Bakıda deputat Arzuxan Əlizadənin oğlunun qətl törətdiyi yerdən görüntülər - Foto
Bakıda deputat Arzuxan Əlizadənin oğlunun qətl törətdiyi hadisə ilə bağlı yeni detallar məlum olub. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, tərəflər əvvəlcə kafedəki kabinetlərindən birində mübahisə ediblər. Daha sonra mübahisə kafenin zalında davam edib və qətl hadisəsi törədilib. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++ Bakıda ölümlə nəticələnən kütləvi dava zamanı Ceyhunu bıçaqlayaraq öldürən şəxs deputat Arzuxan Əlizadənin oğlu Əhməd olub. Mediaxeberleri.Az Oxu.Az-a istinadla xəbər verir ki, bu, Əhmədin ilk cinayəti deyil. Bundan əvvəl də kriminal hadisələrdə onun adı hallanıb. Qeyd edək ki, A.Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Azərbaycan Milli İstiqlal Partiyasının sədridir. Xatırladaq ki, hadisə "Ab-hava" restoranında qeydə alınıb.






















