Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?

Son xəbərlər :
  • 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
  • Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
  • Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
  • Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
  • Keçmiş icra başçısı Rusiyada vəfat etdi
  • 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
  • Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
  • Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
  • Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
  • Dövlət başçısından daha bir SƏRƏNCAM
  • Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
  • YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
  • Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
  • Qarabağ qazisi vəfat etdi
  • Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
  • Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
  • İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
  • Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
  • EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
  • U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

RUSİYADAN ERMƏNİSTANA MİSLİ GÖRÜNMƏMİŞ HƏDƏLƏR – Overçuk Paşinyanın qarşısında konkret tələblər qoydu

  • Tarix: 3-04-2026, 08:27

Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya işgüzar səfərindən dərhal sonra TASS dövlət agentliyi Rusiya Baş nazirinin müavini Aleksey Overçukun geniş müsahibəsini yaydı. Müsahibə ancaq Rusiya və Ermənistan arasında iqtisadi, siyasi, ticarət münasibətlərinin mövcud durumuna və rəsmi İrəvanın yürütdüyü xarci siyasətin bu münasibətləri necə təhdid edəcəyini əhatə edir.

Overçuk qeyd edib ki, ikitərəfli görüşlərdə, eləcə də Aİİ (Avrasiya İqtisadi İttifaqı) formatında Ermənistan rəhbərləri Rusiya ilə dostluqdan danışır və Aİİ-yə sadiqliklərini bildirirlər: “Bizim tərəfimizdən müzakirələr açıq xarakter daşıyır və həmişə hörmət çərçivəsində olur. Bununla belə, sözlərlə əməlləri müqayisə etdikdə belə qənaətə gəlirsən ki, həmkarlarımız elə bir nöqtəyə çox yaxınlaşıblar ki, ondan sonra biz bu ölkə ilə iqtisadi münasibətlərimizi fərqli şəkildə qurmalı olacağıq. Rusiya Federasiyası Hökumətini öz səlahiyyətləri daxilində Ermənistanla ticarət-iqtisadi əlaqələrin gələcək vəziyyəti narahat edir. Konsessiyanın satılması barədə bəyanatı, ümumi regional konteksti və Ermənistan rəhbərliyinin Aİ ilə yaxınlaşma siyasətini nəzərə alsaq, bu əlaqələrin gələcəyi ilə bağlı ciddi suallar yaranır”.

Rusiya rəsmisi vurğulayıb ki, Ermənistanı Rusiya ilə münasibətləri kəsməyə çağıran qərbli siyasətçilərdən fərqli olaraq, onlar Ermənistanın digər ölkələrlə, o cümlədən ABŞ və Aİ ilə ticarət-iqtisadi əlaqələrinin inkişafına mane olmurlar: “Onların öz ixrac bazarlarını genişləndirmək istəməsində pis heç nə yoxdur. Bunun onlarda alınıb-alınmayacağını isə öz təcrübələrində görəcəklər. İnsanlar həmişə daha yaxşı həyat xəyalları qururlar, biz isə hələlik onların peşəkar şəkildə necə tovlandığını (yoldan çıxarıldığını) müşahidə edirik. Təəssüflə qeyd etməliyik ki, bu, hələlik işə yarayır. Əks halda, bəlkə də zahirən effektli görünən, qısamüddətli faydalar gətirən, lakin reallıqdan qopuq olan və uzunmüddətli perspektivdə bu ölkəyə aşkar maddi ziyan vuracaq qərarlar qəbul edilməzdi”.

Overçuk vurğulayıb ki, Ermənistan xalqı ilə yaxın münasibətlərə görə bu barədə açıq danışmağı lazım bilirlər: “Real dünyada erməni sahibkarları Aİİ üzvü olan dövlətlərin bazarlarında pul qazanırlar. Ermənistanın Aİİ-yə daxil olduğu ildə - 2015-ci ildə, Ermənistanın Aİ-yə ixracı Aİİ-yə ixracından 1,2 dəfə çox idi. Sonrakı dinamika göstərir ki, 10 il ərzində Ermənistanın Aİ-yə ixracı 1,53 dəfə, ABŞ-a 2,2 dəfə artıb, Aİİ-yə ixracı isə 12,5 dəfə artıb. Bu rəqəmlər Ermənistanın ticarət tərəfdaşlarının onun istehsalçılarının məhsullarını almağa olan real maraq səviyyəsini nümayiş etdirir”.

Baş nazirin müavini vurğulayıb ki, Rusiya faktlarla işləyir: “Bilirik ki, qərblilərlə yanaşı, Ermənistanın özündə də Rusiya ilə münasibətləri kəsmək və Rusiya biznesini Ermənistandan çıxarmaq istəyənlər var. Görürük ki, ötən il Ermənistanda Avropa İttifaqına daxil olmaq istəyi barədə deklarativ qanun qəbul edilib və Aİ standartlarına keçid üçün səylər göstərilir. Bu ölkə rəhbərlərinin Avropa İttifaqının bir hissəsi olmaq istəkləri barədə çoxsaylı bəyanatlarına diqqət yetirməyə bilmərik. Həm rusiyalı sahibkarın mülkiyyətinin müsadirə edilməsi, həm də dəmir yolu konsessiyasının satılması təklifi bizim üçün eyni zəncirin halqalarıdır”.

Overçuk daha sonra ikitərəfli münasibətlərdə qapalı qalan mövzulara toxunub: “Keçən yay biz Ermənistanın Baş nazirinə rusiyalı investorların Ermənistanda qalma perspektivləri ilə bağlı birbaşa sual vermişdik. Bizim birbaşa sualımıza birbaşa cavab verilmişdi ki, Ermənistanda Rusiya biznesinə heç nə təhdid etmir. Faktlar isə bunun əksini deyir. Görürük ki, bizə bir şey deyilir, əməldə isə tamam başqa şey baş verir. Əvvəlcə elektrik enerjisinin alışı və pərakəndə satışı sahəsində maraqları olan rusiyalı sahibkarın mülkiyyət hüquqları pozuldu, indi isə Rusiya dövlət şirkətinə konsessiyanı satmaq təklifi edilib. Biz həmçinin Metsamor AES-in istismar müddətinin uzadılması ətrafında baş verənləri və bu ölkədə atom energetikasının gələcəyini görməyə bilmərik. Elektrik enerjisi şirkətinin müsadirə edilməsinin səbəbləri barədə suallarımıza cavab olaraq bizə bildirdilər ki, Ermənistanda insanlar onun xidmət səviyyəsinin aşağı olmasından narazı idilər. Bunun belə olub-olmaması Ermənistanın daxili işidir. Bu hadisələrin pərdəarxası nə olursa-olsun və həmin rusiyalı investor kim olursa-olsun, mülkiyyət hüququ birincidir, o, istənilən münasibətlərin əsasında dayanır. Özəl mülkiyyətin dövlət tərəfindən alınması Ermənistanı xarici investorlar üçün daha cəlbedici etmir. Milli mənsubiyyətindən asılı olmayaraq, investorlar artıq anlayacaqlar ki, əgər bir dəfə onlardan birinə qarşı belə edilibsə, bunun digərlərinə qarşı təkrarlanmayacağına zəmanət yoxdur. Şirkətin özünün Rusiya şirkəti olmaması faktı onların narahatlığını yalnız artırır. Müvafiq olaraq, ölkənin investisiya riskləri onlar tərəfindən daha yüksək qiymətləndiriləcək, Ermənistandakı aktivlərin dəyəri ola biləcəyindən daha aşağı qiymətləndiriləcək, iş adamlarının ən qısa müddətdə maksimum qazanc əldə etmək istəyi isə daha yüksək olacaq. Bu, bazar iqtisadiyyatının iş məntiqləridir. Nəticə etibarilə, bunlar erməni sahibkarlarının və istehlakçılarının daxili problemləridir”.

