Masazırdakı dəhşətli qətlə bağlı yeni TƏFƏRRÜAT: Kişi onlardan birinin sevgilisi olub
Masazırdakı qətlə bağlı yeni təfərrüat məlum olub. Hadisə zamanı qətli törədən şəxs Nuranə İsgəndərlinin boğazını kəsib. Daha sonra isə o, hadisəni görən Pərişan Süleymanovaya da 15 bıçaq zərbəsi vurub. *** 14:09 Masazırda iki qadını qətlə yetirən şəxs xanımlardan birinin sevgilisi olub. 1996-cı il təvəllüdlü Nuranə Rüstəm qızı İsgəndərli bir müddət əvvəl qətlə yetirildiyi evə köçübmüş. O, bir nəfər kişi ilə qeyri-rəsmi ər-arvad kimi həmin evdə yaşayırmış. Dünən axşam saatlarında onlar arasında dava olub. Bu gün səhər saatlarında qadınla sevgilisi arasında yenidən dava düşüb və qadın Xırdalan şəhərində yaşayan xalası qızı, 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanovaya zəng vurub. Qadın qohumundan kömək istəyib. P.Süleymanova onların yaşadığı ünvana gələndə kişinin Nuranəni qətlə yetirildiyini görüb. Həmin şəxs Nuranəyə köməyə gələn Pərişanı da qətlə yetirib və hadisə yerindən qaçıb. *** 14:00: Masazırda qətlə yetirilən qadınlarla bağlı yeni detallar məlum olub. Onlar xalaqızı olublar. Bildirilib ki, qətlə yetirilən şəxslər bir ay əvvəl Masazıra köçərək, burada kirayə qalıblar.





















