MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
Türkiyədə Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun şübhəli ölümü ilə əlaqədar davam edən istintaq çərçivəsində sosial media fenomeni Oğuzhan Uğurun atası, sabiq polkovnik Hasan Atilla Uğur da daxil olmaqla 4 nəfər barəsində saxlanılma qərarı çıxarılıb. Bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, İstanbul və Ankarada keçirilən əməliyyatlar nəticəsində 3 şübhəli şəxs yaxalanaraq nəzarətə götürülüb. Kiprdə olduğu müəyyən edilən Hasan Atilla Uğur barəsində isə hüquqi prosedurlar davam etdirilir.
Oxunub: 26
Xəbəri paylaş
Paylaş:





















