Bayden bu sənədi təsdiq etsə...
Azərbaycana qarşı iki cəbhədə mübarizə aparılır. Mediaxeberleri.Az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin sədri Səməd Seyidov deyib. O bildirib ki, vaxtilə Ermənistan torpaqlarımızı işğal etdi, ancaq sanksiyalar bizə qarşı oldu: “Qərb ədaləti görmək istəmir. ABŞ Senatının aktı Ermənistanın müdafiəsi aktıdır. Sanki Ermənistanın müdafiəsi Azərbaycana qarşı sanksiyalardın keçir. 907-ci düzəlişin yenidən gündəmə gətirilməsi ikili standartın nəticəsidir. Əgər Bayden bu sənədi təsdiq etsə, ABŞ-Azərbaycan münasibətlərinə ciddi ziyan dəyəcək. Çünki Azərbaycan artıq əvvəlki Azərbaycan deyil”.
Oxunub: 315
Xəbəri paylaş
Paylaş: