İran xarici işlər naziri ölkəsinin Azərbaycan və Ermənistandakı səfirləri ilə görüşüb
İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ölkəsinin Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və Ermənistandakı səfiri Mehdi Sübhani ilə görüşüb. Bu barədə Hüseyn Əmir-Abdullahian “X” hesabında paylaşım edib. Görüşdə Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub. İranın qonşuluq siyasəti çərçivəsində Azərbaycan və Ermənistan ilə əlaqələrin inkişafına səy göstərdiyi qeyd edilib.
Oxunub: 549
Xəbəri paylaş
Paylaş: