Onkologiya Mərkəzində partlayış törədən şəxs qazi olub?
Milli Onkologiya Mərkəzində partlayış törədən şəxsin müharibə iştirakçısı olması ilə bağlı yayılan xəbərlər yalandır.
Oxunub: 47
Xəbəri paylaş
Paylaş:
Milli Onkologiya Mərkəzində partlayış törədən şəxsin müharibə iştirakçısı olması ilə bağlı yayılan xəbərlər yalandır.
Ekspert araşdırma nəticəsində müəyyən edib ki, Mübariz Əliyev nə müharibə iştirakçısı, nə də müharibə əlilidir: “1988-ci il təvəllüdlü Mübariz Sahib oğlu Əliyevin ictimaiyyətə müharibə qazisi kimi təqdim olunduğunu gördüm. Kiçik bir araşdırma apardım. Məlum oldu ki, işğaldan azad edilən rayonların birində anadan olan Mübariz Əliyev 2006-2007-ci illərdə müddətli hərbi xidmətdə olub. Səfərbərlik zamanı isə orduya çağırılmayıb. Mübariz nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” - Ə.Verdiyev yazıb.Qeyd edək ki, onkoloji xəstə kimi qeydiyyatda olan Mübariz Əliyev partlayış zamanı ölüb, Onkologiya Mərkəzinin həkimi Asif Nəsirov isə ağır xəsarət alıb.Faktla bağlı cinayət işi başlanılıb.
