Mediaxeberleri.az
    
  • Azərbaycanda bayram namazı qılınıb
    Azərbaycanda bayram namazı qılınıb
  • 
  • "Nargilə Residence"dən mənzil aldılar, peşman oldular: Sakinlərin ÇIXARIŞ, QARAJ DƏRDİ
    "Nargilə Residence"dən mənzil aldılar, peşman oldular: Sakinlərin ÇIXARIŞ, QARAJ DƏRDİ
  • 
  • Avtomobil Yolları Dövlət Agentliyinin sabiq sədrinin məhkəməsində ittiham aktı elan olundu
    Avtomobil Yolları Dövlət Agentliyinin sabiq sədrinin məhkəməsində ittiham aktı elan olundu
  • 
  • Qazaxda Novruz bayramı münasibətilə “Yenilik və ümid bayramı Novruz” adlı ümumrayon tədbiri keçirilib
    Qazaxda Novruz bayramı münasibətilə “Yenilik və ümid bayramı Novruz” adlı ümumrayon tədbiri keçirilib
  • 
  • Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
    Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
  • 
  • Möhsün Rzayi: "Müharibə İranın bütün şərtləri yerinə yetirilənədək davam edəcək" - VİDEO
    Möhsün Rzayi: "Müharibə İranın bütün şərtləri yerinə yetirilənədək davam edəcək" - VİDEO
  • 
  • Azərbaycana təhlükəli arılar gətirilib - XƏBƏRDARLIQ
    Azərbaycana təhlükəli arılar gətirilib - XƏBƏRDARLIQ
  • 
  • Xatirələrdə yaşayan böyük müəllim - Hüseyin Çəndirli
    Xatirələrdə yaşayan böyük müəllim - Hüseyin Çəndirli
  • 
  • Sulutəpə su altında qaldı
    Sulutəpə su altında qaldı
  • 
  • Barat Vüsal - 75
    Barat Vüsal - 75
  • 
  • Gəncə sakinlərinin bir aydır bitməyən dərdi: "Körpə uşaqlar rütubətdən xəstələnəcəklər" - VİDEO
    Gəncə sakinlərinin bir aydır bitməyən dərdi: "Körpə uşaqlar rütubətdən xəstələnəcəklər" - VİDEO
  • 
  • Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirildi - VİDEO
    Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirildi - VİDEO
  • 
  • Xalq artisti Rasim Balayev I Fəxri xiyabanda dəfn edildi
    Xalq artisti Rasim Balayev I Fəxri xiyabanda dəfn edildi
  • 
  • Xalq artisti Rasim Balayevlə vida mərasimi başa çatıb - YENİLƏNİB-2
    Xalq artisti Rasim Balayevlə vida mərasimi başa çatıb - YENİLƏNİB-2
  • 
  • Ekspertdən Bakının yollarında çökmələrlə bağlı açıqlama: "Ciddi təhlillər aparılmalıdır"
    Ekspertdən Bakının yollarında çökmələrlə bağlı açıqlama: "Ciddi təhlillər aparılmalıdır"
  • 
  • Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasındadır - “Global Terrorism Index 2026” açıqlandı
    Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasındadır - “Global Terrorism Index 2026” açıqlandı
  • 
  • Daşkəsəndə zorakılıq iddiası üzrə istintaq gedir - RƏSMİ
    Daşkəsəndə zorakılıq iddiası üzrə istintaq gedir - RƏSMİ
  • 
  • "SİMA"dakı texniki çətinliklər bir neçə səbəbdən qaynaqlanır"
    "SİMA"dakı texniki çətinliklər bir neçə səbəbdən qaynaqlanır"
  • 
  • Tale Heydərov işində fantastik məbləğ: Tanınmış iş adamı axtarışa verildi - FOTO
    Tale Heydərov işində fantastik məbləğ: Tanınmış iş adamı axtarışa verildi - FOTO
  • 
  • Mehmet Seyfettin Erol: "Yaxın gələcəkdə NATO-nun parçalanması mümkün görünmür"
    Mehmet Seyfettin Erol: "Yaxın gələcəkdə NATO-nun parçalanması mümkün görünmür"
  • 
  • MN-in sabiq vəzifəli şəxsi necə həbs edildi? - Baş Prokurorluq detalları açıqladı
    MN-in sabiq vəzifəli şəxsi necə həbs edildi? - Baş Prokurorluq detalları açıqladı

