Mediaxeberleri.az
    
  • Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
    Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
  • 
  • Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
    Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
  • 
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • 
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU

Son xəbərlər :
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • Qələbədən tam suverenliyə: 19–20 sentyabr əməliyyatının tarixi nəticələri – TƏHLİL
  • Dağətəyi rayonlara leysan yağıb - Faktiki hava
  • Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
  • Süni intellekt İnterpola 120-dən çox terrorçunun müəyyən olunmasında kömək edib
  • Saray sakinləri şikayətçidirlər: "Yola çıxanda bizə gülürlər" - Video
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • Zibil konteynerləri niyə çatışmır? Bakıda sakinlərin şikayətinə rəsmi cavab - Video
  • Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - VİDEO
  • Qarabağda 23 saat 43 dəqiqə: Antiterror tədbirlərinin hərbi xronikası - Video
  • Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur
  • "Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
  • Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto
  • Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto
  • Moskvaya kütləvi PUA hücumu olub, 2 nəfər ölüb
  • Azərbaycan neftinin qiyməti 122 dolları ötüb
  • "Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı
  • Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • "Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
  • Hamamda bədbəxt hadisə: Ağstafada 64 yaşlı qadın öldü
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə

  • Tarix: Bu gün, 11:08

Müstəqilliyin qazanılması, dövlətçiliyin bərqərar olması və bu kimi tarixi günlər dünyanın bir çox ölkəsinin və xalqının təqvimində var və bu günlər onlar üçün, şübhəsiz, xüsusi yerə sahibdir. Suverenliyin ayrıca tarixə çevrilməsi isə daha mürəkkəb və keşməkeşli tarixi yolun nəticəsidir. Azərbaycan üçün 20 sentyabr da məhz belə bir tarixi yolun zirvə nöqtəsidir.

20 sentyabr 2023-cü il Azərbaycan dövlət hakimiyyətinin ölkənin bütün ərazisində tam bərqərar olduğu, 30 ilə yaxın davam edən ağır və mürəkkəb bir dövrün başa çatdığı, eləcə də tariximizdə yeni mərhələnin başlandığı əlamətdar tarixdir. Əlbəttə, 20 sentyabra aparan yol hələ 90-cı illərin o qan-qadalı günlərindən başlayır. 1991-ci il oktyabrın 18-də qəbul edilən "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bu yolda onunla bərabər doğma torpaqlarından didərgin düşmüş yüz minlərlə insanın yurd həsrəti də irəlilədi, dağıdılmış şəhər və kəndlər də, nəticəsiz danışıqlar da və ən nəhayət, onilliklər boyu cavabını gözləyən ədalət tələbi də...

XX əsrin sonlarında Qarabağ və ətraf rayonların işğalı Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində üzləşdiyi ən ağır sınaqlardan biri idi. Bu sınaq yüz minlərlə insanın vətən həsrəti, çadır şəhərcikləri, vaqonlar, yataqxana məşəqqəti ilə davam edən 30 illik məcburi köçkün həyatı demək idi. Amma bu sınaq həm də qarabağlı ata-anaların, nənə-babaların övladlarına, nəvələrinə yurd-yuva xatirələrindən danışması və ümid adlı həyat eşqini yaşatmaları da demək idi.




Torpaqlarımızın 20 faizinin işğal edilməsinə BMT səviyyəsində münasibət bildirilsə də, işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılması tələb edilsə də, bütün bunlar kağız üzərində qalmaqdan o yana keçmədi. Yəni BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin praktiki icrası təmin edilmədi.

Təxminən üç onillik ərzində Azərbaycan dövlət və xalq səviyyəsində problemin sülh yolu ilə həllinə ümidini qorusa da, zaman keçdikcə Qarabağ məsələsi ərazi mübahisəsindən çıxaraq beynəlxalq münasibətlər sistemində ikili standartlar meydanına çevrildi. Beləcə, bu icrasızlıq Azərbaycan cəmiyyətinin düşüncəsində ədalətin təminatçısının yalnız və yalnız özümüzün olacağının toxumlarını əkdi.

2020-ci ilin payızı isə bu uzun tarixi prosesin böyük miqyaslı dönüş nöqtəsi oldu. Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi ilə Azərbaycan uzun illər mübarizə apardığı, bütün beynəlxalq platformalarda haqq-hüquq tələbinin cavabsız qaldığı işğal təcavüzünün nəticəsini tarixə qovuşdurdu. Yəni Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu öz taleyini məhz özü həll etdi.

