Azərbaycan derbisi: Təxirə salınmış "Neftçi" - "Qarabağ" matçı bu gün baş tutacaq
Bu gün Misli Premyer Liqasının XXI turundan təxirə salınan "Neftçi" - "Qarabağ" matçı keçiriləcək. Mediaxeberleri.Az xəbər verir ki, "Palms Sports Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək. Meydan sahibləri 28 turdan sonra 44 xal toplayaraq dördüncü yerdə qərarlaşıblar. Ağdam təmsilçisi isə 59 xalla ikinci sıranı tutur. Xatırladaq ki, bir müddət əvvəl Misli Premyer Liqasının XXIX turunda "Qarabağ" səfərdə "Neftçi"yə 1:5 hesabı ilə qalib gəlmişdi. 30 aprel 20:00, "Neftçi" - "Qarabağ" Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Müslüm Əliyev, Rəşad Əhmədov VAR: Elçin Məsiyev AVAR: Elşad Abdullayev Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Elgiz Abbasov "Palms Sports Arena".
Oxunub: 64
Xəbəri paylaş
Paylaş:





















