Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
    Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO

Son xəbərlər :
  • Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
  • Palata Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyətini audit edib
  • 14 rayonda yol təmirində yeyinti: Milyon manatdan çox vəsait büdcəyə qaytarıldı
  • Masallıda bələdiyyə sədri ağacları qanunsuz kəsməkdə ittiham olundu - FOTO
  • Amid Ağakişiyev yeniyetmələr arasında Dünya Kubokunda gümüş medal qazanıb
  • "Bombaların Anası" gündəmdə: ABŞ və İsrail İrana qarşı daha dağıdıcı əməliyyatlara hazırlaşır?
  • Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı
  • Qazaxda TIR yanıb - FOTO
  • Bu rayonlarda ağaclar qanunsuz kəsilib - 40 min manatdan çox ziyan var
  • Hərbi xidmətlə bağlı yeni qanuna ehtiyac varmı?
  • Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
  • Benzin və dizel mühərrikli maşınlarla vidalaşırıq: Elektromobillərə necə keçəcəyik?
  • Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama: Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
  • Azərbaycanda bu mənzillər bahalaşacaq
  • Kredit götürənlərin diqqətinə: Borc bataqlığına düşməmək üçün bu qaydanı bilin!
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bir sıra fənlərin proqramları təsdiqləndi
  • Sərnişinləri yarı yolda qoyan tiktoker sürücünün qalmaqalının səbəbi bilindi - Video
  • Azərbaycan Gürcüstanın əsas soğan tədarükçüsüdür: 8 ayda 25 min tondan çox məhsul ixrac edilib
  • Azərbaycanla Qırğızıstan arasında daha bir saziş təsdiqlənib
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

VƏZİFƏDƏ OLARKƏN ÖLƏN MƏMURLAR - Virus, dəm qazı, qəza... + FOTOLAR

  • Tarix: 7-06-2025, 12:15

İstər ölkəmizdə, istərsə də dünyada vəzifəli şəxslərin həyatı hər zaman diqqət mərkəzində olub – onların uğurları, istefaları, şəxsi seçimləri və bəzən də qəfil gedişləri. Bu da yarımçıq planlar, masa üzərində açıq qalmış sənədlər və geridə qalan xatirələr deməkdir...

Azərbaycanda bir sıra dövlət məmurları-nazirlər və müavinləri, rektorlar, eyni zamanda millət vəkilləri vəzifəsini icra etdiyi müddətdə vəfat ediblər.

“Qafqazinfo” vəzifədə olarkən gözlərini həyata əbədi yuman məmurlarla bağlı yazı hazırlayıb. Həmin yazını təqdim edirik:

Onlardan biri 2006-2021-ci illərdə gənclər və idman naziri olan Azad Rəhimovdur. Sabiq nazir 2021-ci ilin 30 aprelində 56 yaşında ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə aldığı Nyu-York xəstəxanasında vəfat edib. A.Rəhimov həmin ilin 2 mayında İkinci Fəxri Xiyabanda dəfn olunub.


12 il energetika naziri (indiki adı ilə) işləyən Natiq Əliyev də 69 yaşında xidmət başında dünyasını dəyişib. O bu vəzifəni 2005-2017-ci illər arasında icra edib. Mərhum nazirin ölüm səbəbi ürək çatışmazlığı olub. O da İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

2006-2018-ci illərdə müdafiə sənayesi naziri olan 68 yaşlı Yavər Camalov da digər iki həmkarı kimi vəzifədə ikən ölüb. Eks-məmur 23 iyun 2018-ci ildə İsraildə xəstəliyi səbəbilə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. O, iyunun 24-də Şüvəlan qəbirstanlığında dəfn olunub.

23 il maliyyə nazirinin birinci müavini kimi çalışan İlqar Fəti-zadə isə 2022-ci ilin 14 aprel tarixində uzunsürən xəstəlik səbəbilə 66 yaşında dünyasını dəyişib. İ.Fəti-zadə 1999-2006-cı illərdə Əvəz Ələkbərovun, 2006-cı ildən vəfat etdiyi tarixə qədər isə Samir Şərifovun müavini işləyib.

1999-2018-ci illərdə səhiyyə naziri Oqtay Şirəliyevin müavini olan Abbas Vəlibəyov 71 yaşında həyata gözlərini yumub. O, 2018-ci il aprelin 9-da qəfil ürəktutmadan ölüb.

Bir vaxtlar fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini işləyən general-leytenant Nazim Məmmədov da vəzifə müddətində dünyadan köçüb. O, bu vəzifəni 2018-2022-ci illərdə icra edib. N.Məmmədov ömrünün 70-ci ilində koronavirusdan vəfat edib.

Cəmi 1 il Ağsunun icra başçısı ola bilən Vahid Tağıyev də pandemiya qurbanlarından olub. Koronavirusdan vəfat edən mərhum 2019-2020-ci illərdə sözügedən vəzifəni icra edib. Sabiq icra başçısı 59 yaşında həyatla vidalaşıb.