Şuşanın azad olunması ilə Vətən müharibəsi hərbi və mənəvi baxımdan özünün zirvəsinə çatdı, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatından sonra Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycana qaytarıldı və beləliklə, ölkənin ərazi bütövlüyü bərpa edildi.

Bu zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici mərhələ olsa da, Qarabağda Azərbaycanın Konstitusiya quruluşunun və dövlət suverenliyinin bütün ərazisində tam təmin olunması məsələsi hələlik həllini tapmamışdı. Bu istiqamətdə həlledici addımlardan biri 2023-cü il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində, Laçın rayonunda sərhəd-buraxılış məntəqəsinin qurulması oldu. Bu addım Azərbaycanın dövlət sərhədi üzərində nəzarətinin təmin olunması, ərazi bütövlüyünün möhkəmləndirilməsi və suveren hüquqlarının praktiki müstəvidə həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı.





Bundan sonra isə otuz illik problemi 44 gündə həll edən Prezident İlham Əliyev-xalq-ordu birliyi, nəhayət, 2023-cü il sentyabrın 19-da Qarabağda bir günlük lokal xarakterli anti-terror tədbirlərinə başladı. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında sərəncamında göstərildiyi kimi, əməliyyat Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilməsi, ərazidən çıxarılması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpası məqsədi daşıyırdı. Anti-terror tədbirləri 23 saat davam etdi və beləliklə, Qarabağ münaqişəsi faktiki olaraq tarixə qovuşdu.

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədr müavini, politoloq Fərhad Məmmədov, bu mənada, qeyd edir ki, Azərbaycanın müstəqillik əldə etməsindən sonra ölkə qarşısında duran ən böyük problem suverenliyinin pozulması idi.

"Məhz bu günün reallaşması, təsis edilməsi üçün Azərbaycan xalqı minlərlə şəhid verdi, yüz minlərlə insan illərlə məcburi köçkün statusunda yaşadı. Artıq o günlər geridə qalıb, bu gün Azərbaycan özü üçün yeni bir mərhələnin icrasındadır. Bu mənada, bu gün, 20 sentyabr Azərbaycan dövlətçiliyi üçün çox böyük məna kəsb edir".

F.Məmmədov suverenliyin bərpasından sonra Azərbaycan xalqının düşüncəsində də dəyişikliyin olduğunu bildirib:



Fərhad Məmmədov

"Dünyada çox az xalq və dövlət var ki, ədalətli müharibə aparıb, qalib gəlib və öz ədalətinin qələbəsinə sevinib. Azərbaycan bunu etmiş dövlətdir, özü öz gücünə həm ərazi bütövlüyünü, həm də suverenliyini tam təmin edib. Bu gün biz Qarabağa qayıdırıq, oranı bərpa edirik, orada həyatı yenidən qururuq. Bu artıq yeni siyasi reallığımızdır".


Beləliklə, ötən əsrin sonlarından Azərbaycan siyasi gündəliyinin ən ağrılı məsələsi olmuş Qarabağ məsələsi bu gün yeni mərhələsində, sözün bütün mənalarında, ağrılardan arınıb, quruculuq, bərpa və qayıdış meydanına çevrilib. Azərbaycan bayrağının azad Qarabağda, Şuşada, Laçında, Xankəndidə, Xocalıda və digər ərazilərdə dalğalanması hərbi qələbənin məntiqi nəticəsinə, dövlət hakimiyyətinin ölkənin bütün ərazisini əhatə etməsinin simvoluna çevrilib.

Bu o Şuşadır ki, əsrlər boyu Azərbaycanın mədəniyyət beşiyi, sözün, musiqinin və sənətin müqəddəs ünvanı kimi qəbul edilən şəhər son 30 ildə əsir saxlanılırdı.

Bu o Xankəndidir ki, bir vaxtlar burada qondarma separatçı qurumun "parlamenti" yerləşirdi.

Bu o Xocalıdır ki, 1992-ci ilin fevralında Azərbaycan xalqının yaddaşına qanlı faciə kimi həkk olunan dəhşətli hadisələrə şahidlik edib.

Əlbəttə, dövlət suverenliyi dedikdə bunu Azərbaycanın öz ərazisi üzərində nəzarəti ilə məhdudlaşdıra bilmərik. Suveren dövlət qanunların aliliyini təmin edən, müstəqil daxili və xarici siyasət yürüdən, milli maraqlarını qətiyyətlə qoruyan və beynəlxalq münasibətlərdə sərbəst qərarlar qəbul edən dövlət deməkdir. Suveren dövlət hərbi, siyasi və hüquqi dayaqlarının bir-birini tamamlayaraq özünün müstəqilliyinin və milli təhlükəsizliyinin möhkəm əsasını təşkil edən dövlət deməkdir. Nəhayət, suveren dövlət qanunun aliliyinin təmin edildiyi, iqtisadi potensialın artırıldığı və insan kapitalının inkişaf etdirildiyi dövlət deməkdir.

Bu baxımdan, dövlət suverenliyinin bərpa edilməsi Azərbaycanın bütün müstəvilərdə inkişafında yeni və daha məsuliyyətli mərhələnin başlanğıcı adlandırmaq olar. Çünki bu yol güclü iqtisadiyyatla, dayanıqlı dövlət institutları ilə, müasir və qüdrətli ordu ilə, yüksək texnologiyaların inkişafı ilə sosial rifahın yüksəldilməsi və beynəlxalq mövqelərin möhkəmləndirilməsi kimi gələcək məsuliyyətlər deməkdir.

Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov isə Azərbaycanın düşünülmüş xarici siyasətinin ölkəmizə çox ciddi nüfuz gətirdiyini və bunun dövlət suverenliyinin təzahürlərindən biri kimi qiymətləndirilməli olduğunu düşünür.



Rasim Musabəyov

"Burada ən vacib məqamlardan biri də odur ki, Azərbaycan özünün suverenliyinin məhdudlaşdırılmasında maraqlı olan heç bir beynəlxalq təşkilata və quruma üzv deyil. Əlbəttə, bu faktın özü də Azərbaycanın dövlət suverenliyinin faktiki nümayişi və təzahürü kimi başa düşülməlidir. Başqa tərəfdən, Azərbaycan hazırda çoxşaxəli inkişaf yolundadır və bu inkişaf da özlüyündə müstəqil Azərbaycanın dövlət suverenliyinin möhkəmləndirilməsinə xidmət edir".


Politoloq dövlət suverenliyinin əldə olunması faktında Azərbaycan ordusunun gücünün xüsusilə vurğulanmalı olduğunu da bildirib.

"Əlbəttə, Azərbaycanın dövlət suverenliyinin bərpası, ölkə ərazisinin hər bir nöqtəsində qanunlarımızın təmin edilməsi mühüm amildir. Lakin bu məqamda Azərbaycan ordusunun gücü xüsusilə qeyd olunmalıdır. Məhz bu gücü, bu iradəni bu gün bütün dünya qəbul edir".

R.Musabəyov Azərbaycanın iqtisadi gücünə də diqqət çəkərək qeyd edib ki, Azərbaycan heç bir dövlətin və təşkilatın maliyyə yardımına möhtac deyil. Bu isə suverenliyin həm də iqtisadi müstəqillik və öz imkanlarına arxalanmaq qabiliyyətinin möhkəmləndiyini göstərir.

Beləliklə, Dövlət Suverenliyi Gününün təsis edilməsi bizə bir daha xatırladır ki, suverenliyin qorunması dövlət institutlarının işi olmaqla yanaşı, həm də bütövlükdə cəmiyyətin, daha dəqiq ifadə edəsi olsaq, hər bir Azərbaycan vətəndaşının məsuliyyəti və borcudur. Dövlətçiliyə sədaqət, qanunlara hörmət, milli həmrəylik və Azərbaycanın tərəqqisinə töhfə vermək suverenliyimizin gündəlik həyatda yaşadılmasının ən mühüm ifadəsidir. Məhz bu dəyərlər ətrafında birləşərək suveren, güclü və gələcəyinə əmin Azərbaycanı daha da möhkəmləndirə bilərik.





Bu gün Azərbaycan öz gücünə və iradəsinə arxalanaraq bərpa etdiyi ərazi bütövlüyünü qorumaqla yanaşı, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirir. Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərsalma standartlarına uyğun yeni yaşayış məkanları salınır, yollar, məktəblər, xəstəxanalar, mədəniyyət və sosial infrastruktur obyektləri inşa edilir, tarixi və dini abidələr bərpa olunur.

Yəni Qarabağın doxsanlar tarixində Xocalı yarası vardısa, bu günün tarixində Xocalıya qayıdan və Xocalıda dirçələn yeni həyat anlayışı var.

Qarabağın doxsanlar tarixində Ağdamın, Füzulinin, Cəbrayılın və digər bir çox şəhər və rayonlarımızın kənd-kənd işğal edilməsi vardısa, indi onların elə kənd-kənd, şəhər-şəhər bərpası və qurulması var.

Bir sözlə, Qarabağ artıq keçmişin yaralarından sıyrılaraq Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin təcəssümünə, milli iradənin, qayıdışın, dirçəlişin və gələcəyə inamın ən parlaq ünvanlarından birinə çevrilir.

