Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?

Son xəbərlər :
  • 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
  • Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
  • Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
  • Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
  • Keçmiş icra başçısı Rusiyada vəfat etdi
  • 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
  • Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
  • Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
  • Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
  • Dövlət başçısından daha bir SƏRƏNCAM
  • Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
  • YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
  • Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
  • Qarabağ qazisi vəfat etdi
  • Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
  • Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
  • İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
  • Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
  • EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
  • U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?

  • Tarix: 11-09-2026, 12:28

Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin öncə Moskvaya, ardınca isə Kiyevə reallaşan son səfərinin hələlik heç bir müsbət nəticəsi hiss olunmur. Onlar gedər-getməz Ukrayna və Rusiya bir-birini şiddətli hava hücumlarına məruz qoymaqda davam edib, mülki əhali arasında itkilkər artır, cəbhədə ağır döyüşlər səngimir, tərəflərin bir-birinə qarşılıqlı ittihamları və nifrət ritorikası da olduğu kimi qalır…

Trampın adamlarının sözügedən səfərindən məyusluq hissi Qərb mediasında da özünü əks etdirir. Məsələn, “CNN” yazır ki, Tramp administrasiyasının Ukraynadakı müharibəyə son qoymaq üçün diplomatik səylərini yeniləmək cəhdləri artıq sülh perspektivlərini şübhə altına alan hadisələrlə üzləşir.

Doğrudur, Donald Tramp jurnalistlərə bildirib ki, Rusiya Prezidenti Vladimir Putin razılaşma əldə etmək istəyir və bir növ Volodimir Zelenskidən də müəyyən gözləntiləri var: "Əgər Ukrayna Prezidenti Volodimir Zelenski razılaşma əldə etmək istəyirsə, bu, çox yaxşı bir şey olardı".

Lakin son günlərdə, xüsusilə də Uitkoff və Kuşnerin səfəri kontekstində baş verən hadisələr Trampın dediyindən daha fərqli mənzərəni ortaya çıxarır. Məsələn, Rusiya PUA-sı srağagün Moldovanın hava məkanını pozub. Nəticədə Volodimir Zelenskini Norveçə aparmalı olan təyyarənin uçuşu təxirə salınıb. Hadisə Ukrayna Prezidenti üçün birbaşa təhlükə yaratmasa da, hər halda təsadüfən baş verməyib. Moldovanın ABŞ-dəki səfiri Vladislav Kulminski də bildirib ki, Rusiya kəşfiyyat PUA-sının məhz Zelenskinin səfəri zamanı Moldova ərazisinə müdaxiləsi "təsadüf deyil".

“CNN” qeyd edir ki, bütün bunlara baxmayaraq, Tramp administrasiyasının müharibəni bitirmək üçün ciddi diplomatik səyləri vacib bir addım ola bilər. Lakin Ukrayna ilə Rusiya arasında müharibənin bitməsinə mane olan əsas fikir ayrılıqları olduğu kimi qalmaqdadır. Eyni zamanda, mütəxəssislərin də bildirdiyi kimi, Trampın adamlarının bəzi açıqlamaları onların müharibənin mahiyyətini və Rusiyanın motivlərini başa düşmələrinə şübhə yaradır. Ən azından ona görə ki, Rusiyanın tələbləri Ukrayna üçün qəbuledilməz olaraq qalır, lakin Uitkoff və Kuşner sanki bunu qəbullanmaq istəmirlər.

“CNN” qeyd edir ki, Rusiyanın bu savaşda qələbəsinə yol verilərsə, bu, faktiki olaraq Ukraynaya qarşı müharibə aparmaq qərarına haqq qazandırılması demək olacaq.

Rusiya münaqişənin "ilkin səbəblərini" aradan qaldırmaq israrında davam edir. Bu formul Rusiyanın Ukraynanın suverenliyinin aradan qalxması və silahsızlaşdırılması tələblərinə dayanır. Moskva həmçinin Ukraynanın şərqindəki və Rusiya qoşunlarının hələ ələ keçirə bilmədiyi əraziləri tələb edir. Lakin Volodimir Zelenski bu şərtləri qəbul etmir və edə bilməz…



Donald Tramp isə danışıqların uğursuzluğunu və sülhün gecikməsini Putin və Zelenski arasındakı şəxsi münasibətlərlə əlaqələndirir: "Problem ondadır ki, bu iki adam bir-birinə nifrət edir. Mən bu razılaşmalar və döyüşməkdən bezmiş bu iki adam barədə məlumatlıyam".

Nəşr qeyd edir ki, Trampın nikbinliyinə baxmayaraq, bu mövzuda ABŞ-nin yeni, effektiv diplomatiyası perspektivləri qeyri-müəyyən olaraq qalır. Eyni zamanda bildirilir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Rusiyaya son səfəri ilə bağlı şəffaflığın olmaması şübhələr doğurur. Müxtəlif mənbələrə görə, Amerika kəşfiyyat rəisi Moskvanı Ukraynadakı müharibənin Rusiya üçün əlverişsiz olduğu barədə xəbərdar etmiş və həmçinin onu NATO ərazisinə müdaxilə etməməyə çağırmış ola bilər. Lakin bu səfər çərçivəsində Moskva ilə Vaşinqton arasındakı mümkün razılaşmanın dəqiq şərtləri hələ də qeyri-müəyyəndir.

Rusiya tərəfinin iki ölkə arasında gələcək iqtisadi perspektivlər barədə açıqlamaları isə Avropada narahatlıqlara səbəb olub. Bu, Donald Trampın Ukraynada ədalətli sülhdən daha çox Rusiyanın mineral və təbii sərvətləri ilə bağlı potensial razılaşmalarla maraqlana biləcəyinə dair mülahizələrə səbəb olub.

