Mediaxeberleri.az
    
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)
    "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)

Son xəbərlər :
  • Fransada tələbələrin etirazları böyüyür: Yeddi min nəfər saxlanıldı
  • Çempionlar Liqası: “Sabah” “Slaviya”nı məğlub etdi
  • Qərbi Azərbaycanın Ərəfsə kəndi: Tarixi mənbələr nəyi üzə çıxarır? - Foto/Video
  • Azərbaycan ideoloji məkanı Türkiyənin "5-ci kolon"undan nə zaman təmizlənəcək?
  • Azərbaycanda bu qəzalı körpü bərpa ediləcək
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
  • Çox içki içənlərin bədəni niyə ağrıyır?
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • Hakan Fidan və Abbas Əraqçi telefonla danışdı
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • Nizami Cəfərov: 10 yaşlı uşaq nə bilir hicab nədir? Bu, valideyn təzyiqidir!
  • “Sabah” – “Slaviya” matçı üçün nəqliyyat planı açıqlandı: Azarkeşlərə vacib xəbərdarlıq
  • Azərbaycanda əhalinin borc yükü artdı
  • Silahla rəftarı bacarmayan erməni hərbçi özünü vurdu
  • Röya: “Qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz: susmamalı, mövqeyimizi ortaya qoymalıyıq”
  • Yetim gəlinin istəyi ölkəni hərəkətə gətirdi: tarixin ən dəbdəbəli toyu keçirildi - VİDEO
  • Mərkəzi Banka yeni səlahiyyət verilir
  • Moskva ilə İrəvan arasında QIRILMA: Əsas mübarizə nəyə görədir?
  • Şövkət Mirziyayev Azərbaycana gəlir
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Bakıdan İrəvana ilk ixrac: Azərbaycan sülhü praktiki müstəviyə daşıyır

  • Tarix: 18-12-2025, 19:33

Azərbaycandan Ermənistana neft məhsullarının ixracına strat verildi. Baş nazirin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın noyabrın 28-də Qəbədələ əldə etdiyi razılaşmaya əsasən, SOCAR tərəfindən istehsal edilmiş Aİ-95 markalı 22 vaqon benzin İrəvana yola salınıb. Bu, sülh prosesində xüsusi əhəmiyyət kəsb edir.

Birincisi, Azərbaycan və Ermənistan arasında neft məhsullarının ixracı ilə bağlı razılaşma sülh prosesinin praktiki müstəviyə daşınmasıdır.


Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycanın təşəbbüsü ilə başlanan sülh danışıqlarında müəyyən razılaşmalar əldə edilsə də, prosesin praktiki müstəviyə keçməməsi sülh perspektivlərinə şübhələr yaradırdı. Vaşinqtonda əldə olunan razılaşmalara da belə yanaşma mövcud idi. Sülh təşəbbüsünün müəllifi olan Prezident İlham Əliyev oktyabrda işğal dövründən bəri Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması haqda qərar imzalamaqla prosesi praktiki müstəviyə daşıdı. Bu gün Azərbaycandan Ermənistana ilk ixracın həyata keçirilməsi sülh gündəliyinin perspektivləri baxımından tarixi əhəmiyyət daşıyır.

İkincisi, bu addım Azərbaycan və Ermənistan arasına etimad quruculuğuna mühüm töhfə verir.

Sülhün davamlı və dayanıqlı olmasını şərtləndirən əsas amil iki xalq arasında etimad mühitinin yaradılmasıdır. 30 illik müharibə dövrü və düşmənçilik bu məsələdə ciddi çətinliklər yaradıb və belə görünür ki, vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri etimadın qurulması üçün kifayət etməyə bilər. Bu kontekstdə neft məhsullarının ixracı – Azərbaycan və Ermənistan arasında iqtisadi-ticarət əlaqələrinin yaradılması düşmənçiliyin arxa fona keçməsində əhəmiyyətli rol oynayacaq, çünki dövlətlər arasında iqtisadi əlaqələr həm də cəmiyyətlərin yaxınlaşması, qarşılıqlı ticarətin yaranması deməkdir.

Üçüncüsü, burada Azərbaycan və Ermənistanın iqtisadi-ticarət əlaqələrinin hər iki ölkəyə və regiona verəcəyi siyasi-iqtisadi divident önəmlidir.

Azərbaycan Ermənistanın timsalında yeni bazar qazanır. Nəzərə almaq lazımdır ki, neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılacaq. Bu, Azərbaycan üçün iqtisadi gəlir gətirəcək. Eyni zamanda, ikitərəfli ticarət əlaqələrinin qurulması ilə siyasi yaxınlaşma güclənəcək ki, sülh prosesinin tamamlanması üçün bu, vacib elementdir.

Azərbaycandan neft məhsullarını idxal etmək Ermənistana ilk növbədə enerji təhlükəsizliyini şaxələndirmək imkanı verir və məhdud mənbələrdən asılılığını azaldır. Və bu, həm də rəsmi İrəvanın daha müstəqil siyasət yürütmək perspektivlərini gücləndirir.

Bakı-İrəvan xəttində iqtisadi-ticarət əlaqələrinin yaranması həm də regionda yeni reallıqlara və sülh perspektivlərinə qarşı təhdidləri də aradan qaldırmaq imkanı yaradır. Bölgədə sülh prosesinə qarşı olan qüvvələr iqtisadi müstəvidəki rıçaqlarından da istifadə edir, xüsusilə Ermənistanın məhdud enerji mənbələrindən asılı olması belə riskləri artırır. Azərbaycanın Ermənistanın enerji bazarına daxil olması iki ölkənin regional sülhü ikitərəfli formatda inşa etmək planları fonunda da vacibdir.

Azərbaycanın Ermənistana ilk ixracatının yaratdığı siyasi və iqtisadi perspektivlər Zəngəzur dəhlizinin açılmasının regiona gətirəcəyi dividentləri ön plana çıxarır. Dəhliz layihəsinin reallaşmasından sonra bütövlükdə regionun nəqliyyat-tranzit potensialı güclənəcək və təkcə Azərbaycanla Ermənistan yox, region ölkələrinin hər biri bundan yararlanacaq. Dəhlizin həm də regional nəqliyyat xətlərində rəqabəti də gücləndircəyi gözlənilir. Hərçənd, bu rəqabət problemlər yox, inkişaf vəd edir, xüsusilə bölgədə nəqliyyat infrastrukturunun zəngiləşməsi fonunda.

Bu rəqabətə hazırlaşmalı ölkələrdən biri Gürcüstandır. Çünki münaqişə dövründə Ermənistanla kommunikasiya əlaqələrinin bağlanması Gürcüstanı regionun əsas tranzitinə çevirmişdi. Zəngəzur dəhlizinin açılması Ermənistan üçün regional tranzit imkanlarından pay əldə etmək imkanı yaradır, hərçənd, bu, Gürcüstanın tranzit potensialını zəiflətməyəcək. Əksinə bölgədə Gürcüstanla yanaşı, Ermənstandan keçən marşrutların işə düşməsi Cənubi Qafqazı Avrasiyanın nəqluyyat arteriyasına çevirə bilər. Belə bir perspektiv regionun hər üç ölkəsi – Azərbaycan, Gürcüstan və Ermənistan üçün yalnız müsbət perspektivlər vəd edir.

Gürcüstan Azərbaycan və Ermənistanın iqtisadi-ticarət əlaqələrinin inkişafına mühüm töhfə verə bilər. Gürcüstanın baş naziri bu ölkə ərazisindən Ermənistana neft məhsullarının ixracı ilə bağlı rüsumun ödənilməməsi qərarını verib. Bu, olduqca müsbət addımdır. Bu qərarın qüvvədə qalması və növbəti mərhələləri də əhatə etməsi, regional iqtisadi əlaqələrin güclənməsi imkanlarını artıra bilər. Təbii ki, regional əlaqələri güclənməsi həm bölgədəki sülh prosesinə töhfə verəcək, həm də Gürcüstan üçün də yeni iqtisadi perspektivlər aça bilər.

