Mediaxeberleri.az
    
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)
    "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)

Son xəbərlər :
  • Sosial şəbəkələrin gizli tələsi
  • Media və Yayım Şurası çağırış edib: Vahid məktəbli forması ətrafında koordinasiyalı informasiya hücumu müşahidə olunur
  • Hacı İsmayılov: “Başı örtülü, hicabla məktəbə gəlməyi heç cürə qəbul etmək olmaz”
  • Mirsalam Səmədov vəzifəsindən azad olundu - Yeni təyinat - FOTO
  • Şəhid İlkin Bayramovun anası vəfat edib
  • Evdə yanğın oldu: bir nəfərin meyiti tapıldı
  • Soydaşımız peşəkar rinqdə növbəti qələbəsini qazandı
  • Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı - FOTO
  • Məktəb ideoloji savaşın deyil, düşüncənin və gələcəyin məkanıdır
  • Fazil Mustafa: “Sosial mediada İrançılığın açıq təbliğatını aparan böyük bir şəbəkə var”
  • Bu sahədə çalışanlar 4 min manatdan çox maaş alır
  • Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
  • Məktəbin qabağında dini şüarlar səsləndirdilər
  • Nazirlikdən pensiya artımları ilə bağlı AÇIQLAMA
  • İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adı açıqlandı
  • Azərbaycan 2-ci Liqası: “Ağstafa Gəncləri” doğma meydanda məğlub oldu - VİDEO
  • 18 yaşlı oğlan tələbə yoldaşını bıçaqladı
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır
  • Sabah yağış yağacaq
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qarabağda nə baş verdi? Rusiya niyə geri çəkildi?

  • Tarix: 25-09-2023, 08:14

Antiterror tədbirlərindən sonra Xankəndiyə doğru – suverenliyimizin tam bərpası istiqamətində addım-addım yaxınlaşdığımız fonunda açıq qalan suallar var:

- 44 günlük müharibədən sonra Bakının Xankəndiyə irəliləməsinin qarşısını alan Rusiya niyə neytral mövqe sərgilədi, hətta antiterror tədbirlərini açıq şəkildə dəstəklədi?

- Üç il sonra geri çəkilən Moskvanın planı nədir, arxa fonda görə bilmədiyimiz oyun varmı?

Bu suallar müzakirələrə səbəb olur və 24 saatlıq məcburetmə tədbirlərinə dair ehtimallara yol açır.

Və müəyyən versiyaları da ön plana çıxarır, hərçənd, bu versiyaların güclü tərəfləri ilə müqayisədə zəif tərəfləri daha çoxdur.

Birinci versiya: Rusiya Bakıya irəliləmək şəraiti yaradır, əvəzində 2025-ci ildən sonra da Qarabağda qalmağa nail olur;

Üç amil bu ehtimalı zəiflədir:

1. Bunun üçün nəzarət traektoriyasının bu qədər daralmasına razı olmaz;

2. Erməni əhalisinin Ermənistana köçməsinin qarşısını alar;

3. Separatçıların mövcudluğunu hansısa formada saxlamağa, eyni zamanda, lazım olanda “müqavimət” göstərə bilmələri üçün silahlı dəstələri müəyyən qədər də olsa, qorumağa çalışar;

İkinsi versiya: nəzarət traektoriyasını daraltsa da, əvəzində sülhməramlıların mandatını rəsmiləşdirir və uzun müddətə qalır;

Sülhməramlıların bölgədə qalma müddəti 10 noyabr anlaşmasında təsbit olunub və qeyd olunur ki, sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən (Azərbaycan və Ermənistan) hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

Antiterror tədbirlərindən sonra Qarabağda yeni vəziyyət yaranıb və 10 noyabr razılaşmasının bu bəndi qüvvədən düşmüş hesab edilə bilər. Çünki tərəflərdən birinin – Ermənistanın artıq prosesdə iştirakı yoxdur. Bu halda sülhməramlıların bölgədə qalması və mandat məsələsi Bakı və Moskva arasında həll ediləcək. Ki, bu, Rusiyanın sülhməramlıların saxlanılması məqsədilə Ermənistan üzərindən manevr imkanlarını sıradan çıxarır, eyni zamanda, Bakının qərarvermə gücünü artırır. Moskva istəyinə nail olmaq üçün Bakıya təzyiq edə bilər, hərçənd, Qarabağ məsələsində güc balansı ikinin birədir: Moskva Bakı-Ankara qarşısında təkdir və Ankara Bakıya təzyiqin önündə qalxan rolunu oynayır, Türkiyə də sülhməramlıların 2025-ci ildən sonra bölgədə qalmamasına dair mövqeyini Ərdoğan səviyyəsində elan edib;

