Müştərinin maşınını sürən avtoyuma işçisinə 2000 manatlıq cərimə - Qanun nə deyir? - VİDEO
Avtoyuma məntəqələrinə avtomobilini təhvil verən sürücülərin çoxu düşünür ki, maşın yuyulacaq və olduğu yerdə qalacaq. Halbuki bəzi hallarda avtoyuma işçiləri nəqliyyat vasitəsini sahibinin icazəsi olmadan idarə edirlər. Mediaxeberleri.Az xəbər verir ki, Oxu.Az-ın "Qanun nə deyir?" adlı rubrikasının bugünkü mövzusu avtoyuma məntəqəsində maşının sürücünün icazəsi olmadan sürülməsinin məsuliyyətidir. Avtomobil sahibinin icazəsi olmadan sürülərsə, bunun məsuliyyəti nədir? Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə 1 000 manatdan 2 000 min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri, yaxud iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bundan başqa, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə, yaxud vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər.





