Asif Nərimanlı 


Oxunub: 1 470
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 22:49 | Fransada tələbələrin etirazları böyüyür: Yeddi min nəfər saxlanıldı
    Bu gün, 22:40 | Çempionlar Liqası: “Sabah” “Slaviya”nı məğlub etdi
    Bu gün, 22:15 | Qərbi Azərbaycanın Ərəfsə kəndi: Tarixi mənbələr nəyi üzə çıxarır? - Foto/Video
    Bu gün, 21:03 | Azərbaycan ideoloji məkanı Türkiyənin "5-ci kolon"undan nə zaman təmizlənəcək?
    Bu gün, 20:57 | Azərbaycanda bu qəzalı körpü bərpa ediləcək
    Bu gün, 20:25 | Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Bu gün, 20:21 | Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
    Bu gün, 20:14 | Çox içki içənlərin bədəni niyə ağrıyır?
    Bu gün, 20:04 | “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    Bu gün, 19:59 | Hakan Fidan və Abbas Əraqçi telefonla danışdı
    Bu gün, 19:57 | Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Bu gün, 19:49 | Nizami Cəfərov: 10 yaşlı uşaq nə bilir hicab nədir? Bu, valideyn təzyiqidir!
    Bu gün, 19:45 | “Sabah” – “Slaviya” matçı üçün nəqliyyat planı açıqlandı: Azarkeşlərə vacib xəbərdarlıq
    Bu gün, 19:35 | Azərbaycanda əhalinin borc yükü artdı
    Bu gün, 19:22 | Silahla rəftarı bacarmayan erməni hərbçi özünü vurdu
    Bu gün, 19:19 | Röya: “Qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz: susmamalı, mövqeyimizi ortaya qoymalıyıq”
    Bu gün, 19:13 | Yetim gəlinin istəyi ölkəni hərəkətə gətirdi: tarixin ən dəbdəbəli toyu keçirildi - VİDEO
    Bu gün, 19:07 | Mərkəzi Banka yeni səlahiyyət verilir
    Bu gün, 19:05 | Moskva ilə İrəvan arasında QIRILMA: Əsas mübarizə nəyə görədir?
    Bu gün, 18:31 | Şövkət Mirziyayev Azərbaycana gəlir
    Bu gün, 16:40 | Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Bu gün, 16:18 | Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edildi
    Bu gün, 15:59 | Rusiyada Mərkəzi Asiya qazını Avropaya nəql edən kəmərdə partlayış baş verib
    Bu gün, 15:58 | Bakıda qadın məsləhətxanaları təmir edilir – 700 mindən artıq vəsait sərf olunacaq
    Bu gün, 15:56 | Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - Hadisə anı - VİDEO
    Bu gün, 14:09 | AKP-yə yaxın resurslarda Azərbaycana qarşı qərəz...
    Bu gün, 13:49 | Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən gənc öldü
    Bu gün, 13:47 | Bakıda məktəbi yandırmaq istəyən 6 nəfər saxlanıldı
    Bu gün, 13:26 | ABŞ və Avropa Ukrayna üçün yeni gizli sülh planı hazırlayır - Detallar
    Bu gün, 13:19 | "İmişli" baş məşqçisi ilə niyə qəfil vidalaşdı? - Səbəb məlum oldu
    Bu gün, 13:14 | Rusiya bir gecədə bu qədər PUA vurdu
    Bu gün, 13:12 | Baş nazir sudan ödənişli istifadə ilə bağlı qərar imzalayıb
    Bu gün, 13:07 | Saakaşvili Azərbaycanı dəstəklədi, İranı ittiham etdi: “Cəsarətli addımdır!”
    Bu gün, 13:01 | “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” - ETİRAZ
    Bu gün, 12:55 | Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
    Bu gün, 12:51 | Sabahın havası açıqlandı
    Bu gün, 12:42 | Hicab və məktəbli forması ilə bağlı müzakirələr - Filosofdan milli dəyərlər və təhsil mesajı
    Bu gün, 12:37 | Azərbaycanda avtomobil istehsalı artıb - Foto
    Bu gün, 12:09 | Azərbaycan neftinin qiyməti 131 dolları keçdi
    Bu gün, 12:07 | Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
    Bu gün, 12:03 | Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir
    Bu gün, 12:00 | "Azərbaycanla sülh “təməl daşı” olacaq" - Paşinyan
    Bu gün, 11:58 | Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı
    Bu gün, 11:54 | "Putin Zelenskidən daha çox sülh sazişi bağlamaq istəyir" - Donald Tramp
    Bu gün, 11:47 | İlham Əliyevin Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub - Foto
    Bu gün, 11:41 | Aqil Babayevin anasından prezidentə müraciət: “Son ümidimiz Sizədir!”
    Bu gün, 11:02 | Məleykə Abbaszadə bu il 600-dən yuxarı bal toplayanların sayını açıqladı
    Bu gün, 10:53 | Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
    Bu gün, 10:40 | Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları
    Bu gün, 08:36 | Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.