Son xəbərlər :
  • Ekspertdən Bakının yollarında çökmələrlə bağlı açıqlama: "Ciddi təhlillər aparılmalıdır"
  • İran yenə hədələdi: Bağlayacağıq!
  • Bahalaşma ilə bağlı AÇIQLAMA
  • Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb
  • Nərimanovda ağaclar niyə kəsilib? - VİDEO - YENİLƏNDİ
  • Temperatur 22 dərəcəyə yüksələcək
  • Məktəbə hücum: ölənlərin sayı artdı
  • Konfrans Liqası: 1/4 final mərhələsinin son oyunları...
  • Azərbaycan nefti yenə KƏSKİN UCUZLAŞDI
  • Ucuz reytinqə görə TV-lər cəzalandı, bəs saytlar?.. – Nailə İslamzadədən mediaya kəskin etiraz
  • Britaniya Ukraynaya 1 milyard dollar ayırıb
  • Ağstafa Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib
  • Lənkəranda eyni ərazidə iki qəza baş verib - Ölən və yaralılar var
  • Ukraynalılar azərbaycanlı akademik Zərifə Əliyeva haqqında danışdılar - VİDEO
  • ÇL-də tarixi rekorda imza atdı - Video
  • "Təcili yardım belə gəlmir" - Qəsəbə sakinləri yol problemindən gileyləndilər - VİDEO
  • Çempionlar Liqasında son yarımfinalçılar MƏLUM OLDU
  • 2-ci liqada altılıq sisteminin təqvimi açıqlandı
  • "Ukraynaya dəstək bizim mənəvi borcumuzdur" - Meloni
  • Əli Əsədov bu rayonlarla bağlı QƏRAR İMZALADI
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

PENSİYA İLƏ AÇILAN BAYRAM SÜFRƏSİ VƏ SONRASI... - Ölkədə nə qədər vətəndaşın əsas gəliri sosial ödənişlərdir?

  • Tarix: 12-03-2026, 22:30

Bayramqabaqağı sevinc nədən sonradan məşəqqətə çevrilir?

Azərbaycanda yerli media pensiya və müavinətlərin verilməsini “şad xəbər” kimi təqdim edir və bu xəbər qısa müddətdə saytların “ən çox oxunanlar” bölməsində zirvəyə yüksəlir. Bu, həmin xəbərin rezonans doğuran hadisə ilə bağlı olmasından qaynaqlanmır, çünki sosial ödənişlər hər ay verilir. Amma məlumat cəmiyyətin ən çox gözlədiyi və eşitmək istədiyi məsələdən bəhs etdiyi üçün oxucu toplayır. Bəzi media orqanları da bu gözləntini tutub və onu “şad xəbər”ə çevirərək təqdim edir.

Doğrudan da, Azərbaycanda pensiya və müavinətlərin verilməsi əhalinin böyük qismi üçün şad xəbərdir. 2026-cı ilin ən son rəsmi məlumatlarına görə, ölkədə pensiya alan vətəndaşların sayı təxminən 1,1 milyon nəfərdir. Bu rəqəmə yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiya alanların hamısı daxildir.

Sosial müavinət və təqaüd alanların sayı isə 2026-cı ilin yanvarına olan məlumatlara görə 882 167 nəfər olub. Onlardan 475 334 nəfər aylıq sosial müavinət, 406 833 nəfər isə müxtəlif təqaüd alır.




