"Neftçi" "Qarabağ"a qalib gəldi
Bu gün Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış bir oyun keçirilib. Mediaxeberleri.Az xəbər verir ki, "Neftçi" öz meydanında "Qarabağ"ı qəbul edib. Qarşılaşma "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Əzəli rəqiblərin ilk dövrədəki oyununda "Qarabağ" 2:0, 3-cü dövrənin aprelin 26-da keçirilən matçında isə 5:1 hesabı ilə qalib gəlib. Xatırladaq ki, "Neftçi" "Qarabağ"a 18 oyundur qalib gələ bilmir. Onlar son dəfə "Qarabağ"ı 2021-ci ilin mayın 19-da məğlub ediblər (1:0). 30 aprel (cümə axşamı) 20:00.“Neftçi” – “Qarabağ” - 2:1 Qollar: Emil Səfərov, 55 (1:0), Emil Bədəlov, 85-avtoqol (1:1), Bassala Sambu, 90+2 (2:1) Bombardirlər: Coy Lens Mikels (“Sabah”) - 18 qol Velko Şimiç (“Sabah”) - 11 qol Bassalu Sambu ("Neftçi") - 11 qol Emin Mahmudov ("Neftçi") - 9 qol Karim Rossi ("Şamaxı") - 9 qol
“Palms Sports Arena”





















