Renat Dadaşovun yeni klubu bəlli oldu
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni komandası bəlli olub. Mediaxeberleri.Az Azərtac-a istinadla xəbər verir ki, 27 yaşlı hücumçu Ukraynanın “Bukovina” klubu ilə anlaşıb. Təcrübəli forvard 2-3 gün ərzində yeni komandası ilə müqavilə imzalayacaq. Sözləşmənin detalları bəlli deyil. Qeyd edək, “Bukovina” bu mövsüm Ukrayna Premyer Liqasına yüksəlib. Komanda hazırda 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Xatırladaq ki, Renat Dadaşov son olaraq Polşanın “Motor” klubunda çıxış edib. O, ötən mövsümün sonunda Lublin təmsilçisindən ayrılıb.
Oxunub: 30
Xəbəri paylaş
Paylaş:





















