"Kəpəz"dən möhtəşəm geri dönüş
Bu gün Misli Premyer Liqasında 30-cu tura start verilib. Mediaxeberleri.Az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq başa çatıb. Əvvəlcə “Kəpəz” Yevlaxda “Sumqayıt”ı qəbul edib. Qarşılaşma "Kəpəz"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda Gəncə klubu 24 xalla turnir cədvəlində 10-cu, “gənclik şəhəri”nin təmsilçisi isə 38 xalla 7-ci pillədə qərarlaşıb. Cari mövsüm bu komandaların hər iki oyunu 3:0 hesabı ilə yekunlaşıb. İlk dövrədə “Sumqayıt”, ikinci dövrədə isə "Kəpəz" qələbə qazanıb. Günün digər qarşılaşmasında isə Sumqayıtda “Araz-Naxçıvan” “İmişli”ni sınağa çəkir. Bu komandaların ilk dövrədəki oyununda Naxçıvan klubu 2:0 hesablı qələbə qazanıb. İkinci dövrədə isə tərəflər meydandan 1 xalla ayrılıblar - 2:2. Hazırda Naxçıvan təmsilçisi 40 xalla 6-cı, “İmişli” isə 29 xalla 11-ci pillədə qərarlaşıb. 2 may (şənbə) 18:30. “Araz-Naxçıvan” - “İmişli” - 0:1 Qol: Dioqo Kardozu, 18 16:00. “Kəpəz” - “Sumqayıt” - 2:1 Qol: Yusif İmanov, 64-avtoqol (0:1), Rauf Hüseynli, 86-pen. (1:1), Rauf Hüseynli, 89-pen. (2:1) 3 may (bazar) 16:00. “Şamaxı” - “Sabah” 18:30. “Zirə” - “Qəbələ” 4 may (bazar ertəsi) 19:30. “Qarabağ” - “Turan Tovuz” 5 may (çərşənbə axşamı) 16:00. “Karvan-Yevlax” - “Neftçi” Bombardirlər: Coy Lens Mikels (“Sabah”) - 18 qol Bassalu Sambu ("Neftçi") - 11 qol Velko Şimiç (“Sabah”) - 11 qol Joarlem Santos ("Turan Toviz") - 10 qol Emin Mahmudov ("Neftçi") - 9 qol Karim Rossi ("Şamaxı") - 9 qol
“SOCAR Polymer Arena”
Yevlax şəhər stadionu





















