. Ermənilərin tarix boyu əsas hədəfi Naxçıvanı ələ keçirmək olub, hətta bu gün belə bunu açıq şəkildə dilə gətirirlər. Məhz Heydər Əliyevin muxtar respublikaya rəhbərlik etməsi ermənilərin bu planlarının reallaşmasına imkan vermədi. Və dahi lider üçrəngli bayrağımızı ilk dəfə Naxçıvanda qaldırmaqla Azərbaycan dövlətinin müstəqilliyinin yenidən bərpa edilməsinin əsasını qoydu. Lakin Bakıda və respublikanın digər bölgələrində vəziyyət olduqca acınacaqlı idi. Cəbhədə müharibə gedir, buna paralel olaraq, hakimiyyət daxilində nüfuz müharibəsi aparılır, ölkə parçalanmaq təhlükəsinin kandarına gəlmişdi. Orduda nizam-intizam yox idi, fərarilik sürətlə artırdı, rayonlarda icra başçıları ilə hərbi komandirlər arasında mənsəb davası baş alıb gedirdi, bir tərəfdə “Sadval”çılar, digər tərəfdə Hümbətovun dəstəsi, bunlara paralel olaraq, Sürət Hüseynovun hərbi dəstələri Azərbaycanı de-fakto bölmüşdülər.

15 iyun 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan xilas oldu. Xalq anlayırdı ki, yeganə çıxış yolu məhz Heydər Əliyevin qayıdışıdır, buna görə də onun Bakıya gəlməsində sona qədər israr etdi. Heydər Əliyev xalqın çağırışı ilə Bakıya gəldi, 1993-cü il iyunun 15-də Ali Məclisin sədri seçildi. Onun ölkəni dağılmaqdan xilas etmək üçün atdığı addımlar və əldə olunan nəticələr haqlı olaraq, 15 iyunun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi düşməsinə əsas yaratdı.

Heydər Əliyev hakimiyyətə qayıdan kimi ölkənin parçalanması təhlükəsini aradan qaldırdı, nizami ordu yaratdı, asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı, idarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı, neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi, Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı.

Dahli lider müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 illik zaman kəsimində 100 illik zaman kəsiminə sığacaq işlər gördü və ən əsası Azərbaycanda dövlətçilik ənənəsini formalaşdırdı.

Onun bir arzusu, bir amalı var idi: torpaqlarğımızın işğaldan azad edilməsi, Şuşada üçrəngli bayrağımızın ucaldılması.

Məhz onun xilas etdiyi ölkənin gələcəyi üçün hazırladığı strategiya nəticəsində işğalçı Ermənistan üzərində böyük Zəfər qazandı, torpaqlarğımız azad edildi. Prezident İlham Əliyev Şuşanın azad olunması müjdəsini xalqa verəndə bildirmişdi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

Vəsiyyətin yerinə yetirildi, Milli Lider. Sənin arzuladığın və uğrunda mübarizə apardığı Azərbaycan artıq var: torpaqları azad olunmuş, güclü, qüdrətli, qürurlu ölkə...