Overçuk, jurnalistin “Nikol Paşinyan öz mövqeyini onunla əsaslandırır ki, Rusiya ilə işləməyə davam etməkdən şad olardı, lakin problem ondadır ki, "bir sıra Qərb ölkələrində, Şərqdə, Cənubda, bəzən də Şimalda belə bir rəy getdikcə güclənir ki, Naxçıvandan sonra yolu Ermənistan üzərindən davam etdirməyə ehtiyac yoxdur, çünki dəmir yolu Rusiyanın idarəçiliyi altındadır", sualını belə cavablandrıb: “Bu yolun ətrafında çox sayda maraqlar kəsişir. Hər kəs onu hətta fərqli cür adlandırır. Bakının nöqteyi-nəzərindən "Zəngəzur dəhlizi" ölkənin iki hissəsi arasında əlaqənin bərpası, Türkiyə ilə birbaşa əlaqənin açılması və Azərbaycanın Avrasiya nəqliyyat-logistika qovşağı kimi inkişafı üçün vacibdir. Vaşinqton üçün "Tramp marşrutu" Orta Asiyadan ABŞ-yə kritik mineralların çıxarılmasını, həmçinin İranın şimal sərhədinə nəzarəti təmin edən beynəlxalq nəqliyyat dəhlizidir. Moskva üçün Meğri vasitəsilə keçən yol digər Aİİ üzvü olan dövlətlə - Ermənistanla nəqliyyat əlaqəsini yaxşılaşdırmaq, həmçinin İran və Türkiyə bazarlarına çıxışı asanlaşdırmaq imkanıdır. Tehran üçün bu, rəqib yol və ABŞ tərəfindən gələn təhdiddir. Ankara üçün bu, Azərbaycana və Orta Asiya dövlətlərinə ən rahat çıxış yoludur. İrəvan üçün Meğri sahəsi ölkənin blokadasını açmaq, coğrafi mövqeyinin üstünlüklərini reallaşdırmaq və iqtisadiyyatının inkişafına əlavə təkan vermək imkanıdır. Bizim maraqlarımızla Ermənistanın maraqları bu məsələdə üst-üstə düşür. Biz Ermənistanın blokadadan çıxarılması prosesini dəstəkləyirik, baş nazir müavinləri səviyyəsində Üçtərəfli İşçi Qrupunda aktiv vasitəçilik etmişik. 2024-cü ilin yayında Azərbaycanla suverenlik, yurisdiksiya və qarşılıqlılıq barədə prinsipial formulanı razılaşdırdıq ki, bunu Ermənistan rəhbərliyi tələb edirdi. Lakin bu edildikdən sonra ermənilər blokadanın açılması istiqamətində bizimlə təmasları kəsdilər. Biz sonra oxşar formulaları 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanmış sənəddə gördük”.

Rusiya rəsmisi vurğulayıb ki, bu arzuolunmaz vəziyyətə gətirib çıxarıb: “Peşəkar beynəlxalq münasibətlər mütəxəssislərinə bəllidir ki, Cənubi Qafqaz regionuna kənar şəxslərin gəlməsi orada formalaşmış təhlükəsizlik balansını pozacaq. ABŞ və İran arasındakı müharibə göstərir ki, bu hadisələr onlara heç vaxt toxunmayacağını düşünən bütün region ölkələrini necə sürətlə öz ağuşuna alır. Naxçıvan ərazisinə dron zərbələri dərhal "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə daşımalara təsir etdi və Meğri sahəsinin bərpasına investisiya qoymaq istəyən investorların inamını artırmadı. Reallıqda, ölkəmizlə əməkdaşlığı dayandırmaq qərarına görə Ermənistan əvvəllər malik olmadığı yeni, çox ciddi təhlükələr əldə etdi”.

“Əgər nəqliyyat məsələsində Rusiya və Ermənistanın maraqları üst-üstə düşürsə, onda niyə Rusiya şirkətinə Ermənistandan getmək təklif olunur? Overçukun cavabı: “Paşinyanın müsahibəsindən öyrəndik ki, Rusiyanın dəmir yolu şirkətinin Ermənistanda olması onun ölkəsinə öz rəqabət üstünlüklərini reallaşdırmağa imkan vermir, çünki hansısa başqa ölkələr orada Rusiya şirkətinin olmasını istəmir. Guya Rusiya kimisə hürküdür və bu səbəbdən yüklər Azərbaycanın Naxçıvanından birbaşa Türkiyəyə gedəcək, əvvəlcə Ermənistana girib, sonra Türkiyəyə getməyəcək.

