Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb. Mediaxeberleri.Az xəbər verir ki, sentyabrın 9-da Gəncə şəhəri ərazisində Nihad Ramil oğlu Cəfərov ilə 2010-cu il təvəllüdlü Ruzi Elvin oğlu Bayramov arasında mübahisə baş verib. Mübahisə zamanı N.Cəfərov üzərində gəzdirdiyi bıçaqla R.Bayramovun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla, ona qəsdən sağlamlığa ağır zərər vurub. Cinayəti törədən şəxs saxlanılıb. Fakta görə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Oxunub: 26
Xəbəri paylaş
Paylaş:





















