Mediaxeberleri.az
    
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Son xəbərlər :
  • İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - Siyahı
  • Qazaxda yerli sakin bıçaqlandı
  • Bakı sakini Qazaxda dəm qazından boğularaq ölüb
  • İranla belə bir saziş imzalayacağıq - Tramp
  • Sevinc Maniyeva vəfat etdi
  • İşdən çıxarılan Elçin Babayevlə bağlı sensasion fakt
  • "Qalatasaray" qalib gəldi, baş məşqçisi qırmızı aldı
  • Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti - Video
  • “Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
  • Ağdamda itlər məktəbli qıza hücum edib - FOTO
  • Azərbaycanda ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatı keçiriləcək
  • Kartdan-karta köçürmələr risk mənbəyi kimi - Yeni təkliflər var...
  • TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı - FOTO
  • Badamdarda evin həyəti ikiyə ayrıldı - VİDEO
  • İnsan orqanizmini qocaldan və ölümə yaxınlaşdıran 3 ən vacib faktor açıqlandı
  • Maşın almaq üçün kredit götürən şəxsin pulu oğurlandı
  • Bu şəxslər 700 manatadək cərimələnəcək
  • Millimiz Bədaviyə görə ilk texniki məğlubiyyətini ala bilər
  • Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü - Foto
  • İsa Qəmbər ölkədən çıxa bilmədi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Böyük Vedi: Əsrlər boyu azərbaycanlıların yaşadığı qədim yurd - Foto/Video

  • Tarix: 7-10-2026, 10:22

Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur.

"Qərbi Azərbaycanın yaddaş məkanları" layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır.

"Qərbi Azərbaycanın yaddaş məkanları" "AZfront" və Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə "Yoxa çıxmış sivilizasiya - Gözə dəyməyən fəlakət" tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə yaxın kənd üzrə foto və videomateriallar toplanıb, həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları - qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar kənd-kənd mərhələli şəkildə təqdim ediləcək.

Mediaxeberleri.Az xəbər verir ki, layihə çərçivəsində növbəti material Qərbi Azərbaycanın Böyük Vedi kəndi haqqındadır.




Kənd bir neçə əsr ərzində Böyük Vedi adını daşıyıb. 1946-cı ilin aprelində kəndin adı Vedi olaraq dəyişdirilib. 1963-cü ildə kəndə şəhər tipli qəsəbə statusu verilib. 1995-ci ildə Vedi şəhər statusu alıb və Ermənistan Respublikasının Ararat vilayətinin tərkibinə daxil olub.

1578-1590-cı illər Osmanlı-Səfəvi müharibəsinə son qoymuş 1590-cı il Konstantinopol müqaviləsinə əsasən, müasir Ermənistan Respublikasının, demək olar ki, bütün ərazisi Osmanlı imperiyasının hakimiyyəti altına keçib.

1590-cı ildə Osmanlı məmurları yaşayış məntəqələri arasında Böyük Vedi kəndinin də qeyd edildiyi "İrəvan əyalətinin müfəssəl dəftəri"ni tərtib ediblər.

1724-cü ildə Rusiya və Osmanlı imperiyaları arasında bağlanmış Konstantinopol müqaviləsinə əsasən, müasir Ermənistan Respublikasının ərazisi Rusiya tərəfindən Osmanlı imperiyasının torpaqları kimi tanınıb.

1728-ci ildə Osmanlı məmurları yaşayış məntəqələrinin adlarını göstərən "İrəvan əyalətinin icmal dəftəri"ni tərtib ediblər, orada da bu kənd qeyd edilir. XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi İrəvan xanlığının Vedibasar mahalının tərkibində olub.

1827-ci ildə Rusiya İrəvan xanlığının ərazisini işğal edib, 1828-ci il Türkmənçay müqaviləsi isə onun Rusiya imperiyası tərkibinə birləşdirilməsini təsbit edib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının İrəvan qəzasının tərkibində olub.

1829-1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazilərinin kameral təsviri tərtib edilib. Sənədə salınmış məlumatlara əsasən, kənddə 1 244 nəfər yaşayıb: 799 nəfər yerli türk və İrandan köçürülmüş 400-dən çox erməni.

Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara əsasən, 1915-ci ilə qədər müxtəlif dövrlərdə kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

Böyük Vedi: Əsrlər boyu azərbaycanlıların yaşadığı qədim yurd - Foto/Video

Qafqaz haqqında məlumat toplusu:

1873-cü ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 1 743 nəfər yaşayıb.

1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu:

1886-cı ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 2 110 nəfər yaşayıb.

Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):

1897-ci ildə kənddə 2 798 nəfər yaşayıb, onlardan 2 792 nəfəri azərbaycanlıların əcdadları olub.

