Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Niyazi Bayramov YOL ÜSTÜNDƏ - İLK "ATƏŞİ" DEPUTAT AÇDI
  • Ağstafada partlayış nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlandı
  • Küləyin sürəti 27 m/s-ə çatıb - Faktiki hava
  • Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı
  • “Ağstafa Gəncləri” və “Marafon”dan darmadağın - VİDEO
  • Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib - Foto
  • Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
  • Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın - Video
  • Həftənin ilk iş günü qar yağacaq
  • Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
  • Azərbaycanda həkim vəfat etdi
  • Bu dəfə general qızı onu məhkəməyə verdi
  • Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
  • Bu binalara istilik verilməyəcək
  • "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
  • Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
  • Sabahın hava proqnozu açıqlandı
  • Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
  • Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
  • "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Azərbaycanda sənədsiz evlərlə bağlı YENİ QAYDA

  • Tarix: 1-11-2023, 11:21

Azərbaycanda yeni tikililərdə kommunal xidmətlərin göstərilməsində dəyişiklik olunub. Bu ilin oktyabr ayının 1-dən sonra tikilən evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq.

Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərinə qoşulması qadağandır.

Bu yenilik əmlak bazarına ciddi təsir edəcəyi gözlənilir.

Mediaxeberleri.Az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə “Report”a bildirib ki, bu qaydanın tətbiqi əmlak bazarında bir çox problemləri aradan qaldıracaq:

“Oktyabrın 1-dən sonra ölkədə bütün fərdi və qeyri-yaşayış evlərinin tikintisi Şəhərsalma və Arxitektura Komitəsindən alınan icazə sənədi əsasında aparılacaq. Tikintiyə icazə verildikdən sonra onlar kommunal xidmətləri ilə təmin oluna bilərlər. Yəni bu qərar, oktyabr ayından əvvəl tikilmiş sənədsiz fərdi və qeyri-yaşayış evlərinə aid deyil. Bundan sonra vətəndaş ilk növbədə torpağın çıxarışını əldə etməlidir. Daha sonra Şəhərsalma və Arxitektura Komitəsinə və Rayon İcra Hakimiyyətinə tikinti üçün layihə təqdim olunmalıdır. Layihə təsdiqləndikdən sonra tikintiyə başlanıla bilər".

R. Qasımzadə hesab edir ki, indiyə qədər sənədsiz evlərlə bağlı vətəndaşlar çoxlu sayda problemlərlə üzləşiblər: "Məsələn, su, qaz və elektrik enerjisi xətləri elə bir yerdə idi ki, fərdi evlərin təchizatını çətinləşdirirdi. Təbii ki, hər bir vətəndaş fərdi yaşayış evi tikərkən bilməlidir ki, onun tikdiyi ərazi dövlət tərəfindən yaşayış fondu kimi tanınır, ya yox”.

Ekspertin sözlərinə görə, yeni qayda əmlak bazarındakı qiymətlərə təsir etməyəcək: "Hesab edirəm ki, qiymətlərə hər hansı bir ciddi təsiri olmayacaq. Çünki, onsuz da gecəqondu kimi tikilən evlərdən vətəndaşlar uzaq dururlar. İndiyə qədər onsuz da kifayət qədər sənədsiz evlər tikilib. Bundan sonra isə bunun mümkün olmadığı üçün evlərin tikilməsi və satışı əmlak bazarına müsbət təsir göstərə bilər”.

“Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov “Report”a bildirib ki, bu qaydanın tətbiqindən sonra sənədsiz evlərin qiyməti enəcək:

“Sözsüz ki, bu kimi tədbirlərin görülməsi, islahatların aparılması bazara təsirsiz ötüşməyəcək. O evlərin ki, artıq kommunal xidmətləri ilə bağlı müvafiq sənədləri mövcuddur və ya onların təchizatı artıq təmin olunubsa, qiyməti artacaq. Problemlər bələdiyyə torpaqlarında (bələdiyyənin sənədi əsasında) və yaxud kənd təsərrüfatı təyinatlı torpaqlarında fərdi qaydada tikiləcək evlərlə bağlı ola bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarında ümumiyyətlə inşa işləri aparmaq qanuna ziddir. Lakin bir çox ərazilərdə tikinti işləri aparılır və həmin inşa edilmiş və yaxud inşa ediləcək evlərə layihə sənədlərinin təsdiqi qanunla yol verilmir. Bu kimi evlərin qiyməti digərlərindən aşağı olacaq”.

Ekspert Elnur Fərzəliyev hesab edir ki, vətəndaşların mənzillərinin çıxarışlarla təmin olunması nəticəsində dövlət büdcəsinin gəlirlərini (torpaq və əmlak vergisindən) artıracaq.

“Hazırda Bakı və Abşeron ərazisində 100 minlərlə çıxarışı olmayan fərdi evlər mövcuddur və çox sayda torpaq sahələri var ki, bələdiyyələrin verdiyi sərəncamlar əsasında əldə edilib ki, onların özəlləşmələrində ciddi problemlər var. Düşünürəm ki, yeni qaydanın tətbiqi bu problemlərin qarşısını ala bilər”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin Fərmanı ilə Cinayət Məcəlləsinə edilən dəyişikliklərə görə cəza tədbirləri nəzərdə tutulub. Belə ki, oktyabrın 1-dən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan tikilməkdə olan və ya tikilmiş tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsləri tərəfindən mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulması - 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Oxunub: 1 131
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 20:43 | Niyazi Bayramov YOL ÜSTÜNDƏ - İLK "ATƏŞİ" DEPUTAT AÇDI
    Bu gün, 20:05 | Ağstafada partlayış nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlandı
    Bu gün, 18:30 | Küləyin sürəti 27 m/s-ə çatıb - Faktiki hava
    Bu gün, 17:50 | Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı
    Bu gün, 17:10 | “Ağstafa Gəncləri” və “Marafon”dan darmadağın - VİDEO
    Bu gün, 16:37 | Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib - Foto
    Bu gün, 15:36 | Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
    Bu gün, 14:37 | Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın - Video
    Bu gün, 14:02 | Həftənin ilk iş günü qar yağacaq
    Bu gün, 14:00 | Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
    Bu gün, 13:59 | Azərbaycanda həkim vəfat etdi
    Bu gün, 13:42 | Bu dəfə general qızı onu məhkəməyə verdi
    Bu gün, 13:39 | Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
    Bu gün, 13:38 | Bu binalara istilik verilməyəcək
    Bu gün, 12:51 | "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
    Bu gün, 12:48 | Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
    Bu gün, 12:47 | Sabahın hava proqnozu açıqlandı
    Bu gün, 12:38 | Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
    Bu gün, 12:28 | Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
    Bu gün, 12:26 | "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
    Bu gün, 12:25 | Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
    Bu gün, 12:22 | Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
    Bu gün, 12:18 | "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
    Bu gün, 12:15 | Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
    Bu gün, 12:11 | Rəşad Məcidə ağır itki
    Bu gün, 11:16 | Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
    Bu gün, 11:13 | Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
    Bu gün, 11:10 | Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
    Bu gün, 10:51 | Rəşad Məcidə AĞIR İTKİ
    Bu gün, 10:49 | Tikintiyə icazə prosedurları sadələşdirilir - VİDEO
    Bu gün, 10:48 | Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
    Bu gün, 10:46 | Tanınmış aparıcı Xəzər TV-dən getdi
    Bu gün, 09:55 | Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
    Bu gün, 09:53 | Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
    Bu gün, 09:52 | Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
    Dünən, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Dünən, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Dünən, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Dünən, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Dünən, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Dünən, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Dünən, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Dünən, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Dünən, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Dünən, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Dünən, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Dünən, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Dünən, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Dünən, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Dünən, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.