İRANIN ABŞ-a GÖNDƏRDİYİ 10 TƏKLİF AÇIQLANDI - Tehran da QƏLƏBƏSİNİ ELAN ETDİ
İranın Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ) da ABŞ üzərində qələbə qazandıqlarına dair bəyanat yayıb və Ağ Evin Tehranın şərtlərini qəbul etdiyini açıqlayıb. Mediaxeberleri.Az "Fars" Xəbər Agentliyinə istinadən xəbər verir ki, Ali Milli Təhlükəsizlik Şurasının bəyanatda ABŞ Prezidenti Donald Trampın Tehranın 10 bəndlik təklifini tam qəbul etdiyi iddia olunur. "Düşmən İran xalqına qarşı apardığı müharibədə sarsıdıcı məğlubiyyətə uğrayıb, İslam Respublikası Amerikanı 10 maddəlik planını qəbul etməyə məcbur edib", - bəyanatda bildirilib. Bəs İranın razılaşma üçün irəli sürdüyü 10 bəndlik təklifdə nələr var. İran Ali Milli Təhlükəsizlik Şurası tərəfindən yayılan 10 bəndlik təklifləri təqdim edir: 1. ABŞ, prinsipcə, İrana hücum etməyəcəyinə zəmanət verir, 2. İran Silahlı Qüvvələri ilə əlaqələndirilərək Hörmüz boğazından nəzarətli keçid, 3. Uranın zənginləşdirilməsinin qəbul edilməsi, 4. İrana qarşı bütün sanksiyaların ləğvi, 5. İrana qarşı ilkin sanksiyaların ləğvi, 6. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ləğvi, 7. Beynəlxalq Atom Enerjisi Agentliyinin qətnamələrinin ləğvi, 8. Hesablamalara əsasən İrana dəyən zərərin tam ödənilməsi və bütün dondurulmuş İran aktivlərinin azad edilməsi, 9. ABŞ hərbi qüvvələrinin bölgədəki bütün bazalardan və yerləşdirmə məntəqələrindən çıxarılması, 10. Livan da daxil olmaqla, bütün cəbhələrdə müttəfiq qruplara qarşı döyüşlərin dayandırılması.
Xəbər verdiyimiz kimi, İki həftəlik atəşkəsi qəbul etdiyini açıqlayan ABŞ Prezidenti Donald Tramp İrandan 10 bəndlik təklif aldıqlarını açıqlayıb.





