Yol xəritəmiz də bəllidir: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə...


Oxunub: 27
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 11:08 | Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Bu gün, 11:05 | Qələbədən tam suverenliyə: 19–20 sentyabr əməliyyatının tarixi nəticələri – TƏHLİL
    Bu gün, 11:02 | Dağətəyi rayonlara leysan yağıb - Faktiki hava
    Bu gün, 10:50 | Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
    Bu gün, 10:24 | Süni intellekt İnterpola 120-dən çox terrorçunun müəyyən olunmasında kömək edib
    Bu gün, 10:20 | Saray sakinləri şikayətçidirlər: "Yola çıxanda bizə gülürlər" - Video
    Bu gün, 10:16 | I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    Bu gün, 10:12 | Zibil konteynerləri niyə çatışmır? Bakıda sakinlərin şikayətinə rəsmi cavab - Video
    Bu gün, 10:07 | Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - VİDEO
    Bu gün, 10:01 | Qarabağda 23 saat 43 dəqiqə: Antiterror tədbirlərinin hərbi xronikası - Video
    Bu gün, 09:59 | Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur
    Bu gün, 09:57 | "Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
    Bu gün, 09:53 | Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto
    Bu gün, 09:49 | Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto
    Bu gün, 09:47 | Moskvaya kütləvi PUA hücumu olub, 2 nəfər ölüb
    Bu gün, 09:19 | Azərbaycan neftinin qiyməti 122 dolları ötüb
    Bu gün, 09:11 | "Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı
    Bu gün, 00:00 | Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Dünən, 21:51 | "Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
    Dünən, 20:12 | Hamamda bədbəxt hadisə: Ağstafada 64 yaşlı qadın öldü
    Dünən, 16:05 | Neftçilər Günü ilə bağlı videoçarx hazırlandı
    Dünən, 16:03 | DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi
    Dünən, 16:00 | İctimai binalarda qraffiti çəkmək qadağan ediləcək
    Dünən, 15:59 | Saatı bir ev qiymətinədir - Foto
    Dünən, 15:53 | 77 gün əvvəl Həkəridə batan şəxsin meyiti tapıldı
    Dünən, 15:48 | Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var - Zidan
    Dünən, 14:42 | Uzun illər sonra efirə qayıdır
    Dünən, 14:40 | Prezident onları təltif etdi
    Dünən, 14:35 | Formula-1: Bu marşrutların hərəkət sxemi dəyişdirilir
    Dünən, 14:33 | Elçin Yusubov Rumıniyada mühüm görüşlər keçirdi - Foto
    Dünən, 14:18 | Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü
    Dünən, 14:17 | Füzulidə avtomobil aşdı: ölən var
    Dünən, 14:04 | Qazaxda bu sakinlərə dam örtüyü materialları verilir - Foto
    Dünən, 14:02 | Bəzi avtobusların yolu dəyişdirildi
    18-09-2026, 20:18 | Əməkdar artist komaya düşdü
    18-09-2026, 20:16 | "Neftçi"dən inamlı qələbə, "Qarabağ" "Şəfa"ya qarşı
    18-09-2026, 20:13 | Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
    18-09-2026, 17:24 | Icra başçısı şəhid ailəsinin arzusunu yerinə yetirdi
    18-09-2026, 17:11 | Sel və daşqın gözlənilir - Xəbərdarlıq
    18-09-2026, 16:58 | Ağstafada “Dövlət Suverenliyi Günü"nə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
    18-09-2026, 15:22 | Kuşnerdən Putinə Kremldə sərt sözlər - Sensasiya
    18-09-2026, 15:20 | Ukrayna AB-dən 3.3 milyard avro aldı
    18-09-2026, 15:19 | Britaniya səfiri Rusiya XİN-ə çağırıldı
    18-09-2026, 15:17 | Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...
    18-09-2026, 15:14 | İranda uşaqlar hərbi təlimə cəlb edildi – Video
    18-09-2026, 15:12 | Azərbaycan kubokunun püşkü atıldı: "Ağstafa Gəncləri" də mübarizə aparacaq
    18-09-2026, 15:10 | Suraxanı Rayon İcra Hakimiyyətinin və “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 20 Sentyabr – Dövlət Suverenliyi Gününə və 18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı keçirilib
    18-09-2026, 15:08 | Sadıqova 21 minlik stəkan alan rəisin məhkəməsi başladı
    18-09-2026, 14:49 | Çindən alnan yeni lokomotivlərin sürəti...
    18-09-2026, 14:47 | Rus ordusu bu gün də iki kəndi işğal etdi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.