Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
    Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO

Son xəbərlər :
  • Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
  • Palata Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyətini audit edib
  • 14 rayonda yol təmirində yeyinti: Milyon manatdan çox vəsait büdcəyə qaytarıldı
  • Masallıda bələdiyyə sədri ağacları qanunsuz kəsməkdə ittiham olundu - FOTO
  • Amid Ağakişiyev yeniyetmələr arasında Dünya Kubokunda gümüş medal qazanıb
  • "Bombaların Anası" gündəmdə: ABŞ və İsrail İrana qarşı daha dağıdıcı əməliyyatlara hazırlaşır?
  • Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı
  • Qazaxda TIR yanıb - FOTO
  • Bu rayonlarda ağaclar qanunsuz kəsilib - 40 min manatdan çox ziyan var
  • Hərbi xidmətlə bağlı yeni qanuna ehtiyac varmı?
  • Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
  • Benzin və dizel mühərrikli maşınlarla vidalaşırıq: Elektromobillərə necə keçəcəyik?
  • Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama: Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
  • Azərbaycanda bu mənzillər bahalaşacaq
  • Kredit götürənlərin diqqətinə: Borc bataqlığına düşməmək üçün bu qaydanı bilin!
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bir sıra fənlərin proqramları təsdiqləndi
  • Sərnişinləri yarı yolda qoyan tiktoker sürücünün qalmaqalının səbəbi bilindi - Video
  • Azərbaycan Gürcüstanın əsas soğan tədarükçüsüdür: 8 ayda 25 min tondan çox məhsul ixrac edilib
  • Azərbaycanla Qırğızıstan arasında daha bir saziş təsdiqlənib
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Ahıl namizədlər, qocalmış siyasət və təsirsiz dəyənək

  • Tarix: 28-11-2023, 22:13

Konfliktoloq Rüstəm Qaraxanlı yazır...

ABŞ-də gələn il keçiriləcək prezident yarışının favorit namizədləri yavaş-yavaş müəyyən olunmağa başlayır. Prezident Co Baydenin rəqibi kimi yenidən Donald Trampın çıxış edəcəyi daha real görünür. Həm iddiası bunu deməyə əsas verir, həm də respublikaçıların düşərgəsində ciddi və çəkili opponenti yoxdur. Güman ki, dünya 2024-cü ildə iki qocaman siyasətçinin daha bir dueli və mübarizəsinin şahidi olacaq.

Amerika mediasında rəqiblərin yaşlarına eyham vurulur. Demokratlara yaxın informasiya mənbələri yazmağa başlayıb ki, gələn il Trampın 78 yaşı olacaq və ABŞ-nin bu yaşda liderə etibar edilməsi özündə hansı riskləri daşıyır? Sanki Trampın rəqibi ondan da yaşlı olan Bayden deyil. “Yuxulu Co” adlandırdığı Baydendən fərqli olaraq respublikaçı eks-prezident hava ilə görüşmür və təyyarə trapında yıxılmır. Gümrahdır və rəqibini “iynələməyə” də macal tapır.

Ötən həftə Macarıstanın baş naziri Viktor Orban ABŞ-ni dünyaya maraqlarını dəyərlər kimi sırımaqda suçladı. Macarıstan Avropa Birliyinin üzvüdür və Orbanın sarkazm dolu replikası hətta “qoca qitə” daxilində də Vaşinqtonun bezdirici tərzindən yorğunluğun göstəricisidir. Orban Rusiya-Ukrayna müharibəsi başlanan ilk gündən kollektiv Qərbin başda ABŞ olmaqla Kiyevi yarıyolda qoyacağı ilə bağlı xəbərdarlıqlar edir. Bunun əlamətləri artıq özünü büruzə verməyə başlayıb. Hərbi vəziyyət dalana dirənib, ukraynalıların nəzərəçarpacaq irəliləyişinin olmaması fonunda Vaşinqtondan edilən yardımların azalacağına dair siqnallar gəlir. Bəzi mənbələrə görə, bu gedişlə gələn ilin may-iyun aylarında edilən dəstək tükənə bilər. Nəzərə alsaq ki, seçki ilində ABŞ-nin başı adətən özünə qarışır, durumun daha acınacaqlı olacağına dair proqnozlar real gözləntiləri əks etdirir. 

Avropadan fərqli olaraq biz ABŞ və bütövlükdə Qərbin ikili standartlarına, ikiüzlü siyasətinə çoxdan bələdik. Son bir neçə aydır Vaşinqtondan səslənən ermənipərəst bəyanatlar və anti-Azərbaycan ritorikası riyakarlığın yeni dalğasının təzahürüdür. Azərbaycan torpaqlarının 30 illik işğalını acı gerçəklik kimi bizə qəbul etdirməyə çalışan Vaşinqton indi yekun sülh müqaviləsi üçün dəridən-qabıqdan çıxır, çünki masada Ermənistanın bir dövlət kimi olub-olmaması təhlükəsi var. Ermənistanın İrandan özünə qaz kəməri çəkməsi, bu ölkə ilə ümumi “qırmızı xətt”lərə malik olması 30 il ərzində ABŞ-ni qıcıqlandırmırdı, ancaq indi okeanın o tayında Azərbaycanın cənub qonşusunun ərazisindən keçirəcəyi yoldan təşvişə düşüblər. Halbuki Azərbaycan sadəcə öz ərazisi ilə mütəmadi əlaqəsinin olmasına çalışır və bu, onun suveren hüquqdur. Ermənistanda Rusiyanın hərbi bazası fəaliyyətdədir, yerli iqtisadiyyat böyük ölçüdə Moskvanın nəzarətindədir və Vaşinqtonda illərdir bu konfiqurasiyanı təhlükə hesab etmirdilər. Ancaq Bakının qonşuları ilə sabit münasibətlər siyasəti Dövlət Departamentini narahat edir. 

ABŞ-ın prezidentliyə iki yaşlı namizədi kimi xarici siyasəti də qocalıb. Vaşinqtonun dünyaya baxışında, yanaşmasında restrukturizasiyaya ehtiyacı var. Nüvə silahı axtarışı ilə İraqa, terrorizmlə mübarizə üçün Əfqanıstana, demokratiya adı altında boyun əyməyənlərin həyatına müdaxilə keçmişdə qaldı. Amerika hələ də birqütblü dünya yuxusundan oyana bilmir, Barak Obamanın fotolarda göstərməyi sevdiyi dəyənək üzərində qurulmuş siyasət həm aktuallığını itirib, həm də heç kimi vahiməyə salmır. Bu mexanizm öz içindən çürüməyə başlayıb.

Azərbaycana hədyanlar yağdıran, Senatda ermənipərəst qətnamələrə müəlliflik edən senator ABŞ-nin dövlət sirrini başqa dövlətə satırsa, deməli, içindən yeyilən ağacın barı da çürükdür. 

“Bayden-Tramp-2” yarışması bizim üçün yeni və ya yeni-köhnə administrasiyanın Azərbaycana yanaşması prizmasından maraqlıdır. Düzdür, ABŞ kimi fövqəldövlətdə strateji baxış namizədlərin dəyişilməsi ilə az transformasiyaya uğrayır. Ancaq demokratlarla respublikaçıların dünyagörüşü və baxış fəlsəfəsində fundamental fərqlərin ilk növbədə elə xarici siyasətə sirayət etdiyini də unutmamalıyıq. Bayden administrasiyası Ermənistana dəstək üçün bütün mümkün addımları atıb. “Erməni genosidi” ifadəsini dilə gətirib, anti-türk ritorikası heç vaxt olmadığı qədər sərtləşib, Türkiyəyə hərbi təyyarələrin satışına maneə yaradılıb, Azərbaycana qarşı yönəlmiş 907-ci düzəlişin fəaliyyəti yenidən bərpa olunub və s. Yəni Vaşinqtonun dəyənək qismində illərdir istifadə etdiyi bütün rıçaqlar sınaqdan çıxarılıb. 

Respublikaçıların daxilində Türkiyə lobbisi, Ankara ilə münasibətlərə daha həssas yanaşan simaların çoxluğu amili var. Bu və demokratların son 4 ildəki siyasəti kontekstində respublikaçıların qələbəsi daha məqbul ssenari kimi nəzərdən keçirilə bilər. Trampın namizəd olaraq özəlliyi həm də ondadır ki, hətta təmsil etdiyi partiyanın kursundan belə müstəqilliyə malikdir. Trampın nə seçki kampaniyası ərzində, nə hakimiyyəti illərində qatı ermənipərəst addımlarını müşahidə etməmişik. Əksinə, Ermənistanın siyasi kuluarlarında Trampın ermənilər üçün narahat prezident olması barədə az qala yekdil rəy var. 2002-2020-ci illər ərzində ABŞ Azərbaycana təhlükəsizlik məsələlərinə görə 164 milyon dollar maliyyə yardımı ayırıb. Bu məbləğin təqribən 100 milyonu Tramp hakimiyyətinin 2018-19-cu illərdə ayırdığı yardımın payına düşür. Yerevanda bu faktı olduqca ciddi qəbul edir və Trampın yenidən seçilmə ehtimalından məmnun olmadıqlarını gizlətmirlər. Ukrayna istiqamətindəki staqnasiya və ABŞ-da prezident seçkilərinin arzuolunmaz sonucu kökə axtarışında olan Ermənistanı yenidən Rusiya dəyənəyi ilə üz-üzə qoyacaq. Azərbaycan Prezidentinə zəng edən Blinken bu səbəbdən tələsir - yekun sülh müqaviləsi Yerevana hava-su kimi lazımdır.