Bu tezisi daha ətraflı araşdırmaq lazımdır. Əgər regionun Azərbaycan, Ermənistan, Gürcüstan, İran və Türkiyənin əks olunduğu xəritəsini təsəvvür etsək, görünür ki, indi "Tramp marşrutu" kimi tanınan Meğri dəmir yolu sahəsinin bərpası öz-özlüyündə Azərbaycanın iki hissəsinin əlaqəsini təmin edir. Ermənistan ərazisi ilə sərhəd Araz çayının şimal sahili boyunca hərəkət edərək, siz o biri tayda yerləşən İran İslam Respublikasının mənzərələrindən zövq alırsınız. Şərqdən qərbə doğru bu 42 km məsafəni qət etdikdən sonra siz Ermənistanı tərk edib Azərbaycanın Naxçıvanına daxil olursunuz. Azərbaycan ərazisində Ermənistanın digər hissəsinə doğru hərəkəti davam etdirməyə imkan verən dəmir yolu var. Lakin Ermənistan sərhədinə çatdıqda aşkar edirsiniz ki, qatar daha irəli gedə bilməz. Sərhəddən Ermənistanın Yerasx yaşayış məntəqəsinə qədər olan 1,6 km məsafədə dəmir yolu xətləri sökülüb. Əgər bu qısa hissə bərpa olunsa, hərəkəti davam etdirib Türkiyə sərhədinə qədər getmək olar ki, həmin sərhəd hazırda blokadadır. Bununla yanaşı, mütəxəssislərin dediyinə görə, Gümrüdən Ermənistan-Türkiyə sərhədinə qədər olan yolun bir hissəsi də bərpaya və ya təmirə ehtiyac duyur. Ondan uzun illərdir istifadə olunmayıb. Mövcud qiymətləndirmələrə görə, Ermənistan dəmir yollarının Azərbaycan və Türkiyə dəmir yolları ilə birləşməsini təmin etmək üçün təxminən 12-13 km yol bərpa və ya təmir edilməlidir, lakin mütəxəssislər bunu dəqiqləşdirməlidir. 2025-ci ilin dekabrında Ermənistan tərəfi ən yüksək səviyyədə bizə müraciət edərək bu iki qısa hissənin bərpasını xahiş etdi. Rusiyada bu xahiş ən yüksək səviyyədə nəzərdən keçirildi və müsbət cavab verildi - biz bizə dost olan Ermənistan xalqını dəstəkləyirik, bu iki hissənin bərpası ölkəmizin maraqlarına cavab verir və əlbəttə ki, biz müvafiq danışıqlara hazırıq. Rusiya bu bəyanatla çıxış etdikdən cəmi bir gün sonra Nikol Paşinyan müsahibə verərək dedi ki, Rusiya konsessiyası Ermənistanın inkişafı üçün maneələr yaradır, Rusiya nəzarəti səbəbindən yolla heç kim getməyəcək və Rusiyaya konsessiyanı Rusiya və Ermənistana dost olan hansısa ölkəyə satmağı təklif etdi. Əgər onun regionda nəqliyyat əlaqələrinin inkişafında gələcək iştirakını görmürsünüzsə, Rusiyanı bu yolları bərpa etməyə dəvət etmək nəyə lazım idi? Razılaşın ki, bir şey deyib başqa şey etmək münasibətlərin inkişafı üçün ən yaxşı yol deyil”.

Overçuk vurğulayıb ki, konsessiyanın təklif olunan satışı nəticəsində Ermənistan yolu nəinki Rusiya yüklərini itirəcək, həm də çox güman ki, Rusiya Dəmir Yolları ilə qarşılıqlı fəaliyyəti itirəcək: “Xəzərdə gəmiçiliyin rəqabət qabiliyyətinə təsir edən amilləri nəzərə alsaq, Orta Asiya ölkələrindən Ermənistan və Türkiyə istiqamətində və əks istiqamətdə əhəmiyyətli yük axını Rusiya Federasiyası vasitəsilə keçəcək. Sadəcə, bir az uzağı görməyi bacarmaq və hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdırmaq lazımdır, xüsusən də söhbət liman infrastrukturu və dəmir yolu kimi uzunmüddətli investisiyalardan gedirsə”.