Ölkədə pensiya hüququ olmayan, lakin 65 yaşına çatdığı üçün müavinət alanların sayı isə 166,7 min nəfərdən çoxdur. Bu iki qrup birlikdə götürüldükdə Azərbaycanda təxminən 2 milyona yaxın vətəndaş müxtəlif sosial ödənişlərdən faydalanır.

Rəsmi məlumatlara görə, 2026-cı ildə 9,3 faizlik indeksasiyadan sonra ölkədə orta aylıq pensiya təxminən 590–593 manat təşkil edir. Yaşa görə orta pensiya isə 630–632 manat civarındadır. Minimum əmək pensiyası 320 manat olaraq qalır, yeni ildə bu məbləğ artırılmayıb.

65 yaş tamam olub, pensiya ala bilməyənlər isə minimum pensiyadan 100 manat aşağı — 220 manat alırlar. Bu, 2026-cı ildə yaşlı əhali üçün müəyyən edilmiş yaşayış minimumu (245 manat) səviyyəsindən 25 manat azdır. Rəsmi qurumlar 167 mindən artıq yaşlı vətəndaşın aldığı müavinətlə yalnız minimum ehtiyaclarını belə ödəyə bilmədiyinin fərqindədir, lakin buna hər hansı izahat vermirlər…

Ölkədə ümumi səbəbdən əliliyi olan vətəndaşların müavinəti 3 dərəcə ilə ödənilir:

I dərəcəli əlillər: 300 manat müavinət, əlavə olaraq 300 manat Prezident təqaüdü, ona qulluq edən şəxs isə 120 manat alır. Toplam olaraq, onun ailəsinə aylıq 720 manat ödənilir.

II dərəcə əlillər: 250 manat müavinət

III dərəcə əlillər: 180 manat müavinət.

Ailə başçısını itirməyə görə müavinət isə hər nəfərə görə 140 manat təyin edilib.

Ötən ilin iyun ayından etibarən şəhid ailəsi üçün Prezident təqaüdü 700 manat müəyyən edilib.

Müharibə əlilləri isə:

I dərəcə: 600 manat təqaüd + 600 manat Prezident təqaüdü

II dərəcə: 500 manat müavinət + 500 manat Prezident təqaüdü

III dərəcə: 450 manat müavinət + 400 manat Prezident təqaüdü alırlar.

Azərbaycanda pensiya, müavinət, təqaüd və digər ödənişlər fərqli tarixlərdə ödənilir. Belə ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) Bakı, Sumqayıt, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə pensiya ödənişlərini ayın 10-11-də, respublikanın digər bölgələrində isə 21-23-də həyata keçirir. Fond qalan bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarını isə ayın sonunda kartlara köçürür.




Hər il olduğu kimi, bu il də DSMF bayramqabağı bütün sosial ödənişləri vaxtından əvvəl ödəyib. Ödənişlər martın 6-da və 11-də kartlara köçürülüb. Qurumun yaydığı məlumata görə, sonuncu ödənişlər isə ayın 13-də verilməklə proses vaxtından xeyli əvvəl yekunlaşdırılacaq.

Beləliklə, DSMF ehtiyac içində yaşayan ailələrin Novruz və Ramazan bayramlarını süfrə başında qeyd etməsinə şərait yaradır. Bu, dövlətin vətəndaşın qeydinə qaldığını göstərən müsbət addımdır. O da məlum olur ki, hökumət ölkədə təxminən 2 milyona yaxın vətəndaşın əsas gəlirinin sosial ödənişlər olduğunu bilir. Pensiya, müavinət və təqaüdlər bayram ərəfəsində verilməzsə, bu vətəndaşların əhəmiyyətli hissəsi bazarlıq edib süfrə aça bilməyəcək. Deməli, ölkədə əhalinin bir qisminin sosial vəziyyəti yaxşı deyil.

