Mediaxeberleri.az
    
  • Psixiatr xəbərdarlıq edir: "Artıq çəki beyinin fəaliyyətini zəiflədir"
    Psixiatr xəbərdarlıq edir: "Artıq çəki beyinin fəaliyyətini zəiflədir"
  • 
  • Dünyanın aparıcı media resursları IV Şuşa Qlobal Media Forumundan nə yazdılar? - VİDEO
    Dünyanın aparıcı media resursları IV Şuşa Qlobal Media Forumundan nə yazdılar? - VİDEO
  • 
  • Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı – MƏHKƏMƏ
    Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı – MƏHKƏMƏ
  • 
  • Qazaxda icra başçısı şəhidin evində aparılan təmir işlərinin mövcud vəziyyəti ilə yerində maraqlanıb
    Qazaxda icra başçısı şəhidin evində aparılan təmir işlərinin mövcud vəziyyəti ilə yerində maraqlanıb
  • 
  • Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
    Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
  • 
  • Dərinləşən Bakı-Berlin əlaqələri: Siyasi, iqtisadi və rəqəmsal inkişaf prioritetləri
    Dərinləşən Bakı-Berlin əlaqələri: Siyasi, iqtisadi və rəqəmsal inkişaf prioritetləri
  • 
  • Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür - VİDEO
    Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür - VİDEO
  • 
  • Ağstafada “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü”nün 151-ci il dönümü münasibəti ilə media nümayəndələri ilə görüş təşkil olunub
    Ağstafada “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü”nün 151-ci il dönümü münasibəti ilə media nümayəndələri ilə görüş təşkil olunub
  • 
  • Tanışını Xankəndidən iribuynuzlu heyvan gətirəcəyi vədi ilə aldatdı - 17 min manatlıq dələduzluq
    Tanışını Xankəndidən iribuynuzlu heyvan gətirəcəyi vədi ilə aldatdı - 17 min manatlıq dələduzluq
  • 
  • Bakıda 4 il əvvəl açılışı olmuş bağça niyə hələ də fəaliyyət göstərmir? - VİDEO
    Bakıda 4 il əvvəl açılışı olmuş bağça niyə hələ də fəaliyyət göstərmir? - VİDEO
  • 
  • Pensiya alanların nəzərinə - Bu tarixdə
    Pensiya alanların nəzərinə - Bu tarixdə
  • 
  • “İdman Paytaxtı” Qazaxda velosiped idmanının şose növündə keçiriləcək Federasiya Kuboku yarışına hazırlıq işləri müzakirə olunub
    “İdman Paytaxtı” Qazaxda velosiped idmanının şose növündə keçiriləcək Federasiya Kuboku yarışına hazırlıq işləri müzakirə olunub
  • 
  • Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
    Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
  • 
  • MÜHARİBƏNİN YENİ MƏRHƏLƏSİ BAŞLADI - Kreml üçün ən təhlükəli ssenari...
    MÜHARİBƏNİN YENİ MƏRHƏLƏSİ BAŞLADI - Kreml üçün ən təhlükəli ssenari...
  • 
  • Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu
    Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu
  • 
  • Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşuldu
    Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşuldu
  • 
  • 17,4 MILYARD YATIRIB, 14 MILYARD GÖTÜRÜB... - Son rəqəmlər AÇIQLANDI
    17,4 MILYARD YATIRIB, 14 MILYARD GÖTÜRÜB... - Son rəqəmlər AÇIQLANDI
  • 
  • KREMLİN STALİN “SEVGİSİ”... - Putin "Tarix hər şeyi öz yerinə qoyacaq” deyəndə nəyi nəzərdə tutur?
    KREMLİN STALİN “SEVGİSİ”... - Putin "Tarix hər şeyi öz yerinə qoyacaq” deyəndə nəyi nəzərdə tutur?
  • 
  • Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?
    Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?
  • 
  • MEHDİYEVİN BACANAĞINA CİNAYƏT İŞİ AÇILDI - Nə qədər mənimsəyib?
    MEHDİYEVİN BACANAĞINA CİNAYƏT İŞİ AÇILDI - Nə qədər mənimsəyib?
  • 
  • “MÜTTƏFİQLİK ÇOX BÖYÜK MƏSULİYYƏTDİR VƏ BİZ BUNA HAZIRIQ” - Azərbaycan - Qırğızıstan münasibətlərinin yeni səviyyəsi Türk Dünyasına nə vəd edir?
    “MÜTTƏFİQLİK ÇOX BÖYÜK MƏSULİYYƏTDİR VƏ BİZ BUNA HAZIRIQ” - Azərbaycan - Qırğızıstan münasibətlərinin yeni səviyyəsi Türk Dünyasına nə vəd edir?

