133 oyunun nəticəsi ləğv oluna bilər
Futbol üzrə Niderland çempionatının yüksək liqasında 133 matçın nəticəsi oyunçuların sənədlərinin rəsmiləşdirilməsində pozuntulara görə ləğv edilə bilər. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb. Qeyd olunub ki, 100-dən çox oyunun nəticələri yenidən nəzərdən keçirilə bilər, çünki bir sıra futbolçular lazımi sənədlər olmadan meydana çıxıblar. Onların bir çoxu milli komandaların heyətində çıxış etmək üçün İndoneziya, Surinam və Kabo-Verdenin ikili vətəndaşlığını alıblar. Niderland qanunvericiliyinə əsasən, belə hallarda oyunçular ölkə vətəndaşlığından çıxmalı və iş icazəsini rəsmiləşdirməlidirlər. Eyni zamanda, mümkün pozuntular bir neçə il ərzində diqqətdən kənarda qalıb. Vəziyyət son aylarda gündəmə gəlib. "NAK Breda" klubu problemə diqqət çəkərək matçlardan birinin yenidən keçirilməsini tələb edib. Niderland Futbol İttifaqı bu tələbi rədd edib, bundan sonra klub apellyasiya şikayəti verib.





