Üçüncüsü, Rusiya nəzarət traektoriyasını Xankəndiyə qədər daraldır və Azərbaycan ərazisində hərbi bazasının olmasını istəyir;

- Rəsmi Bakı ölkə ərazisində digər ölkənin hərbi bazasının olması fikrini yaxın buraxmır, xüsusilə çoxvektorlu siyasi xətti bunu qeyri-məqbul edir;

- Azərbaycanın əsas və rəsmi müttəfiqi Türkiyədir, əgər ölkə ərazisində hərbi bazanın olması zərurəti qaçılmaz olarsa, bu, Türkiyənin bazası ola bilər;

- Rusiyanın Azərbaycanda hərbi baza istəyinə qarşı təkcə Bakı yox, Ankara da qarşı çıxar.

Bu versiyaların qeyri-reallığı Bakının Qarabağda suverenliyini tam bərpası istiqamətində irəliləməsi qarşılığında Moskva qarşısında hansısa öhdəlik götürməsi ehtimalını olduqca azaldır. Lakin Rusiyanın mövqeyində radikal dəyişiklik səbəbsiz deyil, Moskvanın öz istəklərinin olduğu da məlumdur.

Moskva Bakıya niyə mane olmadı, rusların planı nə ola bilər?

Baş verənləri bu suala cavab axtarışı üzərindən anlamağa çalışmalıyıq.

Qarabağ məsələsi 30 il ərzində Rusiya üçün Cənubi Qafqazda Azərbaycan və Ermənistanı öz orbitində saxlamaq üçün plasdarm rolunu oynayıb. 44 günlük müharibədə bu kart böyük ölçüdə zəiflədi, amma sıradan çıxmadı. Sülhməramlı kontingentini bölgəyə gətirməyə nail olan Rusiya həm bu kartı əlində saxlayır, həm də Bakı-İrvan xəttində vasitəçilik üzərindən təsir imkanlarını qoruyurdu. Ötən ilin sentyabr döyüşlərindən sonra situasiyanı dəyişdi.

- Praqa görüşündə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı və sonrakı proses bu faktor üzərində quruldu;

- İrəvan bununla Qarabağ məsələsində arxa planda qalmaqla problemi Bakı-Moskva xəttinə köçürmək gedişi etdi;

- Qarabağda qondarma “status”, “müqəddəratını təyin etmə” planlarını “erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması” mərhələsinə qədər aşağı saldı;

- Baş verənlərə görə bütün məsuliyyətin sülhməramlıların – Moskvanın üzərində qalması vəziyyəti yaratdı;

- Və Qarabağdan imtina etməklə Rusiyanın bu kart üzərindən Ermənistana təsir imkanını zəiflətdi, Moskvanın orbitindən uzaqlaşmaq, Qərbə yaxınlaşmaq xətti tutdu: Avropa İttifaqı missiyanın bölgəyə gətirilməsi, ABŞ-la hərbi təlimlərin keçirilməsi və s. bunun əyani nümunələridir.

Bu vəziyyətdə Qarabağın Rusiya üçün bölgədə təsir imkanlarını saxlamaq rolu azaldı. 44 günlük müharibədən sonrakı vəziyyəti saxlamaq – separatçıları və silahlı dəstələri qorumaq Moskva üçün qazancdan çox, risklər vəd edir:

Birincisi, Qarabağda qalmaq yalnız Azərbaycana təsir imkanını saxlamaq deməkdir;

İkincisi, məsələnin Bakı-Moskva xəttindəki problemə çevrilməsi Rusiyanın təkcə Azərbaycanla yox, Türkiyə ilə də münasibətlərində gərginlik yaradır, xüsusilə Ukrayna müharibəsindən sonra bunda maraqlı deyil;

Üçüncüsü, Moskva Qarabağda ermənilər üçün Bakı ilə üz-üzə gəldiyi vaxt Ermənistan Rusiyanın orbitindən uzaqlaşır, Qərbə yaxınlaşır, həm də ikili oynayırdı: həm Qarabağ məsələsinə görə antirusiya kampaniyasını körükləyir, həm də bu məsələni Qərb ölkələrinin bölgəyə müdaxiləsi üçün zəminə çevirirdi, “erməni əhalisinin qorunması üçün beynəlxalq mexanizm” buna hesablanıb.

Beləliklə, Qarabağın ruslar üçün bölgədə plasdarm rolundan daha çox, problemə çevrildiyi ortadadır, xüsusilə Ermənistanın məsələni Moskvanın üzərinə yükləməsi və siyasi oriyentasiyasını dəyişməsi fonunda. Görünür, Moskvada separatçıları qorumağın uzun perspektivli qazanc olmadığını anladılar: bununla yalnız Bakıya təsir rıçağını saxlayırlar ki, bu uzun müddət mümkün olmayacaq və təkcə Bakı ilə yox, Ankara ilə da üz-üzə gələcək; buna paralel olaraq, İrəvanın orbitdən uzaqlaşamaq imkanı genişlənir və bu perspektiv Cənubi Qafqazda güc-təsir balansını rusların əleyhinə dəyişdirir.

Rusiyaya təkcə Azərbaycana təsir edə biləcəyi Qarabağ yox, Azərbaycan və Ermənistan arasında “hakim” rolunu saxlamaq, Cənubi Qafqazda maraqlarına yaranmış riskləri aradan qaldırmaq lazımdır. Və bu imkanları bir neçə kontekstdə təsnif etmək olar:

a) Bakı və İrəvan arasında sülh müqaviləsinə vasitəçilik etmək: Ermənistan sülh müqaviləsində “Qarabağdakı erməni əhalisinin müdafiəsi” məsələsini problem olaraq irəli sürür və qeyd etdiyimiz kimi, bundan həm antirusiya kampaniyası üçün istifadə edir, həm də Qərb ölkələrinin bölgəyə girişinə qapı açır; separatçıların təslim olması ilə bu kart İrəvanın, həm də bu məsələ ilə bölgəyə müdaxilə edən tərəflərin əlindən çıxır və qarşıdakı dövrdə Moskva sülh müqaviləsinin onun vasitəçiliyi ilə imzalanmasına çalışacaq;

b) Qarabağdakı ermənilərə görə onu ittiham edən Paşinyan hakimiyyətini təzyiq altında buraxdı: separatçıların təslim olmasından sonra İrəvanda baş verənlər bunu təsdiq edir və Moskvanın bu amildən sonrakı müddətdə də Ermənistanda daxili siyasi atmosferi idarə etmək üçün istifadə edəcəyi bəllidir;

Burada bir məqam xüsusilə diqqət çəkir – Rusiya 10 noyabr razılaşmasına əsasən erməni silahlı dəstələrini bölgədən çıxara bilərdi, lakin bunu niyə Bakının öhdəsinə buraxdı?

- Silahsızlaşdırmanı ruslar etsəydi, bu gün Paşinyan hakimiyyətinə qarşı olan ittihamlar Moskvaya qarşı yönələcəkdi və rəsmi İrəvan bundan geniş şəkildə istifadə edəcəkdi;

- Erməni silahlı qruplaşmalar arasında tabe olmayanlar olacaqdı və bu, Rusiyanın imicini təkcə ermənilər qarşısında yox, Azərbaycan qarşısında da zədələyəcəkdi;

c) Rusiya üçün həm Azərbaycan və Ermənistan arasında uzunmüddətli “hakim” mövqeyini, həm də bölgədə təsir imkanlarını saxlamaq üçün sülh müqaviləsinin imzalanması və kommunikasiyaların açılması vacibdir:

- Zəngəzur dəhlizi: təhlükəsizliyini rus hərbçilərinin təmin edəcəyi bu dəhliz Moskva üçün bölgədə uzunmüddətli perspektivdə plasdarm rolunu oynaya, həm də Avrasiyanın bu kommunikasiyalara birləşəcək nəqliyyat şəbəkəsində paya sahib olmaq imkanı qazandıra bilər; istisna deyil ki, Azərbaycan-Ermənistan sülh sazişində Zəngəzur dəhlizi məsələsi hər iki tərəfin uzlaşa biləcəyi nöqtələr üzərindən qurulacaq, bu, Ermənistanın “suverenlik” iddiasının nəzərə alınması ilə asanlaşdırılmış keçid də ola bilər;

- Ermənistana alternativ quru yolunun əldə edilməsi: Gürcüstan marşrutunda iki çətinlik var, siyasi baxımdan, ABŞ-ın Tiflisə təsir imkanı bu marşrutu riskli edir, iqtisadi baxımdan, qış aylarında bu yolun işlək qabiliyyəti böyük miqyasda aşağı düşür; alternativ marşrut Qazax-İcevan yolunun olması mümkündür, lakin bunun üçün sülh sazişinin imzalanması və kommunikasiyanın açılması lazımdır;

ç) Cənubi Qafqaza qeyri-regional ölkələrin girişinin qarşısını almaq planı: Moskva bölgədəki vəziyyəti 44 günlük müharibədən sonrakı, Ukrayna müharibəsindən əvvəlki vəziyyətə qaytarmaq niyyətindədir; Türkiyə və Rusiya əsas oyunçu olur, İranın maraqları nəzərə alınır, Azərbaycan, Ermənistan və Gürcüstanın iştirakı ilə 3+3 formatı inkişaf etdirilir;

Ukraynada müharibənin getdiyi vaxt Moskvaya “Axilles dabanı” olan Cənubi Qafqaza kənar müdaxiləni zəiflətmək, təsir imkanlarını saxlamaq lazımdır. Və belə görünür ki, Rusiya regionu itirməmək, yaxud regionda güc balansının əleyhinə dəyişməməsi üçün Qarabağı plasdarm olaraq görməkdən imtina etdi.

(Burada məsələnin qlobal proseslərlə də bağlantısı var: Hindistanda keçirilən G-20 zirvəsində Türkiyə və Rusiyanın kənarda qaldığı İMEC layihəsi qəbul olundu, bu layihənin reallaşma perspektivi nə qədər zəif olsa da, siyasi qərarın verilməsi risklər vəd edir və istisna deyil ki, bu, Orta Dəhlizin önündə hələ də qalan Qarabağ “ocağı”nın dərhal söndürülməsini, Cənubi Qafqazda sabitliyin qurulmasını qaçılmaz etdi. Bu, Türkiyə və Azərbaycanla yanaşı, Rusiya üçün də vacibdir, həm Zəngəzur dəhlizində yer almaq, həm Cənubi Qafqaza kənar oyunçuların müdaxiləsinin qarşısını almaq, həm də bölgədə təsir imkanlarını saxlamaq baxımından).

Və bütün bunların fonunda bir sual aktual olaraq qalır: Xankəndinin taleyi necə olacaq, ruslar şəhəri “Donbasa” çevirə bilərmi?

Xankəndinin rusların nəzarətində “separatçı bölgə” olaraq qalması həm hərbi, həm siyasi, həm logistika, həm iqtisadi baxımından praktiki olaraq mümkün deyil: bunu xəritəyə baxdıqda əyani şəkildə görmək olar;

Artıq Xankəndidə qalacaq azsaylı erməninin Azərbaycan vətəndaşlığında, Azərbaycan qanunları ilə yaşamaqdan başqa alternativinin olmadığı aydın görünür. Bunu Rusiya da qəbul edib, sülhməramlıların 2025-ci ilə qədər orada qalması isə bizim üçün Ermənistanın “beynəlxalq mexanizmlər” iddiasının önünü almaq üçün lazımlı görünür. Hərçənd, bölgədəki proseslər rusların daha tez çıxmasını da istisna etmir.


