Tural Rəhimov: “İstərdik ki, bizdən sonra da güclü MMA döyüşçülərimiz olsun” - VİDEO
MMA döyüşçüsü Tural Rəhimov Bakıda keçiriləcək “Rizin” turnirinə hazırlıq prosesi haqda Baku TV-yə danışıb. O bildirib ki, yarışlara hazırlıq iki mərhələdən ibarət olub: “Birinci hazırlığımız Azərbaycanda, ikincisi isə ABŞ-nin Mayami şəhərində keçdi. İkinci hazırlığımız fiziki məşqlərdən ibarət idi və çox ağır idi. 20 gün qalmış Azərbaycana qayıtdıq. Burada nisbətən yüngül – taktiki məşqlər edirik və rəqibə qarşı hazırlaşırıq”. T.Rəhimov onu da vurğulayıb ki, Azərbaycanda MMA yarışları çox az keçirilir: “İstəyərdik ki, karyeramızı yekunlaşdırdıqdan sonra da Azərbaycanda güclü idmançılar olsun, “Rizin” yarışları keçirilsin. Tofiq, Vüqar kimi idmançıların sayı 2 yox, ən azı 30-40 olsun”, - deyə döyüşçümüz qeyd edib. Daha ətraflı Baku TV-nin süjetində: