Çinin BMT-dəki rəsmisi: “Ermənistan və Azərbaycan arasında dialoq beynəlxalq sabitliyin maraqlarına uyğundur”
“Ermənistan və Azərbaycan arasında dialoq beynəlxalq sabitliyin maraqlarına uyğundur”. “Report” xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qen Şuan bəyan edib. “Ermənistan və Azərbaycan qonşudur və bir-birindən qaçmayacaq, ona görə də dialoq aparmaq lazımdır. Bu, təkcə adı çəkilən iki ölkənin deyil, həm də regional və beynəlxalq sabitliyin maraqlarına uyğundur”,-deyə, o bildirib. Onun sözlərinə görə, rəsmi Pekin daim iki tərəfi gərginliyin və mülki itkilərin qarşısını almağa, regionda humanitar vəziyyətin pisləşməsinə yol verməməyə çağırıb: “Biz hər iki ölkəni dialoq və danışıqlar yolu ilə etimad quruculuğu tədbirlərinin davam etdirilməsində dəstəkləyirik. Onların arasında mövcud olan mübahisəni beynəlxalq münasibətlərin norma və prinsipləri əsasında həll etmək lazımdır. Biz əlimizdən gələni edəcəyik və bu prosesdə konstruktiv rol oynayacağıq”.