Sarımsaq və yod - Oynaq ağrılarına təbii məlhəm
SARIMSAQ VƏ YOD QARIŞIĞI İDDİALARI ELMİ TƏSDİQ TAPMIR Paylaşımlarda bildirilir ki, üç diş sarımsaq üzərinə yod əlavə edilərək iki həftə qaranlıq mühitdə saxlanılır və alınan məhlul oynaqlara tətbiq edildikdə ağrıları azaldır. Bəzi istifadəçilər bu üsulu “nənələrin resepti” kimi təqdim edərək xüsusilə diz ağrılarında sürətli nəticə verdiyini iddia edir. Dermatoloqlar və revmatoloqlar xəbərdarlıq edir ki, yodun dəriyə nəzarətsiz tətbiqi qıcıqlanma, yanıq və allergik reaksiyalar yarada bilər. Eyni zamanda, oynaq ağrılarının səbəbləri müxtəlif olduğundan, standart və təsdiqlənmiş tibbi müalicə üsulları daha etibarlı hesab olunur. Oynaq ağrısı hallarında ilkin diaqnostika və uyğun müalicə üçün həkimə müraciət edilməsi tövsiyə olunur.
Son günlər sosial şəbəkələrdə “sarımsaq və yod qarışığı”nın oynaq ağrılarına qarşı təsirli vasitə olduğu iddiaları geniş yayılıb.
Lakin mütəxəssislər qeyd edir ki, bu cür qarışıqların effektivliyini təsdiqləyən elmi sübutl mövcud deyil.
Mütəxəssislər vurğulayır ki, sosial şəbəkələrdə yayılan bu tip “möcüzəvi reseptlər”ə tənqidi yanaşmaq və özbaşına müalicədən çəkinmək vacibdir.





