Asif Nərimanlı


Oxunub: 1 309
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 21:50 | 86 MİLYON HƏŞƏRATIN SİRRİ - Azərbaycana nə üçün gətirilirlər?
    Bu gün, 21:46 | Maliyyə nazirinin yeni müavini kimdir? - Dosye
    Bu gün, 21:42 | Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi
    Bu gün, 21:36 | "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    Bu gün, 21:33 | “Hamı bilir hansı şirkət hansı nazirə məxsusdur” - Tural Abbaslı deyir ki...
    Bu gün, 21:30 | Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir
    Bu gün, 20:04 | Misli Premyer Liqası: "Turan Tovuz" "Sabah"a qalib gəldi
    Bu gün, 19:34 | Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
    Bu gün, 19:32 | "Sənətə gəldikləri bir il deyil, fəxri ad istəyirlər" - ETİRAZ
    Bu gün, 19:30 | Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Bu gün, 19:28 | Şəmkirdə 8 yaşlı uşağı maşın vurdu
    Bu gün, 18:53 | Parlament Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
    Bu gün, 18:39 | Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Bu gün, 17:55 | Günnüt əməliyyatının tək qəhrəman şəhidi - Adil Tatarovun xatirəsi anılıb - FOTO
    Bu gün, 17:25 | "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    Bu gün, 17:22 | 1,5 milyonluq PR-media büdcəsi kimin maraqlarına xidmət edir? - Səbuhi Rzazadənin naziri idarəetmə taktikası və kommunikasiya böhranı
    Bu gün, 17:18 | Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
    Bu gün, 17:13 | Ərdoğan Ceyhun Bayramovla görüşdü
    Bu gün, 17:08 | Şiddətli töhmət alan baş həkimə direktor vəzifəsi həvalə edilib? - TƏBİB-dən açıqlama
    Bu gün, 17:06 | Şavkat Mirziyoyev türk xalqları arasında qardaşlıq bağlarının möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib
    Bu gün, 17:04 | Unutmayın, Əliyev sizin üçün bu tarixi addımı atmışdı - İşbaşaran
    Bu gün, 16:31 | Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
    Bu gün, 15:53 | Gürcüstanla Azərbaycan sərhədin delimitasiya prosesini sürətləndirmək barədə razılığa gəlib
    Bu gün, 15:40 | Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovla ayaqüstü söhbət edib
    Bu gün, 15:36 | Gənclərlə bağlı tədbirlərin təşkili üçün ayrılan xərclərin məbləği artırıldı - CƏDVƏL
    Bu gün, 15:31 | Metal qablardakı konservlər xərçəng xəstəliyi yarada bilər
    Bu gün, 15:28 | Elza Seyidcahanın qızıllarını mənimsəyənlərin işi: "Üstümüzdə 80 000 manat borc qalmışdı"
    Bu gün, 15:20 | Məhkəmə: Yol qəzasında zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilməyə əsas olub
    Bu gün, 15:12 | Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb - Foto
    Bu gün, 15:10 | Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
    Bu gün, 15:09 | SOCAR Rumıniyada 100-cü yanacaqdoldurma məntəqəsini istifadəyə verib - Foto
    Bu gün, 15:01 | Trombdan qorunmaq üçün səhərlər bunu edin!
    Bu gün, 14:56 | İran və Türkiyə arasında regional məsələlər müzakirə olunub
    Bu gün, 14:52 | Bakıda yeni katolik kilsəsinin açılışında Papa XIV Leonun iştirakına ümid edilir
    Bu gün, 14:50 | Küveyt və Bəhreyn PUA hücumlarını dəf etdiklərini açıqlayıblar
    Bu gün, 14:48 | Ağdamda daha 70 ailəyə yeni mənzillərin açarları təqdim olundu - FOTO
    Bu gün, 14:34 | Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa - Bakıya absurd ittihamlar
    Bu gün, 14:33 | Astarada sürüşmə: 16 istinad divarı çaya aşdı - Foto
    Bu gün, 14:30 | Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa edilir
    Bu gün, 14:27 | Türkiyəli deputatın intim videoları mafiyanın əlinə keçdi
    Bu gün, 14:26 | 1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
    Bu gün, 14:23 | "Sabirabadda futbolu yenidən dirçəltmək istəyirik" - Klub prezidenti
    Bu gün, 14:20 | Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
    Bu gün, 14:16 | Şirkətlər qarşısında YENİ ÖHDƏLİK
    Bu gün, 14:13 | Korrupsiya barədə məlumat verən şəxsin müdafiəsi necə təmin olunacaq?
    Bu gün, 14:07 | Hüquqi şəxslər məhkəmə hökmünü icra etməməyə görə cinayət məsuliyyətinə cəlb olunacaq
    Bu gün, 14:04 | Bakıda keçirilən FIFA U-15 dünya çempionatının E və F yolunun qalibləri müəyyənləşdi - Foto
    Bu gün, 13:54 | Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto
    Bu gün, 13:53 | Azərbaycanda 2 min manatlıq cərimə 50 manata endirilir
    Bu gün, 13:52 | Avtomobildə telefondan istifadə foto və videokameralar tərəfindən də qeydə alınaraq, cərimə yazılacaq
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.