Bakıda baş verən yanğında 3 nəfər zəhərləndi
Bakıda yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər xəsarət alıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Mediaxeberleri.Az-a bildirilib ki, iyulun 12-də saat 22:40-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi ərazisindən yanğın hadisəsi səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 2 nəfərə (1 qadın, 1 kişi) yerində yardım olunub. 1 nəfər (qadın) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
Oxunub: 27
Xəbəri paylaş
Paylaş:





















