Qızla hamamda ölən oğlanın anasından açıqlama: “Onu qız aparıb”
Xəbər verdiyimiz kimi, Bakıda ötən gün 2007-ci il təvəllüdlü gənc oğlan və 2012-ci il təvəllüdlü qız hamam otağında dəm qazından zəhərlənib. Hadisə nəticəsində 19 yaşlı Y.A. həyatını itirib, 14 yaşlı qız isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi xidmətlər göstərilsə də, ixtisaslı tibbi xidmətdən imtina edilib. Mediaxeberleri.Az “Manset.az”a istinadla xəbər verir ki, mərhumun anası oğlunun evə həmin qız tərəfindən aparıldığını iddia edir: “Balama oyun oynadılar. O qız edib. Sonra da dostlarını göndərib ki, tək qalsınlar. Ürəyim partlayır. Mənim balam heç kimə pislik etməyib.”
Oxunub: 48
Xəbəri paylaş
Paylaş:





