Son xəbərlər :
  • Azərbaycan niyə Gürcüstandan qoyun alır?
  • Diqqət: Avqustun 17-də...
  • Bəzi ərazilərdə qaz olmayacaq
  • "Neftçi" yeni mövsümə qələbə ilə başladı
  • "Sabah" və "Qarabağ"ın oyunları təxirə salındı
  • Almaniya miqrantlarla bağlı vədini yerinə yetirə bilmədi
  • Amerikalı üzgüçü gün ərzində iki dəfə dünya rekordunu yenilədi
  • Goranboyda QƏZA: Bir ton yanacaq yola töküldü - FOTO
  • Ukrayna Rusiyanın raket yanacağı istehsalı zavodunu vurub
  • "Qafqazinfo" 16 yaşını qeyd edir
  • Cərəyandan çıxarılmamalı olan 3 cihaz: qənaət bahalı təmirə səbəb ola bilər
  • General Abbasəli Novruzov vəfat edib
  • Moskvada 140-a yaxın reys təxirə salındı
  • Ordumuzda andiçmə mərasimi keçirildi - Video
  • Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa... - Həkim səbəbləri AÇIQLADI
  • Qarabağ kanalında bir nəfər batdı
  • Ukrayna “Wildberries”in daha bir anbarını yandırdı - Video
  • Moskvaya kütləvi hücum: 201 PUA vuruldu
  • Pasportdakı yaşınız aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
  • Azərbaycanda leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Mehmet Seyfettin Erol: "Yaxın gələcəkdə NATO-nun parçalanması mümkün görünmür"

  • Tarix: 2-04-2026, 21:52

Ukrayna müharibəsi ilə birlikdə dünyada baş verən son hadisələr fonunda təhlükəsizliklə bağlı məsələlər daha ciddi şəkildə müzakirə olunur. NATO və ABŞ, eyni zamanda Avropa İttifaqı ilə ABŞ arasında yaşanan böhran daha da dərinləşir. Bəs müxtəlif xarici media qurumları və ekspertlərin iddia etdiyi kimi, NATO-nun parçalanması və ya onun strukturunda dəyişikliklərin baş verməsi mümkündürmü?

Türkiyənin Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) rəhbəri, professor Mehmet Seyfettin Erol məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablandırıb:

Mehmet Seyfettin Erol: Yaxın gələcəkdə NATO-nun parçalanması mümkün görünmür

- Ukrayna müharibəsi ilə birlikdə qlobal təhlükəsizlik arxitekturası ciddi şəkildə müzakirə olunur. Bu prosesi necə qəbul etmək lazımdır?

- İlk növbədə bu məqamı vurğulayaq: Ukrayna ilə Rusiya arasındakı müharibə və 2025-ci ildən bəri baş verən ABŞ/İsrail-İran müharibələri əslində təkcə regional qarşıdurma deyil, soyuq müharibədən sonra qurulan nizam və formalaşmaqda olan yeni prosesin özü ilə bağlıdır. Bu prosesdə, soyuq müharibə dövrünün bir çox institutları kimi, NATO ilk növbədə Aİ-ABŞ münasibətləri ilə yanaşı, baş qaldıran digər qüvvələrə qarşı yenidən müəyyənləşdirilir və mövqe tutmağa məcbur edilir. Artıq rəqabətin artdığı, parçalanmış və çoxqatlı bir təhlükəsizlik memarlığına doğru gedirik. Enerji təhlükəsizliyi, tədarük zəncirləri və texnoloji rəqabət də bu yeni təhlükəsizlik anlayışının ayrılmaz hissələrinə çevrilir. Bundan əlavə, hərbi çəkindirmə ilə yanaşı, iqtisadi sanksiyalar və maliyyə alətləri də təhlükəsizlik siyasətlərinin mərkəzinə yerləşir. Dövlətlərarası rəqabət hibrid müharibə üsulları ilə daha qeyri-müəyyən və davamlı xarakter alır. Nəticədə beynəlxalq münasibətlərin tərifi və çərçivəsi də ittifaqlar və müttəfiqlik münasibətləri əsasında yenidən qurulur. Sadə dillə desək, beynəlxalq münasibətlər "sürüşkən zəmində qeyri-sabit münasibətlərə" çevrilib. NATO da bundan payını alıb.

- Bəs bu yenidənqurma prosesində NATO hansı perspektivə doğru sürüklənir? Onun parçalanması və ya zəifləməsi mümkündürmü?

