Məktəblərdə 6 şagirdə 1 kompüter düşür
Mediaxeberleri.Az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "İctimai proseslər media müstəvisində" mövzusunda III Forumun açılış mərasimində deyib. “Hazırda ölkədə orta hesabla 6 şagirdə 1 kompüter düşür. Bu göstəricinin gələcəkdə daha da yaxşılaşdırılması və əsas hədəf kimi “1 şagird – 1 kompüter” nisbətinə nail olunması nəzərdə tutulur. 2000-ci illərin əvvəllərində vəziyyət xeyli fərqli idi. Həmin dövrdə 1062 şagirdə cəmi 1 kompüter düşürdü. Eyni zamanda, rəqəmsal bacarıqların artırılması istiqamətində həyata keçirilən layihələr də geniş əhatə dairəsinə malikdir. Hazırda 530 min şagird “Rəqəmsal bacarıqlar” layihəsində iştirak edir”, - o bildirib.
Azərbaycanda məktəblərdə kompüterlə təminat sahəsində son illər ciddi irəliləyiş əldə olunub.





















