Bakıda orta aylıq əməkhaqqı artdı
Bu ilin yanvar-avqust aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 258,9 manat təşkil edib. Bu barədə Mediaxeberleri.Az-a Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir. Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,2 % artıb. Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8 % artaraq 997,1 manat təşkil edib.
Oxunub: 355
Xəbəri paylaş
Paylaş: