Gəncədə sinif yoldaşı tərəfindən bıçaqlanan məktəblinin vəziyyəti BİLİNDİ
Gəncədə sinif yoldaşı tərəfindən bıçaqlanan məktəblinin vəziyyəti açıqlanıb. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, aprelin 30-u saat 00:40-da 2011-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub: "Döş qəfəsinin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb".
Oxunub: 44
Xəbəri paylaş
Paylaş:





