Bütün bunların fonunda ABŞ Dövlət katibi Marko Rubio jurnalistlərə bildirib ki, növbəti bir neçə həftə ərzində "hər iki tərəf üçün məqbul olan bir nəticəyə gəlmək" şansı var. Belə açıqalmalar bir qədər ümid yaradır. Lakin eyni zamanda da o, hələ böyük həcmli işlərin görülməli olduğunu etiraf edib.

Mətndə qeyd olunur ki, Ukrayna nəinki müqavimət göstərməyə davam edir, həm də Rusiyadakı hədəflərə zərbə endirmək üçün artan qabiliyyət nümayiş etdirir. Bu arada, Rusiya da son zamanlar döyüş meydanında müəyyən irəliləyişlər edib, baxmayaraq ki, itkiləri olduqca yüksək olaraq qalır.



Məqalədə qeyd edilir ki, Trampın diplomatiyası müəyyən bir qanunauyğunluğa malikdir: Moskva ilə məsləhətləşdikdən sonra Vaşinqton əsasən Rusiyanın məqsədlərini əks etdirən bir təklif irəli sürür. Zelenski müqavimət göstərdikdə, ABŞ administrasiyası məyusluq ifadə edir və planın sonradan dəyişdirilmiş versiyalarını hazırlayır. Lakin bu versiyalar da Kreml üçün qəbuledilməz olur. Nəhayət, yazıda belə bir qənatə gəlinir ki, bu təcrübə dəyişməyənə qədər ABŞ-nin yeni bir təşəbbüsü ilə bağlı çox ümidlənməyə dəymir.

Əlavə edək ki, Trampın elçilərinin son səfərlərinə pessimist yanaşan təkcə “CNN” deyil. Daha əvvəl “Bloomberg” ABŞ nümayəndələrinin səfərinin heç bir müsbət nəticə vermədiyi barədə iddia ilə çıxış etmiş və buna görə Ukraynadakı müharibənin 2027-ci ildə də davam edəcəyini bildirmişdi.

C.Məmmədli

“AzPolitika.info”


Oxunub: 2 901
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 18:12 | 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
    Dünən, 18:09 | Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
    Dünən, 18:08 | Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
    Dünən, 18:06 | Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
    Dünən, 17:26 | Keçmiş icra başçısı Rusiyada vəfat etdi
    Dünən, 15:55 | 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
    Dünən, 14:22 | Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
    Dünən, 14:12 | Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
    Dünən, 13:45 | Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
    Dünən, 13:44 | Dövlət başçısından daha bir SƏRƏNCAM
    Dünən, 13:42 | Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
    Dünən, 13:23 | YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
    Dünən, 13:21 | Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
    Dünən, 13:10 | Qarabağ qazisi vəfat etdi
    Dünən, 12:57 | Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
    Dünən, 12:54 | Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
    Dünən, 12:50 | İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
    Dünən, 12:45 | Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
    Dünən, 12:43 | EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
    Dünən, 12:40 | U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
    Dünən, 12:34 | Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
    Dünən, 12:32 | Tibb xidməti leytenantı Adil Əfəndiyevin əziz xatirəsi ehtiramla anıldı
    Dünən, 11:50 | 14 İCRA HAKİMİYYƏTİNDƏ MİLYONLUQ YEYİNTİLƏR – Vəsaitlər necə mənimsənilib?
    Dünən, 11:42 | İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi
    Dünən, 11:38 | BŞİH: Ağacların kəsilməsində qayda pozuntusuna yol verən əməkdaş işdən azad edilib
    Dünən, 10:01 | Bakıda deputatın oğlunun da olduğu cinayətkar birliyin fəaliyyəti ilə bağlı RƏSMİ MƏLUMAT
    Dünən, 09:27 | Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video
    Dünən, 09:24 | Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
    Dünən, 09:19 | Qubadlı əməliyyatının az bilinən detalları: Xanlıqda nə baş verib? - Video
    Dünən, 09:14 | Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Dünən, 09:07 | Məktəb dərsliklərində plagiat iddiası: Nazirlikdən açıqlama - Video
    Dünən, 09:05 | Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştat boş qalıb? - Video
    Dünən, 09:01 | Netanyahu İrandan danışdı, nüvə partlayışını əks etdirən görüntü paylaşdı - Foto
    25-10-2026, 20:08 | "Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
    25-10-2026, 16:33 | Ukraynadan Rusiya ordusuna ağır zərbə
    25-10-2026, 14:56 | Altı il öncə bu gün – 25 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR
    25-10-2026, 14:34 | Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir
    25-10-2026, 13:43 | Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı
    24-10-2026, 22:36 | “Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
    24-10-2026, 22:34 | Millimizdən dünya çempionatında böyükhesablı qələbə
    24-10-2026, 21:48 | Bəzi tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək
    24-10-2026, 21:37 | Məşhurlar ən çox bu kokteyli içir
    24-10-2026, 21:34 | Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?
    24-10-2026, 21:30 | Çay içənlərə XƏBƏRDARLIQ
    24-10-2026, 21:25 | 10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı"
    24-10-2026, 21:20 | Zeytun Festivalının açılışı olub - Foto
    24-10-2026, 20:55 | “Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə
    24-10-2026, 20:30 | Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəldi
    24-10-2026, 20:27 | U-15 DÇ: İlham Əliyev millinin oyununu izləyir
    24-10-2026, 20:26 | Qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.