Oxunub: 573
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 22:19 | Sosial şəbəkələrin gizli tələsi
    Bu gün, 19:23 | Media və Yayım Şurası çağırış edib: Vahid məktəbli forması ətrafında koordinasiyalı informasiya hücumu müşahidə olunur
    Bu gün, 17:57 | Hacı İsmayılov: “Başı örtülü, hicabla məktəbə gəlməyi heç cürə qəbul etmək olmaz”
    Bu gün, 17:55 | Mirsalam Səmədov vəzifəsindən azad olundu - Yeni təyinat - FOTO
    Bu gün, 17:38 | Şəhid İlkin Bayramovun anası vəfat edib
    Bu gün, 16:40 | Evdə yanğın oldu: bir nəfərin meyiti tapıldı
    Bu gün, 16:39 | Soydaşımız peşəkar rinqdə növbəti qələbəsini qazandı
    Bu gün, 14:53 | Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı - FOTO
    Bu gün, 14:43 | Məktəb ideoloji savaşın deyil, düşüncənin və gələcəyin məkanıdır
    Bu gün, 14:41 | Fazil Mustafa: “Sosial mediada İrançılığın açıq təbliğatını aparan böyük bir şəbəkə var”
    Bu gün, 14:39 | Bu sahədə çalışanlar 4 min manatdan çox maaş alır
    Bu gün, 14:37 | Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
    Bu gün, 14:36 | Məktəbin qabağında dini şüarlar səsləndirdilər
    Bu gün, 14:29 | Nazirlikdən pensiya artımları ilə bağlı AÇIQLAMA
    Bu gün, 14:26 | İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adı açıqlandı
    Bu gün, 14:25 | Azərbaycan 2-ci Liqası: “Ağstafa Gəncləri” doğma meydanda məğlub oldu - VİDEO
    Bu gün, 14:24 | 18 yaşlı oğlan tələbə yoldaşını bıçaqladı
    Bu gün, 14:11 | İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    Bu gün, 14:05 | Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır
    Bu gün, 13:50 | Sabah yağış yağacaq
    Bu gün, 13:44 | Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Bu gün, 13:32 | Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Bu gün, 13:09 | TƏKLƏNƏN UKRAYNA VƏ LAZIMSIZ ATƏŞKƏS - Trampla Zelenski “nəyi bölə bilmirlər”?
    Bu gün, 13:07 | “Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil - FOTO
    Bu gün, 13:05 | Kağız pulların üzərini yazanları hansı cəza gözləyir? - AÇIQLAMA
    Bu gün, 13:03 | Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
    Bu gün, 12:59 | Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Bu gün, 12:56 | Prezident: "Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır"
    Bu gün, 12:54 | KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    Bu gün, 08:24 | Xalq artisti Qurban İsmayılov: "Məscid üçün dinin qəbul olunmuş qaydaları var, məktəb üçün də dövlət qərar verir"
    Bu gün, 07:57 | Ağstafada tövlədə 10 ton ot bağlaması yanıb
    Bu gün, 07:42 | Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Bu gün, 07:40 | Bakı-Qazax magistralında avtomobilin vurduğu piyada xəstəxanada ölüb
    Bu gün, 07:35 | Azərbaycan boksçusu Avropa çempionu oldu
    Bu gün, 07:20 | İdmandan kənar: 13 il heç kimə məğlub olmayan "Rusiya ayısı" necə yarandı?
    Bu gün, 07:16 | Məktəbdə geyim qaydaları uşaqların hüquqları ilə necə uzlaşdırılmalıdır? - Video
    Bu gün, 07:13 | Uşaqlarda sızanaqları yanlış vasitələrlə müalicə etməyin təhlükələri
    Bu gün, 07:10 | Bu gəmilər düşmən hesab ediləcək - SEPAH
    Bu gün, 07:07 | Sənədsiz evlərə necə çıxarış almaq olar? - Video
    Dünən, 18:03 | MHP-nin kortejində qəza: ölü və yaralılar var
    Dünən, 18:02 | AB yüzminlərlə rusiyalı ilə bağlı qərar verəcək
    Dünən, 18:01 | Sabahın havası bu insanlar üçün əlverişlidir
    Dünən, 17:59 | Kamboca baş naziri Azərbaycana gəldi
    Dünən, 17:57 | Ukraynaya kömək edək ki, Rusiyanı vursun - Mixal
    Dünən, 17:55 | Boksçumuz Avropa çempionu oldu
    Dünən, 17:54 | Katz HƏMAS liderini ölümlə təhdid etdi
    Dünən, 16:52 | Biləsuvarda ağır qəza: ölü və yaralılar var
    Dünən, 16:51 | Putin Şröderi görəndə təəccübləndi, tapşırıq verdi ki... - Peskov
    Dünən, 16:48 | Miqrantları daşıyan qayıq batdı: 109 ölü
    Dünən, 16:44 | Goranboyda həkim dərmandan zəhərləndi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.