"Məktəb Lisey Kompleksi çox gözəl kollektıvı olan bir təhsil müəssisəsidir. Çox təəssüf hissi ilə bildirirəm ki, iki, ildi əvəz rəhbərlərin ümüdünə qalıb..."
"DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində sözügedən qurumun əməkdaşı Gülnarə Səfərova qeyd edir.
O daha sonra fikrini belə davam etdirir:
"Sual yaranır; Bu qədər çətindi ki bu məktəbə rəhbər təyin etmək? Nəzərə alsaq ki mərkəz və kollektıvı böyük olan məktəbdi... yeqın ki bura hər direktor təyin edilə bilməz.
Bəs niyə vəzifəsini düzgün icra edə bilməyən rəhbərlik təyin edirsiniz. Noyabr ayına sayılı günlər qalmasına baxmayaraq hələ də cədvəl auksiona çıxarılır... Oktyabr ayında direktorun yanında olan və ona texniki dəstək olan məktəbin informatıka müalliminin səlahiyyətlərini asıb müəllimə dərs bölgüsü ilə bağlı irad bildirməsinə nə deyəsən,.. Sizə bu haqqı kim verir.? . Müəllimin əlindən dərslər alınıb maddi maraqlar altında başqa birilərinə satılmasına nə deyəsən...
Müəllimin etiraz ərizələrinin məzmununa belə baxmadan, onu təhlıl etmeden bır kənara qoyan direktor əvəzinə, nə deyəsən? İşinin öhdəsindən gələ bilməyən kadrın şüarı isə daha ço bəhanıdir: "Məktəb çətin məktəbdir..."
Xeyr. Heç bir spesifik xüsusiyyətə malik deyil. Mərkəzi məktəbdir. Çox gözəl kollektivi var. Potensiallı şagirdlər oxuyur. Sadəcə işinin öhdəsindən layıqıncə, gələ bilən, vicdanlı, dürüst, şəxsiyyəti qüsursuz olan rəhbər kadr lazımdır. Vəssalam! Kollektıvə, can yandıran problemini həll edə və daşıya biləcək savadlı kadr lazımdır. Bir də təyin olunmamışdan öncə, bir keçmişini də araşdırsanız, çox yaxşı olar..."