Rusiya rəsmisi vurğulayıb ki, dəmir yolu konsessiyası ilə bağlı hadisələrin gedişatı timsalında müşahidə etdiklərimiz Ermənistan rəhbərliyi tərəfindən elan edilmiş - iqtisadi tənəzzül keçirən və Rusiyaya düşmən hərbi-siyasi bloka çevrilən Avropa İttifaqı ilə yaxınlaşma siyasi məntiqinə uyğun gəlir. “Ermənilərin Rusiyaya düşmən blokun bir hissəsi olmaq istəyib-istəməməsi ermənilərin öz işidir. Bizim üçün isə aydındır ki, onları buna hazırlayırlar, eləcə də hadisələrin belə inkişafının uzunmüddətli ağır nəticələri bizim üçün aydındır”, - Overçuk hədələyib.

Baş nazirin müavini “Belə çıxır ki, Ermənistandakı dəmir yolunun yüklənməyəcəyi ilə bağlı yüksək risklər mövcuddur?” sualını cavablandırıb:

“Reallıq belədir ki, Ermənistan dəmir yolu, əgər qorunub saxlanılarsa, öz iqtisadiyyatının ehtiyaclarına xidmət edən bir yol olaraq qalmalıdır; bu iqtisadiyyatın real perspektivləri isə Aİİ (Avrasiya İqtisadi İttifaqı) ilə bağlıdır. Bizim marağımız regionun bütün dövlətləri ilə olduğu kimi, Ermənistanla da ticarəti artırmaqdır. Lakin bizə deyilirsə ki, Rusiya şirkətlərinin Ermənistanda iştirakı Ermənistanın maraqlarına uyğun deyil, onda qarşılıqlılıq prinsipindən çıxış edərək soruşmaq ədalətli olar: əgər Rusiya şirkətləri və sahibkarları Ermənistanda iştirak edib pul qazana bilmirlərsə, onda niyə erməni şirkətləri və sahibkarları Rusiyada iştirak edib pul qazana bilirlər?

Xarici iqtisadi əlaqələr ikitərəfli hərəkəti olan bir yoldur. Qarşılıqlı ticarət olmadan yük hərəkəti olmur və Ermənistan dəmir yolunun yüklənməsi də bundan asılıdır. Rusiyada iş quran erməni biznesi buna diqqət yetirməlidir. Çünki bizdə məsələnin məhz bu müstəvidə qoyulduğu hesab edilir və bu barədə açıq danışmaq lazımdır. Əlbəttə, kimsə deyə bilər ki, Ermənistanın Avropa perspektivi var və Aİİ ilə əlaqələr ona yalnız Aİ ilə ticarət Aİİ ilə ticarəti əvəz edənə qədər lazımdır. Lakin avropalıların erməni mallarını Avropa bazarına buraxmaqda maraqlı olub-olmaması barədə artıq deyilib. Əminəm ki, erməni biznesi erməni meyvə-tərəvəz və gül məhsullarının, erməni mineral sularının və erməni alkoqolunun Avropa bazarında satış perspektivlərini ayıq başla qiymətləndirir. Bu sahələrin işçiləri, eləcə də bu məhsulların daşıyıcıları da bu barədə düşünməlidirlər.

