BMT Təhlükəsizlik Şurasında Qarabağa həsr olunmuş iclas yekunlaşıb - YENİLƏNİB
BMT Təhlükəsizlik Şurasında Qarabağa həsr olunmuş iclası yekunlaşıb. “Report” xəbər verir ki, iclasda bir neçə ölkə, xüsusən də Fransa, Almaniya, Malta və Afrikanın bir neçə ölkəsi əsassız ittihamlar səsləndiriblər. Birləşmiş Ərəb Əmirlikləri, Çin və Rusiya neytral mövqedən çıxış etsə də, Türkiyə hər zaman olduğu kimi Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Daha sonra Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış ediblər. Azərbaycanlı nazir rəsmi Bakının həyata keçirdiyi antiterror tədbirlərinin əsl mahiyyətini açıqlayıb. İclas heç bir sənəd qəbul olunmadan başa çatıb. 21 sentyabr 23:22 BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı müzakirələr başlayıb. Oxu.Az xəbər verir ki, müzakirələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış edib. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün BMT Təhlükəsizlik Şurasında Qarabağdakı vəziyyətlə bağlı keçiriləcək müzakirələrə qatılacaq. “Report” xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Ermənistanın BMT-dəki daimi nümayəndəliyinin müraciəti ilə baş tutacaq iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan çıxış edəcək.