Oxunub: 837
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:27 | Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
    Dünən, 20:24 | Palata Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyətini audit edib
    Dünən, 20:19 | 14 rayonda yol təmirində yeyinti: Milyon manatdan çox vəsait büdcəyə qaytarıldı
    Dünən, 20:17 | Masallıda bələdiyyə sədri ağacları qanunsuz kəsməkdə ittiham olundu - FOTO
    Dünən, 20:05 | Amid Ağakişiyev yeniyetmələr arasında Dünya Kubokunda gümüş medal qazanıb
    Dünən, 18:49 | "Bombaların Anası" gündəmdə: ABŞ və İsrail İrana qarşı daha dağıdıcı əməliyyatlara hazırlaşır?
    Dünən, 18:41 | Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı
    Dünən, 18:11 | Qazaxda TIR yanıb - FOTO
    Dünən, 18:08 | Bu rayonlarda ağaclar qanunsuz kəsilib - 40 min manatdan çox ziyan var
    Dünən, 18:06 | Hərbi xidmətlə bağlı yeni qanuna ehtiyac varmı?
    Dünən, 18:04 | Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
    Dünən, 18:00 | Benzin və dizel mühərrikli maşınlarla vidalaşırıq: Elektromobillərə necə keçəcəyik?
    Dünən, 17:58 | Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama: Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
    Dünən, 17:35 | Azərbaycanda bu mənzillər bahalaşacaq
    Dünən, 17:31 | Kredit götürənlərin diqqətinə: Borc bataqlığına düşməmək üçün bu qaydanı bilin!
    Dünən, 17:26 | “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    Dünən, 17:24 | Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bir sıra fənlərin proqramları təsdiqləndi
    Dünən, 17:17 | Sərnişinləri yarı yolda qoyan tiktoker sürücünün qalmaqalının səbəbi bilindi - Video
    Dünən, 17:15 | Azərbaycan Gürcüstanın əsas soğan tədarükçüsüdür: 8 ayda 25 min tondan çox məhsul ixrac edilib
    Dünən, 17:10 | Azərbaycanla Qırğızıstan arasında daha bir saziş təsdiqlənib
    Dünən, 16:59 | Gərginlikdən əməkdaşlığa: Hindistan da Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir
    Dünən, 16:55 | Moskva səması yenə bağlıdır - Uçuşlar dayanıb
    Dünən, 16:54 | “AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı
    Dünən, 16:40 | Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? - Video
    Dünən, 16:02 | Əli Kərimlinin işi məhkəməyə göndərildi
    Dünən, 15:50 | Xarici ölkə vətəndaşlarının tapşırıqlarını yerinə yetirənlər ələ keçdilər - Əməliyyatın videosu
    Dünən, 14:08 | Atalıqdan məhrum edilənlər də aliment ödəməyə borcludur - HÜQUQŞÜNAS
    Dünən, 14:04 | Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu
    Dünən, 14:02 | Elm sahəsinə əlavə milyonlar ayrılacaq
    Dünən, 13:41 | Bulvarda təhlükəli anlar: Dənizə düşən şəxs xilas edildi - Anbaan video
    Dünən, 13:37 | Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Dünən, 13:32 | “UKRAYNA İLƏ RAZILIĞA GƏLƏ BİLƏRİK...” - Kremllə Trampın son bəyanatları və reallıq
    Dünən, 13:19 | 76 yaşlı nənə keçmiş ərini və məşuqəsini öldürdü - FOTO
    Dünən, 13:16 | Gömrükdən büdcəyə daxilolmalar artırılır - Nə qədər olacaq?
    Dünən, 13:11 | Vaxt daralır, çarə tükənir: Paşinyan altı deputatı haradan tapacaq?
    Dünən, 13:09 | Ölümündən əvvəl özünə başdaşı sifariş edibmiş...
    Dünən, 13:04 | Şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq
    Dünən, 13:02 | Azərbaycanda məhkəmələrə ayrılan vəsait artır, hüquq-mühafizə xərcləri azalır
    Dünən, 12:48 | Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Dünən, 12:40 | KOLLECLƏRİN LƏĞVİ GÜNDƏMDƏ... – Məzunlar niyə iş tapa bilmir?
    Dünən, 12:37 | İbad Hüseynov Gürcüstanda niyə saxlanılıb? - Səfirlik
    Dünən, 12:33 | Bələdiyyə sədri icra başçısının müavini oldu
    Dünən, 12:27 | Korrupsiya əməliyyatında tutulmuşdular - 1 həftəyə azadlığa çıxırlar
    Dünən, 12:25 | Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatında rekord artım - Rəqəmlər
    Dünən, 11:56 | Yeni icra başçısı kollektivə təqdim edildi - Foto
    Dünən, 08:11 | Bu gün yağış yağacaq - PROQNOZ
    Dünən, 08:07 | Misli Premyer Liqasının IX turuna iki qarşılaşma ilə start verilir
    Dünən, 08:01 | KTMT-nin baş katibi: Ermənistan faktiki olaraq təşkilatdan çıxıb
    Dünən, 02:04 | Azərbaycanın Milli Qəhrəmanı komaya düşdü
    Dünən, 00:58 | Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.