Naftalanın sabiq icra başçısı Rövşən İbrahimov da həmkarı Vahid Tağıyev kimi cəmi 1 il (2018-2019-cu illərdə) vəzifədə qalıb. Onun meyiti yaşadığı evdən tapılıb. İlkin məlumatda eks-məmurun ürəktutmadan öldüyü deyilsə də, sonradan dəm qazından boğulduğu məlum olub. Həmin vaxt mətbuata açıqlama verən mərhumun köməkçisi Yavər Aslanov isə bu versiyanın da ehtimal olduğunu, ekspertizanın rəyini gözlədiklərini qeyd edib.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Köçərli Həsənov da vəzifədə ikən ölən məmurlar arasındadır. O, 2024-cü ilin sentyabrında 63 yaşında Türkiyədəki xəstəxanada ürək əməliyyatından sonra həyatını itirib. K.Həsənov uzun illər “Azərsu” ASC-nin sədr müavini vəzifəsində çalışıb, ötən ilin yayından etibarən isə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nə sədr vəzifəsini icra edib.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) yarandığı tarixdən- 1998-ci ildən agentliyin baş direktoru olan Nazim İsmayılov da xidməti zamanı dünyadan köçüb. O, 2014-cü ildə uzunsürən xəstəlikdən sonra vəfat edib.

2007-2018-ci illərdə Şəhərsalma və Arxitektura Komitəsinin sədri olan Abbas Ələsgərov da səlahiyyəti müddətində ölüb. O, 81 yaşında ürəktutmadan vəfat edib.

Cəmi 2 ay Naxçıvanın Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsində çalışan Əkrəm Hüseynzadə 41 yaşında ağır xəstəlik səbəbilə dünyadan köçüb. Belə ki, o, 2024-cü il iyulun 31-də Naxçıvan MSK-nın sədri təyin olunub və həmin ilin 8 oktyabr tarixində vəfat edib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə vəzifədə olarkən dünyasını dəyişib. Geoloq 2023-cü ildə 93 yaşında vəfat edib. O, 1994 – 2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti, 2004 – 2016-cı illərdə Dövlət Neft Şirkətinin geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, 2016-cı ildən isə SOCAR-ın birinci vitse-prezidenti idi.

2001-2013-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti olan Mahmud Kərimov da vəzifə başında həyatla vidalaşanlar arasındadır. Respublikada fizika elminin inkişafına qiymətli töhfələr vermiş Mahmud Kərimov zəngin elmi fəaliyyəti ilə radiasiya fizikası və informatika sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynayıb. “Şöhrət” Ordenli alim 2013-cü ildə Bakıda vəfat edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev də vəzifədə olan zaman dünyasını dəyişib. M.Nəbiyev 2022-ci ildə həyata gözlərini yumub. Qeyd edək ki, o, 2000-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri postunda çalışıb.

Səlahiyyəti müddətində vəfat edən vəzifəlilər arasında rektorlar da var:

2015-2019-cu illərdə Dövlət Dəniz Akademiyasının rektoru olan Çingiz Əliyev 56 yaşında xərçəng xəstəliyindən ölüb.

1997-2015-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki ADNSU) rektoru olan Siyavuş Qarayev 72 yaşında vəfat edib. O, uzunsürən xəstəlik səbəbilə həyatla vidalaşıb.

Milli Məclisin deputatlarından da seçildiyi müddətdə dünyadan köçənlər az deyil:

VI çağırış Milli Məclisin deputatı Fəttah Heydərov pandemiya ərəfəsində - 2020-ci ilin avqustunda həyatla vidalaşıb. 82 yaşlı millət vəkili uzunsürən xəstəlikdən əziyyət çəkib.

75 yaşlı Madər Musayev 2023-cü ilin 14 iyulunda ağciyər və böyrək çatışmazlığından dünyasını dəyişib. O da VI çağırışda millət vəkili olub.

VI çağırışda deputat olan Qənirə Paşayeva isə naməlum mənşəli hipotonik vəziyyət diaqnozu ilə 2023-cü ilin 23 sentyabrında xəstəxanaya yerləşdirilib. 48 yaşlı deputat 5 gün sonra orada vəfat edib.

III, IV və V çağırış Milli Məclisin deputatı olan Astan Şahverdiyev 2018-ci ildə 71 yaşında vəfat edib. O da ürəktutmadan ölən vəzifəlilər arasındadır.

III və IV çağırış deputatı Hikmət Atayev isə 60 yaşında vəfat edib. O, idarə etdiyi avtomobilin başqa bir maşınla toqquşması nəticəsində 2013-cü ildə hadisə yerində dünyasını dəyişib.



