Məktəblilər üçün ən vacib vitaminlər - Dərsləri yaxşı qavraması üçün
Həkimlər şagirdlər üçün təhsildə dözümlülük və uğuru artırmağa yardım edəcək qida əlavələri və vitaminləri açıqlayıb. Mediaxeberleri.Az medicina.az-a istinadən xəbər verir ki, pediatr Qalina Filatova uşaqlarda diqqəti, yaddaşı artırmaq, yorğunluğu azaltmaq üçün dəstəkləyici vasitələrdən danışıb. “Valideynlər, mən deyərdim, müəllimlər belə uşaqda hipovitaminoza qarşı diqqətli olmalıdır. Çünki təhsil alan şagirdlərə çoxlu əvəzolunmaz qida maddələri, vitamin və minerallar lazımdır. Müasir uşaqların fiziki və əqli zəifliyinin başlıca səbəbi vitamin defisitidir. Onlar daha çox zərərli qidalanır. Uşaqlara qidalı yeməklər verməklə də bəzən problem həll olmur, çünki çox az uşaqda mədə-bağırsaq sistemi normal vəziyyətdədir. Çoxunda qidadan maddələr bədənə sovrulmur. Böyüyən orqanizmə bütün fəsillərdə, ilboyu vitamin, mineral lazımdır. Son statistika göstərir ki, 70% uşaqda 3-5 vitamin, mineralın kəskin defisiti var. Hətta yay aylarında belə problem həll olmur. Məktəblilərdə əsasən D və C vitamini, dəmir, kalsium defisiti var. Kifayət qədər ət, zülal qəbul olmadığı üçün uşaqlarda dəmir defisiti çoxdur. Buna bağlı olaraq, B12, B9 vitamini də əskikdir. Uşağın orqanizmini bütün bu vitamin maddələrlə təmin etmək qidalanma ilə mümkün deyil, ona görə də əlavə olaraq qida əlavələri, vitaminlər həkim məsləhəti ilə daxil edilməlidir. Məsələn, uşaqlar üçün marmelad və şirin sirop formasında dadı xoş vitamin mineral kompleksləri var. Uşağın sümük, diş, əzələ sistemi üçün D3 və kalsium vacibdir. Təhsil müddətində, imtahanlardan öncə B6, B12, maqniy və Omeqa-3 vermək lazımdır. Sinir sistemi üçün bunlar vacibdir. Məktəblinin qidasında ət, toyuq, qarabaşaq, düyü, paxlalılar, tərəvəz, yaşıl səbzələr, balıq, narıncı meyvələr, balıq yağı olmalıdır”.