Bulvarda həyəcanlı anlar: Gənc qız son anda xilas edildi - ANBAAN GÖRÜNTÜLƏR
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb ediliblər. Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2004-cü il təvəllüdlü Nuridə Tapdıq qızı Əliyeva dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Oxunub: 45
Xəbəri paylaş
Paylaş:





