Ərzaq, dərman və gündəlik tələbat mallarının qiymətləri nəzərə alınanda, dövlətdən alınan ödənişlərin yalnız ən zəruri ehtiyacları qarşılaya bildiyi məlum olur. Bu kateqoriyadan olan vətəndaşı ən çox narahat edən sual isə gələn ayın xərclərini necə qarşılayacağıdır, çünki apreldə DSMF ödənişləri köhnə qrafiklə həyata keçiriləcək: Bakı, Sumqayıt, Abşeron rayonu və Naxçıvanda ayın 10-11-də, respublikanın digər bölgələrində 22-23-də, ünvanlı yardım və digər sosial ödənişlər isə ayın sonunda kartlara köçürüləcək.



Bu o deməkdir ki, birinci kateqoriya vətəndaşlar ən yaxşı halda 35 gün, rayonlarda 42-43 gün, ehtiyac içində olan digər kateqoriyadan olan vətəndaşlar isə 47-48 gündən sonra pul alacaqlar. Yüz minlərlə insan üçün bu, uzun müddətli çətinlik deməkdir. Üstəlik, alınan vəsaitlərin bir hissəsi kreditlərin, kommunal haqların və dərman ehtiyaclarının qarşılanmasına gedir, bu da problemin ciddi olduğunu göstərir.

DSMF bayramqabağı vəsaitləri qrafikdən əvvəl ödəməklə təsdiqləyir ki, hökumətin pul problemi yoxdur, istəsə, ayın əvvəllərində ödəyə bilər. Lakin ödənişlər əvvəlki illərdə olduğu kimi, bayram sevincini sonrakı ayda qəm-qüssə ilə əvəz edir. Bu il də vəziyyət oxşar ola bilər.

Problemi deputatlar, iqtisadçılar və ekspertlər hökumət qarşısında qaldırmalıdırlar. Ölkədə sosial ödənişlərin qrafiki dəyişdirilməli, mart ayındakı tarixlər apreldə və sonrakı aylarda da saxlanılmalıdır.

E.Rüstəmli

“AzPolitika.info”


Oxunub: 405
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:27 | Ekspertdən Bakının yollarında çökmələrlə bağlı açıqlama: "Ciddi təhlillər aparılmalıdır"
    Bu gün, 14:25 | İran yenə hədələdi: Bağlayacağıq!
    Bu gün, 14:17 | Bahalaşma ilə bağlı AÇIQLAMA
    Bu gün, 14:15 | Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb
    Bu gün, 13:24 | Nərimanovda ağaclar niyə kəsilib? - VİDEO - YENİLƏNDİ
    Bu gün, 13:21 | Temperatur 22 dərəcəyə yüksələcək
    Bu gün, 13:20 | Məktəbə hücum: ölənlərin sayı artdı
    Bu gün, 13:18 | Konfrans Liqası: 1/4 final mərhələsinin son oyunları...
    Bu gün, 10:05 | Azərbaycan nefti yenə KƏSKİN UCUZLAŞDI
    Bu gün, 09:36 | Ucuz reytinqə görə TV-lər cəzalandı, bəs saytlar?.. – Nailə İslamzadədən mediaya kəskin etiraz
    Bu gün, 09:33 | Britaniya Ukraynaya 1 milyard dollar ayırıb
    Bu gün, 09:24 | Ağstafa Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib
    Bu gün, 09:19 | Lənkəranda eyni ərazidə iki qəza baş verib - Ölən və yaralılar var
    Bu gün, 09:09 | Ukraynalılar azərbaycanlı akademik Zərifə Əliyeva haqqında danışdılar - VİDEO
    Bu gün, 09:05 | ÇL-də tarixi rekorda imza atdı - Video
    Bu gün, 08:59 | "Təcili yardım belə gəlmir" - Qəsəbə sakinləri yol problemindən gileyləndilər - VİDEO
    Bu gün, 00:57 | Çempionlar Liqasında son yarımfinalçılar MƏLUM OLDU
    Dünən, 20:32 | 2-ci liqada altılıq sisteminin təqvimi açıqlandı
    Dünən, 20:28 | "Ukraynaya dəstək bizim mənəvi borcumuzdur" - Meloni
    Dünən, 20:19 | Əli Əsədov bu rayonlarla bağlı QƏRAR İMZALADI
    Dünən, 19:36 | İcra başçısı xəstəxananın həyətində aparılan cari təmir işləri ilə tanış olub
    Dünən, 19:27 | Cütlüklər arasındakı rituallar münasibətləri möhkəmləndirir
    Dünən, 19:24 | Türkiyədə şagird 9 nəfəri və özünü öldürdü - Video
    Dünən, 18:56 | Azərbaycanda kommunal xidmətlər yenidən bahalaşacaq? - VACİB AÇIQLAMA
    Dünən, 18:54 | Ehtiyatlı olun: Dərmanlarla birlikdə istehlakı təhlükəli olan qidalar
    Dünən, 18:51 | Azərbaycanda bəzi şəxslərin maaşları artırıldı
    Dünən, 18:47 | Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdı
    Dünən, 17:15 | Nazir müavini İdris İsayev ADPU-nun Quba filialında pedaqoji heyətlə görüşüb
    Dünən, 17:07 | “Uşaqlar Azərbaycanla sərhəddə futbol oynayır” –PAŞİNYAN
    Dünən, 16:56 | Azərbaycanda gündəm olan məşhur sinif: tullantılardan möcüzə yaradan şagirdlər - VİDEO
    Dünən, 16:37 | Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin iclasında iştirak edib
    Dünən, 16:21 | Tramp Hörmüz boğazının açıldığını bəyan etdi
    Dünən, 16:17 | Bu görüntülər hamını qürurlandırdı - VİDEO
    Dünən, 16:13 | AMB ödəniş təşkilatları arasında interçeync tariflərinin dəyişməsini şərh edib
    Dünən, 16:11 | Türkiyədə məktəbdə 4 nəfərin həyatına qəsd edən şagird özünü də öldürüb - YENİLƏNİB-3
    Dünən, 16:07 | Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək - RƏSMİ
    Dünən, 14:27 | Kompensasiya ödəniləcək?
    Dünən, 14:15 | Kart ödənişləri üzrə olan komissiya həddi vətəndaşa necə təsir edəcək? - AÇIQLAMA
    Dünən, 14:07 | Bibiheybət yolu niyə açılmayıb? – RƏSMİ AÇIQLAMA
    Dünən, 14:06 | İki idarə rəisini vəzifədən azad etdi
    Dünən, 14:04 | Pedaqoji istiqamətdə qəbul yerlərinin sayı azaldılır? - AÇIQLAMA
    Dünən, 14:02 | Sabah dolu düşəcək
    Dünən, 10:14 | Almaniyadan Ukraynaya milyardlarla yeni yardım – “Patriot” raketləri də göndəriləcək
    Dünən, 09:50 | Azərbaycan nefti 7 dollardan çox ucuzlaşıb
    Dünən, 09:05 | Bu halda işini itirənlər dövlətdən pul alacaq — ŞƏRTLƏR VƏ QAYDASI
    Dünən, 09:02 | Xəzərdə zəlzələ olub
    Dünən, 08:59 | Sevgilisi tərəfindən döyülən qadın məhkəmədə onu bağışladı: “Şikayətçi deyiləm”
    Dünən, 08:56 | Rusiyanın Ukraynada qalib gəlmək şansı yoxdur - Almaniya kansleri
    Dünən, 08:53 | HƏQİQƏTİN VƏ İNTUİSİYANIN NURU - 15 aprel Zərifə xanım Əliyevanın anım günüdür
    Dünən, 08:49 | Tramp: "İrana qarşı həyata keçirilən əməliyyat sona yaxınlaşır"
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.