Bu maşınlar İçərişəhərə buraxılmayacaq
Sabahdan etibarən qeyri-rezident avtomobillərin İçərişəhərə girişi və çıxışı müvəqqəti olaraq dayandırılacaq. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb. Bildirilib ki, Bakıda keçiriləcək Beynəlxalq Xalça Festivalı ilə əlaqədar olaraq İçərişəhər ərazisində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək. Məhdudiyyət mayın 3-ə qədər davam edəcək.
Oxunub: 42
Xəbəri paylaş
Paylaş:





