1899-cu il "Zaqafqaziya diyarının beş quberniyasında torpaq mülkiyyəti və təsərrüfat üsulları haqqında statistik məlumatlar toplusu"na əsasən, kənddə torpaq mülkiyyətinə yalnız azərbaycanlıların əcdadları sahib olublar.

Böyük Vedi: Əsrlər boyu azərbaycanlıların yaşadığı qədim yurd - Foto/Video

1909-cu ilə olan Qafqaz təqvimi:

1906-cı ildə kənddə 2 423 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

İrəvan quberniyasının 1908-ci ilə olan yaddaş kitabçası:

1908-ci ildə kənddə 2 423 nəfər yaşayıb, onlardan 2 387 nəfəri azərbaycanlıların əcdadları olub.

1912-ci ilə olan Qafqaz təqvimi:

1911-ci ildə kənddə 2 501 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

1916-cı ilə olan Qafqaz təqvimi:

1915-ci ildə kənddə 2 464 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

Böyük Vedi: Əsrlər boyu azərbaycanlıların yaşadığı qədim yurd - Foto/Video

29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.

1918-1920-ci illərdə Ermənistan Respublikasında hakimiyyətdə olan millətçi Daşnaksütyun partiyası İrəvan quberniyasında, o cümlədən digər bölgələrdə, xüsusən də Zəngəzur, Qarabağ və Naxçıvanda türk əhaliyə qarşı etnik təmizləmə keçirib.

Həmin dövrdə Böyük Vedi və ətraf kəndlər daşnak diktaturasına qarşı türk müqavimət mərkəzlərindən birinə çevrilib. Erməni hökuməti dəfələrlə oraya qoşun göndərib, bu, Vedibasarda 1919-cu ilin yayında alışmış tammiqyaslı üsyana gətirib çıxarıb.

Etnik təmizləmənin nəticələri əvvəlki illərdə kəndin türk əhalisinin sayını 1922-ci il sovet Ermənistanı əhalisinin siyahıyaalınması məlumatları ilə müqayisə etdikdə görünür.

Böyük Vedi: Əsrlər boyu azərbaycanlıların yaşadığı qədim yurd - Foto/Video

Korkotyan Z. Son yüz ildə sovet Ermənistanının əhalisi (1831-1931):

1922-ci ildə kənddə 1969 nəfər yaşayıb, onlardan 1504 nəfəri azərbaycanlı olub.

1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. Böyük Vedi Vedi rayonunun inzibati mərkəzi olub. Rayon ləğv edildikdən sonra kənd müvəqqəti olaraq Artaşat rayonunun bir hissəsi olub, sonra isə yenidən bərpa edilmiş və daha sonra Ararat adlandırılmış Vedi rayonunun inzibati mərkəzinə çevrilib.

Sovet və erməni mənbələrinin məlumatına əsasən, kənddə 1980-ci illərin sonlarına qədər azərbaycanlılar yaşayıblar.

Korkotyan Z. Son yüz ildə sovet Ermənistanının əhalisi (1831-1931):

1926-cı ildə kənddə 1839 nəfər yaşayıb, onlardan 1545 nəfəri azərbaycanlı olub.

1931-ci ildə kənddə 1478 nəfər yaşayıb, onlardan 1254 nəfəri azərbaycanlı olub.

Əhalinin 1939-cu il Ümumittifaq siyahıyaalınması. SSRİ-nin müttəfiq respublikalarının rayon, şəhər və iri kənd əhalisinin milli tərkibi:

1939-cu ildə kənddə 2830 nəfər yaşayıb, onlardan 2319 nəfəri azərbaycanlı olub.

1948-1953-cü illərdə sovet hakimiyyəti azərbaycanlıların Ermənistan SSR-dən Azərbaycan SSR-ə deportasiyasını həyata keçirib. Nəticədə 2000 nəfərə yaxın azərbaycanlı Böyük Vedi kəndindən Azərbaycanın müxtəlif rayonlarına deportasiya olunub.

Manvelyan A.P., Martirosyan G.M. Ermənistan SSR-in 1831-1959-cu illərdə yaşayış məntəqələri və əhalisi:

1959-cu ildə kənddə 3478 nəfər, əsasən, ermənilər yaşayıblar.

Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti:

1970-ci ildə qəsəbədə 6165 nəfər, əsasən ermənilər yaşayıblar.

1979-cu ildə qəsəbədə 7900 nəfər, əsasən ermənilər yaşayıblar.

Böyük Vedi: Əsrlər boyu azərbaycanlıların yaşadığı qədim yurd - Foto/Video

1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.

1879-cu il "Qafqaz haqqında məlumat toplusu"nda kənddə fəaliyyət göstərən bir məscidin, "İrəvan quberniyasının 1902-ci ilə olan yaddaş kitabçası"nda isə artıq dörd məscidin olduğu qeyd edilir.

2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlər zamanı kənddə məscidin xarabalıqları aşkar edilib.


Oxunub: 181
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 23:02 | İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - Siyahı
    Dünən, 22:30 | Qazaxda yerli sakin bıçaqlandı
    Dünən, 21:50 | Bakı sakini Qazaxda dəm qazından boğularaq ölüb
    Dünən, 21:43 | İranla belə bir saziş imzalayacağıq - Tramp
    Dünən, 21:39 | Sevinc Maniyeva vəfat etdi
    Dünən, 21:38 | İşdən çıxarılan Elçin Babayevlə bağlı sensasion fakt
    Dünən, 21:36 | "Qalatasaray" qalib gəldi, baş məşqçisi qırmızı aldı
    Dünən, 19:34 | Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti - Video
    Dünən, 19:26 | “Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
    Dünən, 18:35 | Ağdamda itlər məktəbli qıza hücum edib - FOTO
    Dünən, 18:33 | Azərbaycanda ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatı keçiriləcək
    Dünən, 18:32 | Kartdan-karta köçürmələr risk mənbəyi kimi - Yeni təkliflər var...
    Dünən, 12:29 | TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı - FOTO
    Dünən, 12:27 | Badamdarda evin həyəti ikiyə ayrıldı - VİDEO
    Dünən, 12:24 | İnsan orqanizmini qocaldan və ölümə yaxınlaşdıran 3 ən vacib faktor açıqlandı
    Dünən, 12:22 | Maşın almaq üçün kredit götürən şəxsin pulu oğurlandı
    Dünən, 10:50 | Bu şəxslər 700 manatadək cərimələnəcək
    Dünən, 10:49 | Millimiz Bədaviyə görə ilk texniki məğlubiyyətini ala bilər
    Dünən, 10:48 | Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü - Foto
    Dünən, 10:10 | İsa Qəmbər ölkədən çıxa bilmədi
    Dünən, 10:09 | Sumqayıtda bu yol yenə çökdü - Foto
    Dünən, 10:07 | Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Dünən, 09:33 | Bu ölkədə 6,7 bal gücündə zəlzələ oldu
    Dünən, 09:32 | İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi
    Dünən, 09:31 | İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər
    Dünən, 00:01 | Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu...
    20-11-2026, 22:19 | "Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
    20-11-2026, 22:11 | “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalının açılış mərasimi keçirilib
    20-11-2026, 19:44 | "Qələbələr Partiyası – 34 illik Zəfər və İnkişaf Yolu” - FOTOLAR
    20-11-2026, 19:39 | "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi
    20-11-2026, 19:26 | Naftalanda 3 məktəblini maşın vurdu
    20-11-2026, 19:25 | Metroda texniki xəta: Qatarların hərəkəti yubandı
    20-11-2026, 18:30 | İşçilər üçün saathesabı maaş: Yeni sistem necə işləyəcək?
    20-11-2026, 18:27 | “Real” Kurtua ilə bağlı qərarını verdi
    20-11-2026, 18:25 | Vüqar Əhmədov Mingəçevirdə vətəndaşları qəbul etdi - Foto
    20-11-2026, 17:56 | Bu cəzaçəkmə müəssisəsində peşə hazırlığı mərkəzi istifadəyə verildi
    20-11-2026, 17:50 | DYP sürücülərə xəbərdarlıq etdi: Bu qaydalara əməl edin
    20-11-2026, 17:46 | Bu iki qidanı birlikdə yemək olar?
    20-11-2026, 17:03 | Evə başqa bir qadını gətirən atasını döyərək qabırğalarını sındırıb
    20-11-2026, 17:00 | Nərimanovda mənzil almaq istəyənlər üçün hansı imkanlar var?
    20-11-2026, 16:56 | Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atıldı
    20-11-2026, 16:46 | Elton qızına toy edir - VİDEO
    20-11-2026, 16:45 | Elçin Babayev dosentin ölümünə görə işdən çıxarılıb?
    20-11-2026, 16:43 | Bakıda yeni avtobus marşrutu yaradılır: Gediş haqqı...
    20-11-2026, 16:42 | Bakıya intensiv yağış yağacaq – Xəbərdarlıq
    20-11-2026, 15:32 | Badamdar sürüşmə: əhaliyə çağırış edildi - Tərk edin!
    20-11-2026, 15:31 | Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü
    20-11-2026, 14:42 | Şəmkirdə 41 yaşlı kişi faciəvi şəkildə öldü
    20-11-2026, 14:38 | Xərçəng əleyhinə yeni preparat klinik sınaqlardan keçdi
    20-11-2026, 14:35 | AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.