Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
“Müstəqil platformanın seçilən nümayəndəsi kimi gözləyirdim ki, mənə söz verəcəklər, amma nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi. Azərbaycan Kinomatorafçılar İttifaqının bir qismi kiminsə namizədliyini irəli sürürsə, onu da dinləmək lazım idi. Heyif ki, mən öz fikrimi deyə bilmədim”. Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri Xalq artisti Həmidə Ömərova Azərbaycan Kinomatorafçılar İttifaqında keçirilən sədr seçkiləri barədə "APA TV"yə açıqlamasında deyib. O bildirib ki, sədr seçkisində alternativin irəli sürülməsinə imkan verilməyib: “Bütün bunlara baxmayaraq, həmişə İttifaqının inkişafına xidmət etmişəm. Bundan sonra da xidmət edəcəyəm. Mənə söz verilsəydi, öz platformamı deyəcəkdim, artıq mənası yoxdur”. Qeyd: Azərbaycan Kinematoqrafçılar İttifaqına Xalq artisti Şəfiqə Məmmədova sədr seçilib. 





