- Mövcud mənzərənin çox parlaq olduğunu demək çətindir, xüsusilə də Trampın ikinci hakimiyyət dövründə baş verənlər baxımından. Digər tərəfdən, NATO-nun birdən-birə dağılacağını və ya ləğv ediləcəyini demək də həddindən artıq iddialı olar. Varşava müqaviləsinin şərtləri və ya SSRİ-Şərq bloku münasibətləri NATO üzvləri üçün keçərli deyil. Buna görə də, yaxın gələcəkdə NATO-nun parçalanması o qədər də mümkün görünmür. Əksinə, Finlandiya və İsveç nümunələrində müşahidə etdiyimiz kimi, genişlənmə meyili mövcuddur. Buna keçmiş sovet məkanından daha bir neçə ölkə də əlavə oluna bilər. Lakin bu, NATO daxilində fikir ayrılıqlarının olmadığı anlamına gəlmir. ABŞ-nin diqqətini Asiya-Sakit okean regionuna yönəltməsi Avropada "strateji muxtariyyət" müzakirələrini sürətləndirir. Yəni NATO dağılmaqdan çox transformasiya olunur. İttifaq daxilində uyğunluq, xüsusilə müdafiə xərcləri və təhdid prioritetləri məsələsində fərqlər səbəbilə zaman-zaman sınaqdan keçməyə davam edəcək. Bundan əlavə, siyasi liderlik dəyişiklikləri və ictimai rəyin təzyiqi NATO-nun qərar qəbuletmə proseslərində dalğalanmalara səbəb olur və ittifaqın strateji istiqamətini dövri olaraq təsir altına alır. Rusiya-Ukrayna müharibəsi ("Rusiya problemi"), ABŞ/İsrail-İran müharibəsi ("İran problemi") və "Çin faktoru" Qərb dövlətləri arasında NATO-nu bu dərəcədə gündəmə gətirib. Buna görə də "NATO problemi" əslində daha çox "Qərb problemi" kimi də qiymətləndirilə bilər. "Qərb problemi"nin gələcəyi NATO-nun gələcəyini də böyük mənada müəyyən edəcək. Bu dəfəki NATO müzakirələri dəyişiklikdən çox, daha çox struktur xarakterli transformasiya sancılarına işarə edir.

- Nəyi nəzərdə tutursunuz?

- Daha çevik, daha modul tipli NATO strukturunu. ABŞ klassik böyük ittifaq əvəzinə daha kiçik, sürətli və regional ittifaqlar qurmağa meyillidir. ABŞ Avropadan kənarda Asiya-Sakit okean regionuna da açılmaq və NATO-dan orada istifadə etmək istəyir. Lakin bu, o qədər də mümkün deyil. Yaxın Şərqdə NATO-dan istədiyi kimi istifadə edə bilməyən ABŞ-nin bunu daha uzaq regionlarda etməsi də çətindir. Buna görə, ABŞ NATO-dan kənarda, lakin onun imkan və qabiliyyətlərindən geniş şəkildə yararlana biləcəyi yeni qurumlar yaratmağa çalışır; AUKUS (Avstraliya-Britaniya-ABŞ bloku) bunun ən konkret nümunəsidir. Bu cür "mini-NATO"lar həm xərcləri azaldır, həm də əməliyyat effektivliyini artırır, ABŞ-ni NATO daxilində avropalı müttəfiqlərindən daha müstəqil edir və mübahisələrdən uzaq saxlayır. Eyni zamanda, konkret böhranlara uyğun koalisiyalar yaradılır, bürokratik gecikmələr azalır və hərbi-siyasi koordinasiya daha çevik olur. Beləliklə, bu model NATO-nun institusional çəkisini qoruyaraq, sahədə daha dinamik və sürətli reaksiya verə bilən təhlükəsizlik memarlığı formalaşdırmağa imkan yarada bilər. Bundan əlavə, Avropa daxilində də NATO ilə müəyyən dərəcədə inteqrasiya olunmuş yeni "ox"ların formalaşması müşahidə olunur (Polşa oxu kimi). Nəticə etibarilə, ABŞ ilə Avropa arasında "necə bir NATO" və "kimin NATO-su" məsələsində fikir ayrılığı mövcuddur və bu, son iki müharibə fonunda daha da qabarıq şəkildə üzə çıxıb.

Söhrab İsmayıl


Oxunub: 7 170
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 21:54 | Azərbaycan niyə Gürcüstandan qoyun alır?
    Dünən, 21:44 | Diqqət: Avqustun 17-də...
    Dünən, 21:41 | Bəzi ərazilərdə qaz olmayacaq
    Dünən, 21:38 | "Neftçi" yeni mövsümə qələbə ilə başladı
    Dünən, 19:29 | "Sabah" və "Qarabağ"ın oyunları təxirə salındı
    Dünən, 19:27 | Almaniya miqrantlarla bağlı vədini yerinə yetirə bilmədi
    Dünən, 15:59 | Amerikalı üzgüçü gün ərzində iki dəfə dünya rekordunu yenilədi
    Dünən, 15:55 | Goranboyda QƏZA: Bir ton yanacaq yola töküldü - FOTO
    Dünən, 15:53 | Ukrayna Rusiyanın raket yanacağı istehsalı zavodunu vurub
    Dünən, 15:16 | "Qafqazinfo" 16 yaşını qeyd edir
    Dünən, 15:01 | Cərəyandan çıxarılmamalı olan 3 cihaz: qənaət bahalı təmirə səbəb ola bilər
    Dünən, 14:58 | General Abbasəli Novruzov vəfat edib
    Dünən, 14:57 | Moskvada 140-a yaxın reys təxirə salındı
    Dünən, 14:54 | Ordumuzda andiçmə mərasimi keçirildi - Video
    Dünən, 11:15 | Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa... - Həkim səbəbləri AÇIQLADI
    Dünən, 11:12 | Qarabağ kanalında bir nəfər batdı
    Dünən, 11:10 | Ukrayna “Wildberries”in daha bir anbarını yandırdı - Video
    Dünən, 10:54 | Moskvaya kütləvi hücum: 201 PUA vuruldu
    Dünən, 10:48 | Pasportdakı yaşınız aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
    Dünən, 10:46 | Azərbaycanda leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA
    Dünən, 10:44 | “Evlilik təklifi alanda həyat yoldaşımdan yalnız bir şey istədim: Evimizdə pianino olacaq, çaldıq-çalmadıq, hər evdə var”
    15-08-2026, 22:17 | İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu
    15-08-2026, 22:12 | Azərbaycan pasportunun dünya reytinqindəki YERİ
    15-08-2026, 22:09 | Hər gün yumurta yeməyin təhlükəsi: alimlər nə tapdılar?
    15-08-2026, 22:07 | Azərbaycan İndoneziyaya başsağlığı verdi
    15-08-2026, 22:05 | Bu ölkədə iki güclü zəlzələ: ölənlərin sayı artdı
    15-08-2026, 18:45 | RUBL ÜÇÜN PESSİMİST PROQNOZ - Nə qədər ucuzlaşacaq?
    15-08-2026, 18:39 | Prezident İlham Əliyevin Naxçıvana etdiyi bütün səfərlər mühüm nəticələrlə yadda qalıb – RƏY
    15-08-2026, 18:38 | Dollar sabitdir, bəs qiymətlər niyə artır? – Bahalaşmanın əsas səbəbləri açıqlanıb
    15-08-2026, 18:22 | Azərbaycanlı müğənni küçədə döyüldü - Foto
    15-08-2026, 18:15 | Hökumə Əliyevanın anasını duyğulandıran jest – VİDEO
    15-08-2026, 18:11 | Xəstənin adından istifadə edib pul yığdı, özünə götürdü
    15-08-2026, 18:09 | Dollar sabitdir, bəs qiymətlər niyə artır? – Bahalaşmanın əsas səbəbləri açıqlanıb
    15-08-2026, 18:07 | Məkkə sazişi: Afina üçün bu planlar ləğv ola bilər...
    15-08-2026, 09:41 | Bu il məktəbli formaları neçəyə olacaq? – RƏSMİ AÇIQLAMA
    15-08-2026, 09:16 | Misli Premyer Liqası: “Araz-Naxçıvan” “İmişli”yə, “Sabah” “Kəpəz”ə qarşı
    14-08-2026, 21:29 | Misli Premyer Liqası: "Turan Tovuz"dan çətin qələbə
    14-08-2026, 15:54 | General Araz Məmmədov vəzifəsindən azad olundu - Yeni təyinat
    14-08-2026, 15:52 | Ərdoğan böyük dəyişikliyə hazırlaşır – Bu nazirləri yola salır...
    14-08-2026, 15:50 | Hesablama Palatasına yeni səlahiyyət verildi - Naxçıvanla bağlı...
    14-08-2026, 15:37 | Prezident Fərman imzaladı
    14-08-2026, 15:34 | Kartlara tətbiq edilən limitə görə qiymət artımı olacaq? – AÇIQLAMA
    14-08-2026, 15:32 | Moskvada dəhşətli fırtına başladı - Video
    14-08-2026, 15:29 | Diplomlar elektron formada veriləcək: Hansı çətinliklər var?
    14-08-2026, 14:33 | Samuxun qarayara aşkarlanan kəndində nəzarət postu quruldu - FOTO
    14-08-2026, 09:38 | Bir həftə hər gün brokkoli yedi: Orqanizmindəki dəyişikliklər onu TƏƏCCÜBLƏNDİRDİ
    14-08-2026, 09:36 | Misli Premyer Liqası geri döndü: "Turan Tovuz" "Qəbələ"yə QARŞI
    14-08-2026, 09:30 | "Qarabağ"ı pley-offa aparan qələbə - Video
    14-08-2026, 09:04 | İşıq olmayacaq
    14-08-2026, 08:37 | Tovuzda sel körpünü dağıdıb, kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.