Kimsə informasiya-telekommunikasiya texnologiyalarının inkişafından danışır. Lakin data-mərkəzlərin tikintisi demək olar ki, iş yeri yaratmır, onların mənfəətindən vergi almağı bacarmaq isə ayrı bir sənətdir. Əvəzində məlumdur ki, data-mərkəzlərin mövcudluğu elektrik enerjisinin pərakəndə satış qiymətlərinin artmasına birbaşa təsir edir ki, bu da insanların və biznesin real həyatında əks olunacaq. Ermənistan bundan az şey qazanacaq, uzunmüddətli təsirlər isə daha çox mənfi olacaq. 2025-ci ilin ilkin yekunlarına görə, Rusiya ilə Ermənistan arasında qarşılıqlı ticarətin həcmi təxminən 6,4 milyard dollar təşkil edib. 2024-cü ilin yekunlarına görə isə bu göstərici 11,5 milyard dollar idi. 2024-cü ilin sentyabrında biz erməni həmkarlarımızın diqqətini ona çəkmişdik ki, onların Aİ-yə daxil olmaq istəkləri barədə söhbətləri rusiyalı sahibkarların Ermənistanla ticarətə münasibətinə mənfi təsir göstərir. Təkcə Aİ ilə yaxınlaşma barədə bu söhbətlər Rusiya-Ermənistan münasibətlərinə real 5,1 milyard dollara başa gəlib. Sizcə, Rusiya biznesi Ermənistandan sıxışdırılıb çıxarılarsa, rusiyalı sahibkarlar erməni biznesinin Rusiyadakı iştirakına necə reaksiya verəcəklər? Və sonra nə baş verəcək? Düşünürəm ki, nə Ermənistanda, nə də Rusiyada bu sualın cavabını öyrənmək istəmirlər, halbuki o, aydındır. Bizim üçün aydındır ki, CQDY konsessiyasının hər hansı üçüncü tərəfə satılması üçün heç bir obyektiv səbəb mövcud deyil. Bizdə sözə yox, əmələ görə mühakimə yürütmək qəbul olunub; əməllər isə deyir ki, əvvəlcə özəl elektrik enerjisi şirkətinə mülkiyyət hüququnu əlindən aldılar, indi isə dəmir yolu konsessiyası məsələsini qaldırdılar. Buna necə reaksiya verməli?”

Baş nazirin müavini Rusiya və Ermənistan arasında daha bir mübahisə mövzusu haqda Moskvanın mövqeyini açıqlayıb: “Hazırda söhbət fəaliyyətdə olan AES-in istismar müddətinin uzadılmasından və gələcəkdə yeni enerji bloklarının tikintisindən gedir. Əminik ki, əgər seçim dürüst olarsa, Rusiya atomçularının rəqibi yoxdur. Rusiya bu gün dünyanın 9 ölkəsində 127 milyard dollar sifariş həcmi ilə 26 böyük güclü və 2 kiçik güclü enerji blokunun tikintisini həyata keçirir. Bu, ölkəmizin tayı-bərabəri olmadığı çox böyük beynəlxalq biznesdir. Hazırda stansiya 2026-cı ilin payızına qədər işləyir, lakin onun 2031-ci ilin payızına qədər uzadılması üçün hazırlıq işləri başa çatmaqdadır. Bu ediləcək. Onun işini 2036-cı ilə qədər uzatmaq üçün isə müəyyən şərtlər yerinə yetirilməlidir. "Rosatom"un məsuliyyət zonasında işlərin təxminən üçdə biri var. Hər şey dəqiq və vaxtında yerinə yetirilir. Ermənistanın Avropa inkişaf vektoru çərçivəsində, uzadılma üzrə podrat işlərinin böyük hissəsi seysmik təhlükəli zonalarda iş təcrübəsi olmayan və stansiyanın baş konstruktoru ilə koordinasiyaya özlərini yormayan Qərb podratçılarına verilir. Razılaşın ki, siyasi motivli qərarlar texnologiyalara və nəticə etibarilə atom enerjisi istehsalının təhlükəsizliyinə təsir etməyə başlayanda, burada hamının düşünməli olduğu bir şey var. Biz anlayırıq ki, əgər cari ilin sonuna qədər yeni stansiyanın tikintisi barədə qərarlar qəbul edilməzsə, yaxın gələcəkdə elə bir vəziyyət yarana bilər ki, Metsamor AES bağlanacaq, yeni stansiya isə hələ tikilməmiş olacaq. Biz həmçinin tam əminik ki, Ermənistana lazım olan texnologiyalar yalnız Rusiyadadır.

Bir şeyin deyilməsi, reallığın isə tam başqa olması ilə bağlı problem var. Ermənistan üçün və bəlkə də qonşuları üçün bu, uzunmüddətli mənfi nəticələrə səbəb olacaq. Çox güman ki, ölkədəki enerji kəsiri idxal hesabına ödəniləcək ki, bu da istehlakçılar üçün həmişə baha başa gəlir. Həmçinin bərpa olunan mənbələrdən generasiyanı işə salacaqlar, lakin bu da problemin həlli deyil”.