Oxunub: 726
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 20:27 | Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
    Bu gün, 20:24 | Palata Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyətini audit edib
    Bu gün, 20:19 | 14 rayonda yol təmirində yeyinti: Milyon manatdan çox vəsait büdcəyə qaytarıldı
    Bu gün, 20:17 | Masallıda bələdiyyə sədri ağacları qanunsuz kəsməkdə ittiham olundu - FOTO
    Bu gün, 20:05 | Amid Ağakişiyev yeniyetmələr arasında Dünya Kubokunda gümüş medal qazanıb
    Bu gün, 18:49 | "Bombaların Anası" gündəmdə: ABŞ və İsrail İrana qarşı daha dağıdıcı əməliyyatlara hazırlaşır?
    Bu gün, 18:41 | Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı
    Bu gün, 18:11 | Qazaxda TIR yanıb - FOTO
    Bu gün, 18:08 | Bu rayonlarda ağaclar qanunsuz kəsilib - 40 min manatdan çox ziyan var
    Bu gün, 18:06 | Hərbi xidmətlə bağlı yeni qanuna ehtiyac varmı?
    Bu gün, 18:04 | Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
    Bu gün, 18:00 | Benzin və dizel mühərrikli maşınlarla vidalaşırıq: Elektromobillərə necə keçəcəyik?
    Bu gün, 17:58 | Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama: Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
    Bu gün, 17:35 | Azərbaycanda bu mənzillər bahalaşacaq
    Bu gün, 17:31 | Kredit götürənlərin diqqətinə: Borc bataqlığına düşməmək üçün bu qaydanı bilin!
    Bu gün, 17:26 | “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    Bu gün, 17:24 | Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bir sıra fənlərin proqramları təsdiqləndi
    Bu gün, 17:17 | Sərnişinləri yarı yolda qoyan tiktoker sürücünün qalmaqalının səbəbi bilindi - Video
    Bu gün, 17:15 | Azərbaycan Gürcüstanın əsas soğan tədarükçüsüdür: 8 ayda 25 min tondan çox məhsul ixrac edilib
    Bu gün, 17:10 | Azərbaycanla Qırğızıstan arasında daha bir saziş təsdiqlənib
    Bu gün, 16:59 | Gərginlikdən əməkdaşlığa: Hindistan da Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir
    Bu gün, 16:55 | Moskva səması yenə bağlıdır - Uçuşlar dayanıb
    Bu gün, 16:54 | “AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı
    Bu gün, 16:40 | Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? - Video
    Bu gün, 16:02 | Əli Kərimlinin işi məhkəməyə göndərildi
    Bu gün, 15:50 | Xarici ölkə vətəndaşlarının tapşırıqlarını yerinə yetirənlər ələ keçdilər - Əməliyyatın videosu
    Bu gün, 14:08 | Atalıqdan məhrum edilənlər də aliment ödəməyə borcludur - HÜQUQŞÜNAS
    Bu gün, 14:04 | Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu
    Bu gün, 14:02 | Elm sahəsinə əlavə milyonlar ayrılacaq
    Bu gün, 13:41 | Bulvarda təhlükəli anlar: Dənizə düşən şəxs xilas edildi - Anbaan video
    Bu gün, 13:37 | Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Bu gün, 13:32 | “UKRAYNA İLƏ RAZILIĞA GƏLƏ BİLƏRİK...” - Kremllə Trampın son bəyanatları və reallıq
    Bu gün, 13:19 | 76 yaşlı nənə keçmiş ərini və məşuqəsini öldürdü - FOTO
    Bu gün, 13:16 | Gömrükdən büdcəyə daxilolmalar artırılır - Nə qədər olacaq?
    Bu gün, 13:11 | Vaxt daralır, çarə tükənir: Paşinyan altı deputatı haradan tapacaq?
    Bu gün, 13:09 | Ölümündən əvvəl özünə başdaşı sifariş edibmiş...
    Bu gün, 13:04 | Şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq
    Bu gün, 13:02 | Azərbaycanda məhkəmələrə ayrılan vəsait artır, hüquq-mühafizə xərcləri azalır
    Bu gün, 12:48 | Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Bu gün, 12:40 | KOLLECLƏRİN LƏĞVİ GÜNDƏMDƏ... – Məzunlar niyə iş tapa bilmir?
    Bu gün, 12:37 | İbad Hüseynov Gürcüstanda niyə saxlanılıb? - Səfirlik
    Bu gün, 12:33 | Bələdiyyə sədri icra başçısının müavini oldu
    Bu gün, 12:27 | Korrupsiya əməliyyatında tutulmuşdular - 1 həftəyə azadlığa çıxırlar
    Bu gün, 12:25 | Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatında rekord artım - Rəqəmlər
    Bu gün, 11:56 | Yeni icra başçısı kollektivə təqdim edildi - Foto
    Bu gün, 08:11 | Bu gün yağış yağacaq - PROQNOZ
    Bu gün, 08:07 | Misli Premyer Liqasının IX turuna iki qarşılaşma ilə start verilir
    Bu gün, 08:01 | KTMT-nin baş katibi: Ermənistan faktiki olaraq təşkilatdan çıxıb
    Bu gün, 02:04 | Azərbaycanın Milli Qəhrəmanı komaya düşdü
    Bu gün, 00:58 | Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.