Aleksey Overçuk müsahibənin yekununda Paşinyan hökumətinə konkret mesajlar verib: “Faktları qiymətləndirərək anlayırıq ki, əgər Ermənistan rəhbərliyi tərəfindən Rusiyanın işgüzar iştirakının arzuolunmazlığı məsələsi qaldırılırsa, onda qarşılıqlılıq məsələsi də yaranır. Hesab edirik ki, erməni sahibkarlar birliyi bunu bilməlidir. Biz belə bir ssenarinin reallaşmasını istəyirikmi? Xeyr, istəmirik. Bizim uzunmüddətli maraqlarımız ümumi tarix və ümumi sivilizasiya məkanı ilə bağlı olduğumuz bütün avrasiyalı qonşularımızın dayanıqlı, firavan, dinc və təhlükəsiz inkişafındadır. Lakin vəziyyət fərqli olduğu halda, diplomatik şəkildə hər şeyin həmişəki kimi olduğunu süni şəkildə göstərməyəcəyik”.

Rasim Əliyev

“AzPolitika.info”


AD




Oxunub: 2 539
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 18:12 | 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
    Dünən, 18:09 | Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
    Dünən, 18:08 | Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
    Dünən, 18:06 | Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
    Dünən, 17:26 | Keçmiş icra başçısı Rusiyada vəfat etdi
    Dünən, 15:55 | 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
    Dünən, 14:22 | Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
    Dünən, 14:12 | Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
    Dünən, 13:45 | Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
    Dünən, 13:44 | Dövlət başçısından daha bir SƏRƏNCAM
    Dünən, 13:42 | Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
    Dünən, 13:23 | YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
    Dünən, 13:21 | Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
    Dünən, 13:10 | Qarabağ qazisi vəfat etdi
    Dünən, 12:57 | Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
    Dünən, 12:54 | Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
    Dünən, 12:50 | İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
    Dünən, 12:45 | Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
    Dünən, 12:43 | EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
    Dünən, 12:40 | U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
    Dünən, 12:34 | Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
    Dünən, 12:32 | Tibb xidməti leytenantı Adil Əfəndiyevin əziz xatirəsi ehtiramla anıldı
    Dünən, 11:50 | 14 İCRA HAKİMİYYƏTİNDƏ MİLYONLUQ YEYİNTİLƏR – Vəsaitlər necə mənimsənilib?
    Dünən, 11:42 | İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi
    Dünən, 11:38 | BŞİH: Ağacların kəsilməsində qayda pozuntusuna yol verən əməkdaş işdən azad edilib
    Dünən, 10:01 | Bakıda deputatın oğlunun da olduğu cinayətkar birliyin fəaliyyəti ilə bağlı RƏSMİ MƏLUMAT
    Dünən, 09:27 | Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video
    Dünən, 09:24 | Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
    Dünən, 09:19 | Qubadlı əməliyyatının az bilinən detalları: Xanlıqda nə baş verib? - Video
    Dünən, 09:14 | Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Dünən, 09:07 | Məktəb dərsliklərində plagiat iddiası: Nazirlikdən açıqlama - Video
    Dünən, 09:05 | Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştat boş qalıb? - Video
    Dünən, 09:01 | Netanyahu İrandan danışdı, nüvə partlayışını əks etdirən görüntü paylaşdı - Foto
    25-10-2026, 20:08 | "Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
    25-10-2026, 16:33 | Ukraynadan Rusiya ordusuna ağır zərbə
    25-10-2026, 14:56 | Altı il öncə bu gün – 25 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR
    25-10-2026, 14:34 | Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir
    25-10-2026, 13:43 | Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı
    24-10-2026, 22:36 | “Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
    24-10-2026, 22:34 | Millimizdən dünya çempionatında böyükhesablı qələbə
    24-10-2026, 21:48 | Bəzi tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək
    24-10-2026, 21:37 | Məşhurlar ən çox bu kokteyli içir
    24-10-2026, 21:34 | Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?
    24-10-2026, 21:30 | Çay içənlərə XƏBƏRDARLIQ
    24-10-2026, 21:25 | 10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı"
    24-10-2026, 21:20 | Zeytun Festivalının açılışı olub - Foto
    24-10-2026, 20:55 | “Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə
    24-10-2026, 20:30 | Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəldi
    24-10-2026, 20:27 | U-15 DÇ: İlham Əliyev millinin oyununu izləyir
    24-10-2026, 20:26 | Qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.